Xaçmazın yeni təyin olunan İcra başçısı Elnur Rzayev rayonun Mürşüdoba kəndində yerləşən təhsil müəssisəsini ziyarət edib. 60 il bundan əvvəl tikilən məktəb binasının acınacaqlı durumu İcra başçısını heyrətləndirib.
Sinif otaqlarını gəzərək vəziyyətlə tanış olan Elnur Rzayev kənddə yeni məktəb binasının tikilməsi üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib.
Bu xəbər məktəbin kollektivini və şagird heyətini çox sevindirib.
KONKRET.az-ın şimal rayonları üzrə bölgə müxbiri təhsil müəssisəsinin hazırkı vəziyyətini lentə alıb: