Sabirabadın da icra başçısı həbs edilir? –SİRAQƏDDİN CABBAROV QORXU İÇİNDƏ
Tarix: 20-12-2019, 11:21 |
Çap et
Ağstafanın indiki, Yevlaxın keçmiş icra başçılarının həbsi ölkədə yeni presedent yaratdı. Çirkabın, rüşvətin içində çabalamalarına baxmayaraq, toxunulmaz statusa sahib olan rayon -şəhər icra hakimiyyətlərinin başçıları üçün yeni dönəm yaranıb. Halbuki vətəndaşların kütləvi şikayətlərinə baxmayaraq, əməllərini davam etdirən bəzi icra başçıları həmin insanların adlarını belə aidiyatı oranlarda “qara siyahı” ya daxil etdirmişdilər və həmin vətəndaşlardan gələn şikayət ərizələri kənara atılırdı.
Barəsində ölkə rəhbərliyinə ən çox şikayət göndərilən icra başçılarından biri də Sabirabad rayonunun rəhbəri Siraqəddin Cabbarovdur. Onunla bağlı Gununsesi.org-a daxil olan bir məlumatda bildirilir ki, Siqarəddin Cabbarov barəsində cinayət işi açılması üçün bütün faktlar toplanıb. Bundan icra başçısının da xəbərdar olduğu deyilir. Yəqin ki, yaxın günlərdə vəzifəsini itirəcək Cabbarov sonradan istintaq qarşısında dayanacaq.