Şair Alxasov dövlətin pullarını necə israf edir... - GİLEY
Tarix: 21-06-2019, 16:13 | Çap et
Yamyaşıl təpələrin döşündə 16 eyni biçimdə ev ard-arda düzülüb… Bəzilərinin divarlarının boyası tökülüb. Evlər bomboşdur, hiss olunur ki, bir çoxuna tikiləndən bəri insan nəfəsi dəyməyib.
Zənnimiz bizi aldatmır, öyrənirik ki, Qusarın Qənərçay kəndində 2008-ci ildə baş vermiş sürüşmədən zərərçəkənlər üçün tikilən 16 yeni evdən təkcə birində yaşayış var.
Elə o birində ailəsi ilə məskunlaşan Adil Dəmirov 11 il öncə üzləşdikləri təbii fəlakətdən danışır. O deyir ki, xoşbəxtlikdən o vaxt ölüm-itim olmadı, amma kənd sakinlərinin çoxu kəndi tərk etməli oldu.
“Prezidentin hədiyyə kimi verdiyi evlərdə yaşamaq lazımdır”, deyən Adil Dəmirov çətinliklərin də olduğunu deyir: “Bizə təkcə 4 divar verilib. Elə vaxt olur ki, evdə odun qalamasan, şaxta olur”. “Başqa ərazi təklif etmişdik…” Adil Dəmirovun ailəsi sürüşmədən sonra Xudata köçüb. Özü isə kənd məktəbinin direktoru olduğundan Qənərçayda qalıb:
“Bu evlərin tikildiyi ərazi bataqlıqdır, ona görə də nəmişlik olur. Təklif etmişdik ki, evləri başqa yerdə tiksinlər. Bu evlərə 1 kilometr məsafədə əvvəllər kənd camaatının istifadə etdiyi bir yer var idi. Amma razılaşmadılar. Evlər orda tikilsəydi camaatın yolu da olardı, mal-qara saxlamağa yeri də. 6 sot yerdə kənd sakini yaşaya bilməz, mal-heyvan saxlamalıdır axı..”
BBC News Azərbaycanca bu evlərin ətraf kəndlərə, daha uzaqlara baş alıb gedən sakinlərini axtarıb. Onlardan biri, hazırda Sudur kəndində yaşayan Kərimxan Qəhrəmanov deyib ki, evini atıb getməyinin səbəbi çoxdur: “Bizim dolanışığımız mal-qaradan çıxır, yeni evlərin isə həyətyanı sahələrində əlavə tikililər, o cümlədən, tövlə yoxdur”.
Ailəsi ilə Sudur kəndində məskunlaşmış Mövlan Qasımov “boş evə necə köçüm” deyir. O danışır ki, evlərin təqdimatı zaman içərisində mebel olub, evlərə sayğac çəkilib, onlara tam təhvil veriləndə isə görüblər ki, “mebel nə gəzir”. Mövlan Qasımovun da imkanı olmadığından ehtiyac duyduğu mebeli ala bilməyib, üstəlik, evlərin sayğacı da sökülüb.
Sakinlər evlərinə sənəd də ala bilmirmiş. Bəzi sakinlər deyir ki, sənədi olmadığına görə bu evlərdə yaşamağı doğru saymır.
Kəndin daxil olduğu Sudur inzibati ərazisi vahidinin bələdiyyə başçısı Qəzənfər Əmiraslanov evlərin boş qalmasının səbəbini sənədləşdirmədə görür: “Sakinlər evlərin onların hesabına keçirilmədiyi üçün orda yaşamır. Kimisi başqa bir mülkündə, kimisi isə kirayədə yaşayır”.
Fövqəladə Hallar Nazirliyi burda evlərin tikintisinə 2012-cü ildə başlanıb, iki ildən sonra evlər sahiblərinə təhvil verilib.
Azərtac agentliyi yazıb ki, tikilən 16 evlə yanaşı, sakinlərə 6 sot torpaq sahəsi də ayrılıb. Bəs niyə evlərin hələ də sənədi yoxdur? Qusar rayon İcra hakimiyyəti sənədi Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında Əmlak Komitəsinin verməli olduğunu deyir. Sakinlər isə hələ də bu rəyi ala bilmirlər.
Fövqəladə Hallar Nazirliyindən özünün tikdiyi evlərə rəy verməməsinin səbəbini öyrənmək mümkün olmayıb.
“Başqa adamın evindən bir-iki stol gətirildi”
Tikilən evlərin mebelsiz təhvilinə gəlincə, Qusar rayon icra hakimiyyəti yeni evlərdə mebellərin əvvəldən nəzərdə tutulmadığını deyir.
“Açılış vaxtı gələn qonaqlara çay süfrəsi üçün başqa adamın evindən bir-iki stol gətirilib, amma başqa otaqlarda mebel olmayıb”, icra hakimiyyətinin sözçüsü Şahid Fərəməzov deyir.
Sudur inzibati ərazi üzrə nümayəndəsi İkram Əsədov evlərin şəraitsiz olması iddiası ilə razılaşmır.
“Hər bir şəraiti var, bulaq var, işıq var, yol var. Yaşaya bilərlər”, o deyir.
“Sakinlər istəyirdilər ki, sürüşmə baş verən ərazidə tikilsin. Amma bu ərazi də sürüşməyə meyilli sayılıb, FHN, Ekologiya Nazirliyinin əməkdaşları o yerlərə baxış keçiriblər və tikinti üçün uyğun sayılmayıb”.
“Dövlət öz borcunu yerinə yetirib” Evlərin boş qalması rayon rəhbərliyini “narahat etmir”, icra hakimiyyəti başçısının müavini Elman Mustafayev deyir ki, dövlət öz borcunu yerinə yetirib, mülki qəzalı vəziyyətə düşən vətəndaşa ev tikib verib.
“Biz vətəndaşın orada, Qusarda və ya Bakıda yaşamağına qarışa bilmərik. Dövlət ev tikib deyə vətəndaşı ömrünün sonuna qədər orada yaşamağa məcbur edə bilməz axı. Bu vətəndaşın öz işidir”.
Sürüşmədən sonra Qusarın Çubuqlu kəndinə köçən Səttar Əlimirzəyevin ailəsi yaydan-yaya bu evə gəlir. “Şəraitsizliyə görə ancaq yayda qala bilirik”, o deyir.
Səttar Əlimirzəyev ümid edir ki, qonşuları ilə birgə onun da ailəsi təkcə yaydan-yaya yox, ilboyu yaşamaq üçün doğma yerlərə qayıda biləcəklər.
DİA.AZ-a danışan rayondakı mənbə iddia edir ki, əslində bu işdə "yuxarıları" hər hansı formada ittiham etmək doğru olmazdı.
Mənbənin dia-az.life-a söylədikləri: "Təbii ki,pul paytaxtdan ayrılır. Amma icraçı yerdəkilərdir. Və bu işdə birbaşa cavabdeh şəxs məhz Şair Alxasovdur. O, İcra başçısı olaraq bütün bu şikayət doğuracaq məqamları nəzərə almalı idi"...
İddia olunanlarlabağlı müzakirələrə açığıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|