DİA.AZ: - "Bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biri məhz Şair Alxasovdur. Təsadüfi deyil ki, Qusardan artan şikayətlər sarıdan rayonun icra başçısı haqqında "yuxarılar" beləa qəar dəyişdiriblər". Bu barədə DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, yaxın günlərdə Şair Alxasovun vəzifəsindən alnması gözlənilir.
Mənbə bildirir: "Şair Alxasov hazırda özünü postunda rahat hiss edir. Çünki dövlətdən "ənam"ını da alıb (ordenlə təltif olunması nəzərdə tutulur - red.). Və bu gün Alxasova kimsə "gözün üstündə qaşın var" deyə blmir".
Mənbə iddia edir ki, amma hazırda Qusar RİH-in fəaliyyəti əməlli-başlı cəncələ üz-üzədir: "Rayonda ayrılan büdcə pullarının xərclənməsinin hesabatını verə bilmirlər".
Mənbə dia-az.site-a bildirir ki, söhbət təxminən 200 min manatlıq əskikdən gedir. Bu vəasiti ona bağışlayacaqlarmı - bax sual olunanı budur.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...