Lənkəran Dövlət Universitetində “rüşvət rüzgarı”... - İTTİHAM VAR
Tarix: 2-06-2016, 11:41 | Çap et
Rektor əvəzi Nizami Yusifov xələfinin yaratdığı mühiti daha da çiçəkləndirir, sabiq həmkarı Qorxmaz Ağayevin taleyindən isə nəticə çıxarmır
Artıq yay mövsümü açıq elan olunub və tələbələrə “5” 150 manata yazılır; Prezident Administrasiyasına anonim məktublar ünvanlanıb Ölkənin iki aparıcı şəhərində ali məktəblər Yusifovlar istibdadı altında inildəyir. Rektor əvəzi sanki postunun əvəzedici olduğunu hiss etdiyi üçün bu fürsəti qaçırmaq istəmir. N.Yusifovun yaratdığı mühit Asəf İsgəndərova rəhmət oxutdurur. Tələbələrin dərisini soyan universitetin tədris işləri üzrə prorektor Nizami Yusifov deyəsən sabiq həmkarı Qorxmaz Ağayevin taleyindən nəticə çıxarmayıb. Hər halda “Gündəm-xəbər”ə ünvanlanan müraciət və şikayətlərdən belə qənaətə gəlmək olar ki, LDU-də dəyişən heç nə yoxdur, varsa da rüşvətin məbləğinin qalxmasıdır. LDU rəhbərliyi devalvasiya və digər xərcləri bəhanə edərək tələbələr üçün semestr imtahanlarında yeni tariflər müəyyən edib. Bu haqq-hesabın ödənilməsində nə rektor, nə dekanlar iştirak edir. Müəllimləri bu işə səfərbər edən LDU rəhbərliyi yekunda onların tələbələrdən topladığı rüşvətin paket şəklində böyük bir faizini tələb edir. Təbii ki, illərdir davam edən bu vəziyyət hər yeni gələn tələbə üçün ilk vaxtlarda təəccüblü görünsə də, bir qədər sonra vərdiş edirlər. Məşhur reklamdakı bir devizə düzəliş etsək beəl alınar: rüşvətin dəyişməz ünvanı - Lənkəran Dövlət Universiteti. N.Yusifovdan təhsil nazirinə və Prezident Administrasiyasına da anonim məktublar ünvanlanıb. PA-ya çatan müraciətlərdə N.Yusifovun əməlləri de-şifrə olunur, rektor vəzifəsinə uyğun olmadığı deyilir. Onun LDU-nu daha da fəlakətə aparacağı iddia olunur. Rüşvət aldığı yerdən yaxalanarkən pulları qusan prorektor olayı əslində, bu ali məktəbi xeyli dərəcədə gözdən salıb. Artıq təhsil ocağında rəhbərliyə etimad qalmayıb. Odur ki, bu məktublar Yusifovun işini daha da çətinləşdirir. “Gündəm-xəbər”ə gələn məlumatlarda bildirilir ki, artıq yay mövsümü da açıq elan olunub və tələbələrdən sezon rüşvəti alınmasına start verilib. Rektorun “sərəncamına” əsasən “3” qiymət 40 manat, “4” qiymət 80-90 manat, “5” üçün isə 150 manat tələb edilir. Təbii ki, rüşvət üzərində qurulan təhsil keyfiyyətsiz və yararsız materiala bənzəyər. Bəli, bu gün Lənkəran Dövlət Universiteti acınacaqlı günlərini yaşayır. 3 min manatı olan istənilən şəxs universitetdə lobarant işi ilə təmin edilə bilər. Məlumatlarda o da vurğulanır ki, illərlə universitetdə çalışmış müəllim kollektivi işdən azad olunaraq yerlərinə əslən Lerik rayonundan olan müəllimlər sifariş edilir. Universitetin daxilindən sızan məlumatlara inansaq A. İsgəndərov “təqdirəlayiq” işlərini bir neçə müəllimə həvalə edib. Dekan Məlahət müəllimə (bioloq), Kamran Kazımov (fioloq) və Rəşad müəllim (coğrafiyaşı) olduğu bildirilir. Asəf İsgəndərov prezidentin müvafiq qərarı ilə daşıdığı vəzifəsindən azad olunsa da, onun təhsil sahəsindəki səmərəli fəaliyyəti unudulmadı. Ancaq etirazlar başlanıb və LDU rəhbərliyi bu dəfə tərəddüdlə davranır. Üstəlik, cəbhə bölgəsində baş verən son hadisələr zamanı Lənkəran şəhərinə ilk olaraq üç şəhid göndərilir ki, həmin gün Yusifov tələbələri şəhidlərin dəfninə buraxmır. Bu detal ciddi üsyan həddinə çatdırıb. Belə bir yanaşma dövlət başçısından tutmuş sıravi vətandaşadək hər kəs tərəfindən nümayiş etdirildiyi halda, görəsən Nizami Yusifovun bu cür yanaşması üzücü haldır. Hətta Nizami Yusifov ayrı-ayrılıqda görüşlərdə bildirib ki, “mən rektor təsdiq olunana qədər hər bir addım şəffaf olacaq, sonra isə hər iş “öz axarı ilə gedəcək”. O, başqa bir açıqlamasında da bildirib ki, “Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Universitetin daxili işlərinə olduqca müdaxilələr edir, bu da heç cür yolverilməz haldır. Bütün bunlardan əlavə o, qeyri- rəsmi kluarlarda vurğulayıb ki, “11 aprel 2016-cı il tarixdə təhsil naziri cənab Mikayıl Cabbarovla görüşüm olacaq və görüş zamanı rektor təyin olunmağım əsas müzakirə mövzusuna çevriləcək. Düzdür, mən Lənkəran Dövlət Universitetinə yox, Azərbaycan Texniki Universitetinə rektor təyin olunmaq istəyirəm. Amma, Lənkərandan olduğum üçün, nazir məni bu təhsil ocağına rektor təyin etmək istəyir”. Nizami Yusifov müəllimlərlə görüşündə isə bildirir ki, “mən rektor təyin olunduqdan