Bu ilin yanvar-dekabr aylarında Ağsu rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 15 min 246 manat olan 28 tender keçirilib.
FED.az-ın-ın məlumatına görə, ən çox tender keçirən Ağsu rayon İcra Hakimiyyəti olub. Ağsu rayon İcra Hakimiyyəti ümumi məbləği 8 milyon 244 min 671 manatlıq tender müqavilələri bağlayıb.
İcra hakimiyyətinin 1 milyondan böyük 3 tender olub. Tenderləri "TALEH TT" MMC, "Dərələyaz - 1" MMC şirkətləri qazanıb. “TALEH TT" MMC ümumi məbləği 3 milyon 304 min manat olan 2, "Dərələyaz - 1" MMC 1 milyon 696 min manat olan 1 tender qazanıb.
Rayonun ən böyük tenderini “TALEH TT" MMC udub. Tenderi keçirən qurum isə İcra Hakimiyyəti olub. Tender 2 milyon manat məbləğində olub.
Rayonda ən çox tender udan şirkətlər "TALEH TT" MMC və "CEYHUN 1994" MMC-dir. "TALEH TT" MMC şirkəti 4 milyon 574 min 167 manat olan 5 tender, "CEYHUN 1994" MMC ümumi məbləği 142 min 700 manat olan 5 tenderin qalibi olub.
Bundan başqa rayonda Kürdəmir rayon Polis Şöbəsi, Kürdəmir Suvarma Sistemləri İdarəsi və başqa qurumlar da satınalmalar həyata keçirib.