Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                 

Lerikdə yaşanan məmur özbaşınalığı - İTTİHAM
Tarix: 20-01-2020, 10:21 | Çap et
Lerikdə yaşanan məmur özbaşınalığı
Hörmətli azərbaycanlılar, sizə o yerdən yazıram ki, havası kirlənməmiş, suyu bulanmamış, öz təməlinə sadiq təbiəti ilə, gözəlliyi və məğrurluğu ilə görənləri valeh edir o yerlər. Sizə o yerdən yazıram ki, flora və faunasında ağılalmaz zənginliyi, sakinlərinə bəxş etdiyi uzun ömürləri ilə tanınır.

Lakin bilməli və agah olmalısınız ki, hal-hazırda bu yerlərin Qarabağdan bir fərqi yoxdur. Kiçik bir istisna var ki, Qarabağ başqa bir dövlətin işğalındadır, bu yerlər isə elə öz dövlət idarələrində kürsülərə yaslanmış dərəbəy, özbaşına, harın məmurların. Söhbət, Lerik rayonundan gedir…

Saf, sadəlövh kəndlilərin təhsilsizliyindən yararlanıb onlara hər cür zülmü asanlıqla rəva görən bir qrup məmur Lerik rayonunu işğal edib. Təsərrüfatı ilə məşğul olan sadə kənd camaatı öz səsini heç bir ali dövlət qurumuna çatdıra bilmədiyi üçün burada hökm sürən bütün qanunsuzluqlar asanlıqla ört-basdır edilə bilir. Öz haqqını, hüquq və azadlıqlarını bilməyən kənd insanları da bu məmurların ən xırda təhdidlərindən qorxaraq bütün özbaşınalıqlara susurlar.

Lerik rayonunun yollarının yaxşılaşdırılması üçün dəfələrlə dövlət tərəfindən vəsait ayrılsa da, bu vəsaitlərin heç biri ayrıldığı məbləğdə xərclənməyib. Əgər ölkə başçısının rayona səfəri barədə məlumat yayılarsa, iki gün öncədən bütün işçi qüvvəsini səfərbər edib nazik bir təbəqə ilə yolun bütün narahatlıqlarının üzərinə pərdə çəkir və ölkə başçısına yolun təməlli təmiri və bərpası ilə bağlı yanlış məlumat verilir. Üzərindən üç-beş gün keçmir ki, yol əvvəlkindən də pis vəziyyətə düşür.

Lerikin səfalı təbiətindən yararlanan bu məmurların Lerik-Lənkəran şossesi boyunca bir sıra turizm-istirahət mərkəzləri də vardır. Bu turizm və istirahət mərkəzlərini işlədənlər və onların məmur ağaları dağlıq ərazinin gözdən-könüldən uzaq olduğunu düşünərək, sadə kəndliləri dəyərindən qat-qat aşağı məbləğlə səhər-axşam işlədir, vergidən, sığortadan yayınır, onların əməyini işlərinə aidiyyəti olmayan bütün məsələlərdə rahatlıqla istismar edirlər. Üstəlik, Lerikin ən gözəl yerlərində tikilən bu istirahət mərkəzlərinin bütün tullantıları çaylara, dərələrə axıdılır, onların yanacaq işlərində Lerikin zəngin meşələrindən istifadə edilir, ağaclar vəhşiçə kəsilir, doğranılır və yandırılır.

Lerikin mavi yanacaqla təmin olunması barədə dövlət proqramı çoxdan təsdiq edilsə də, sadəcə əsas şossenin üzərində yerləşən bir neçə kəndə mavi yanacaq veriblər. Yoldan kənarda, dağların başında yerləşən kəndlər mavi yanacaqla təmin edilməyib. Üstəlik, Lerik ərazisində elektrik xətlərinin də dayanıqsızlığı səbəbi ilə tez-tez işıqlar kəsilir. Köhnəlmiş dirəklərdən asılı olan köhnə elektrik xətləri tez-tez uçulur.

Lerik Rayon İcra Hakimiyyətində, Lerik Rayon Hərbi Kamissarlığında, Lerik Rayon Mərkəzi Xəstəxanasında və başqa bir sıra qurumlarda saxtakarlıq, rüşvətxorluq, süründürməçilik, vətəndaş probleminə etinasızlıq, saysız-hesabsız qanunsuz tələblər və saymaqla bitməyən ağılalmaz dəhşətlər hökm sürür.

Lerik Rayon Hərbi Kamissarlığı hərbi xidmətə yarasız olanların hərbi xidmətə göndərilməsinə, hərbi xidmətə yararlı olanların isə göndərilməməsinə dair qərarlar verir. Bununla bağlı hər hansı dövlət qurumu maraqlanarsa, konkret dəlillərin tapılması sadə məsələdir.

Lerik Rayon İcra Hakimiyyəti də bu rayonla bağlı heç bir iş görməyib. Meşə mühafizəsi və bərpası müəssisəsi, ümumiyyətlə, meşələrin mühafizəsi üçün heç bir iş görmür. Əksinə, əlinə düşən fürsətdən yararlanaraq rüşvət müqabilində Lerikin meşələrinin qırılmasına şərait yaradır.

Lerik bəlkə də Azərbaycanın yeganə rayonudur ki, orada mədəniyyət mərkəzlərinin – klub, dərnək, studiya, teatr, kinoteatr, sərgi salonu və digərlərinin heç biri yoxdur. Əhali mədəni istirahət və inkişafdan tamamilə məhrum buraxılıb. Lerikin əksər kəndləri məktəbsizdir, məktəb olan kəndlərin də əksəriyyətində məktəb binaları təmirsiz, yararsız və təhlükəli şəraitdədir. Bu kəndlərin uşaqları kilometrlərlə məsafələr qət edərək yaxınlıqdakı kənd məktəblərinə gedirlər. Uşaqların məktəbdən yayınması, valideynlərin onları məktəbə göndərməməsi, xüsusi ilə qız uşaqlarının təhsil almaq hüququndan məhrum edilməsi olduqca sadə məsələdir və bu işlərin üzərində ciddi nəzarəti olan heç bir dövlət qurumu yoxdur.