sonra, bu universitetdə ancaq lənkəranlılar dərs deyə biləcəklər, digər bölgələrdən olan müəllimlər indidən özləri üçün tədbir görsünlər. Lənkəran Dövlət Universitetində açıq bazar elan olunub. Keçən il prorektor Qorxmaz Ağayevin rüşvətə görə həbs olunmasından sonra universitetdə pul yığımına son qoyulmuşdu. Düzdür buna baxmayaraq, müəllimlər gizli də olsa rüşvət alırdılar. İndi Universitet əvvəlki vəziyyətinə geri dönür. Yəni universitetdə yığılan rüşvət rektor, prorektor, dekan və müəllimlər arasında bölünür. Bu universiteti tez-tez “elm ocağı” adlandırırlar. Lənkəran Dövlət Universitetində təhsillə bağlı heç bir iş görülmür. Burada yalnız rüşvət yığmağın qaydaları öyrədilir. Xatırladaq ki, sözügedən universitetin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən rüşvət alan yerdə həbs edilmişdi. Bundan bir neçə il öncə - 2011-ci ilin avqust ayında isə Lənkəran Dövlət Universitetinin rektor köməkçisi Emin Şəhzadə fırıldaqçılıqla məşğul olduğuna görə həbs olunmuşdu. Saxlanılan şəxs ayrı-ayrı vətəndaşları Lənkəran Dövlət Universitetinə və digər dövlət qurumlarına işə düzəltmək adı ilə 16 min manat pul alaraq aldatmışdı. Ümumilikdə 2007-ci ildən dəfələrlə universitetdəki rüşvət halları ilə bağlı mətbuatda silsilə yazılar dərc olunur. Bütün bu hallara baxmayaraq LDU-da vəziyyət dəyişmək bilmir. Təbii ki, məktəb rəhbərliyi konkret şikayətçi və ya müraciət olarsa araşdırmağa hazır olduğunu bəyan edir. Amma reallıq budur ki, hər hansı tələbə açıq şəkildə şikayət mətni ilə çıxış edə bilməz. Pərviz Əzimov nümunəsi yetərlidir ki, yekunda nə baş verdiyini xatırlayasan. Hansısa tələbənin şikayət etməsi onun təzyiqlə üzləşməsi deməkdir. Bu baxımdan ümumi şikayətlər ünvanlanır və media da bu anonimliyi qorumalı olur. P.Əzimovun sözlərinə görə o qış imtahan sessiyası ərəfəsində, 25 yanvar 2009-cu il tarixində universitetdə mövcud vəziyyət haqda “Alma” qəzetinə və “Qaynar info” ya yazdığı məqaləyə (\"Lənkəran Dövlət Universitetində Korrupsiya qalmaqalı\") görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb: “Təhsilimlə ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi mənə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirərək guya universitet daxilində dava saldığını əsas gətirərək məni universitetdən xaric ediblər. Belə ki, universitetin iqtisadiyyat fakültəsinin dekanı Vəlixan Bədəlov məni universitetdən azad etmək üçün bu işi təşkil edib. Həmin fakültənin tələbələrdən birini Elnur Rüstəmovu mənimlə mübahisə etmək üçün göndərib. O məni itələdiyi halda, aktlaşdırıblar ki, guya mən Elnuru döymüşəm. Bunu əsas gətirərək də məni universitetdən azad etdilər. Elnur səhvini başa düşüb mənim onu vurduğuma dair yazdığı izahatı geri götürüb, ancaq buna heç kim baxmır. Universitetin rektoru Asəf İsgəndərov mənə deyir ki, əmrin yazılıb qovulmalısan. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə də getdik, araşdırdılar, ancaq rektor qərarın dəyişmədi”. Ancaq Əzimovun jurnalist olması və məsələnin böyüməsi nəticəsində onu yenidən universitetə bərpa etdilər. Bu faktı görən hansı tələbəyə cürət edər ki, rektorla münaqişəyə girsin?! Beləliklə, özbaşınalıqlar nəticəsində bu universitetdə təhsilin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü bildirilir. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. Mənbə bildirir ki, dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər. Çünki onlara əvvəlki dövrdə belə açıq bazar açmağa imkan verilməyib. Burda hər kəs bilirdi ki, prorektor Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin rüşvət generalı idi, xəzinədarı idi, rektorun kassiri idi, çirkin pulları yuyan idi... Cürbəcür adları var idi onun. Lakin nə onun həbsi, nə də yeni təhsil nazirinin təyin edilməsi heş bir şeyi dəyişdirmədi. İmtahan sessiyası gedir. Yenə də tələbələrin evdən gətirdiyi bir qarın çörək pulu, ev kirayəsi pulu, yol pulu əlindən alınır. Hər şey əvvəlki qaydada, köhnə üsullarla. Prorektor tutulandan sonra korrupsiya ilə mübarizə idarəsindən çoxlu adamlar gəlib, bir dünya suallar verdilər. Adlar, məbləğlər, pulun yığılma yollarını öyrəndilər ve getdilər. Bu qədər... Demək belə çıxır ki, bu işləri bir tutulan prorektor görürmüş və onu da tutandan sonra görüləcək başqa iş qalmadı, bütün problemlər də həll olundu... Nəticə - yenə “Köhnə hamam, köhnə tas”. Rafiq Qara
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
|