Lerik Rayon Mərkəzi Xəstəxanası ilə bağlı mediada hər ay ən azı bir şikayətə rast gəlmək olur. Bu xəstəxanada elə bir dərəbəylik hökm sürür ki, binanın içinə sağlam girənlər də xəstə çıxırlar. Xəstəxananın baş həkimi Mübariz Ağayev Lerikin millət vəkili İqbal Məmmədovun qohumudur və xəstəxananı idarə etməkdə səriştəsizdir. Bu səbəbdən həkimlər o qədər yollarını itiriblər ki, dövlət tərəfindən xəstələrə ayrılan dərmanlar belə vaxtı-vaxtında verilmir, qocalmış, əldən düşmüş, yataqda olan xəstələr dərman götürmək üçün xəstəxanaya gəlməyə məcbur edilirlər.

Lerik rayonunun millət vəkili olan İqbal Məmmədov bu günə qədər Lerikin bu problemlərindən heç birinə işıq tutmayıb, çözüm gətirməyib. Əksinə, Lerikin başına bəlalar açmaqda davam edir. Uzun müddət millət vəkili missiyasını unudub “Relax” turizm-istirahət mərkəzinə başı qarışan İqbal Məmmədov qohumlarını vəzifələrə yerləşdirərək və öz yaxınlarına bütün növ özbaşınalıqlar üçün şərait yaradaraq Lerikə faydadan çox, zərər verib.

Rövşən Bağırov 13 ildir ki, Lerikin icra hakimi vəzifəsində çalışır. İqbal Məmmədov 10 ildir ki, Lerikin millət vəkilidir. Rayonun taleyi, əsasən, bu adamlardan asılıdır ki, onlar da bu müddət ərzində rayona heç bir fayda verməyib, əksinə, zərər görməsinə şərait yaradıblar. Onlar həqiqətləri işıqlandırmağa çalışan media nümayəndələrini, qələm sahiblərini, sənət adamlarını hədələməkdən, onların yaxınlarına problemlər yaşatmaqdan da çəkinmirlər. Ölkə başçısının öz çıxışlarında “jurnalistlər mənim köməkçimdir”, “məmurlar vətəndaşların qulluğunda durmalıdır”, “özbaşınalıq edənlər, əhalini incidənlər dərhal cəzalanacaqdır” deməsinə rəğmən, xalq tərəfindən çıxışlar etməsinə baxmayaraq, Lerik məmurlarının heç biri bu deyilənlərə əməl etmirlər və Lerik camaatı öz səsini heç bir ali dövlət qurumuna çatdıra bilmir.

Mənim daha çox ümumiləşdirmə xarakterli yazdığım bu haray tipli məqalə sizə konkret yaşanmış heç bir hadisəni nümunə gətirmir. Çünki sayı-hesabı bitməyən bu dərəbəylikləri bir yazıda cəmləşdirmək mümkün deyil. Əgər hər hansı yüksək dövlət qurumu rayondakı özbaşınalıqları üzə çıxarmaq üçün öz öhdəsinə məsuliyyət götürərsə, mən də daxil olmaqla bu bölgənin dərdləri ilə tanışlığı olan hər kəs onlara kömək edəcəkdir. Lerik əhalisi dinlənilməlidir. Onlar öz bütün hüquq və azadlıqlarından məhrum ediliblər. Qətiyyət və əminliklə bildirir və bu bildirişimin arxasında dayanıram ki, ölkənin heç bir yerində Lerik rayonunda olduğu qədər məmur özbaşınalığı yoxdur.

İqbal Məmmədov bu seçkidə də Lerik rayonundan namizədliyini verib. Qısa bir müddət əvvəl yaşanmış səs-küylü hadisələrə rəğmən, o, hələ də xalqın ona etibar edəcəyini düşünür. İşlətdiyi istirahət mərkəzində vergi işçilərinin döyülməsi ilə gündəmə gələn millət vəkili yenidən namizədlik verəcək qədər cəsarət və inamı haradan tapır? Onun vəzifələrə yerləşdirdiyi qohumları tərəfindən seçkilərin saxtalaşdırılacağına dair şübhələr yaranmırmı?

Mən Lerikdə doğulub-böyümüş bir vətəndaş, bir ədəbiyyat və sənət adamı olaraq bu ölkənin bütün məsul qurumlarından və şəxslərindən xahiş edirəm ki, Lerik rayonundakı məmurlara nəzarət gücləndirilsin. Onların fəaliyyəti araşdırılsın. Lerik sakinlərinin şikayətləri dinlənilsin. Üzə çıxacaq olan çoxsaylı və dəhşətli həqiqətlər əsasında cinayətkar olan bütün məmurlar işdən azad edilsin və qanun tələb edərsə, cəzalandırılsın ki, bundan sonrakılara da dərs olsun.

Bütün Azərbaycan xalqı da Lerik torpağının və Lerik əhalisinin yaşadığı bu acıya şərikdir. Biz bir xalq olaraq bu coğrafiyanın əminamanlığını, rifahını bölgə-bölgə bərpa etməli və baş verən haqsızlıqlara haqq səsimizi birgə ucaltmalıyıq!

Orxan Bahadırsoy

AzToday.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru