51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                 

«Ulduz-S» MMC-nin görünməmiş mənzil fırıldağı - ŞİKAYƏT VAR
Tarix: 26-04-2016, 10:47 | Çap et
«Ulduz-S» MMC-nin görünməmiş mənzil fırıldağı
«4 ildən sonra mənə məlum oldu ki, Fikrət Hacıyev mənim kimi daha 17 nəfər alıcını aldatmış, külli miqdarda pulları ələ keçirərək Tovuzda özünə pansionat tikdirmişdir…»
«Təzadlar»a Sumqayıt şəhəri, 26-cı məhəllə, ev-5//6 , mənzil 7 ünvanda yaşayan İmanov Qədir İsmayıl oğlu tərəfindən şikayət məktubu daxil olub… Şikayət məktubu Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlıdır. Ərizədən bəlli olur ki, İmanov Qədir İsmayıl oğlu 29 noyabr 2011-ci ildə Nərimanov rayonu, «Keşlə» bazarına yaxın sahədə yerləşən «ANT» firması adlanan binada fəaliyyət göstərən «Ulduz-MMC»ni təmsil edən Fikrət Hacıyev adlı şəxslə görüşüb və ona 37.125 min manat nəğd pul verərək həmin firmanın Yasamal rayonu, Yeni Yasamal Yaşayış massivində inşa etdirdiyi 4 blokdan ibarət binanın 4-cü ayrıca inşaa olunan binanın 5-ci mərtəbəsində ümumi sahəsi 82,5 kvm. sahəsi olan ikiotaqlı 37-ci mənzilini alır…

Fırıldaqçıların yeni fırıldağı…

«Ulduz-MMC»ni təmsil edən Fikrət Hacıyev adlı şəxs pulu qəbul edəndən sonra MMC-nin meneceri kimi təqdim etdiyi Fariz Allahverdiyev adlı şəxsə (mobil telefonu təqdim edilir) tapşırır ki, müvafiq sənədləşmə aparılsın… Və sənədləşmə deyilən kimi də aparılır (Redaksiyada 29.11.2011-ci ildə tərtib olunmuş 149-59 saylı möhürlənmiş müqavilə, həmin tarixli «Maliyyə Arayışı» və digər sənədlər vardır).
Beləliklə, İmanov Qədir İsmayıl oğlu bütün lazımi sənədləri qəbul edir, bircə qalır yeni mənzilinin açarını qəbul etmək. Amma… Düz 5 ildir ki, ailənin gözü yolda, qulağı səsdədir ki, yeni mənzilin açarını alacaqlar… Lakin atalar demiş, «Sən saydığını say, gör…» «Ulduz-MMC» nə sayır… Adı çəkilən MMC-nin saydığının nədən ibarət olduğunu xırdalamağa artıq lüzum qalmır. Hələlik bircə onu deyə bilərik ki, ortada dələduzluğun açıq-aydın əlamətləri var. Bunu şikayətçi Baş Prokuror Zakir Qaralova yazdığı ərizəsində qeyd edir və bunu sübut edən sənədləri və maddi sübutları da «Təzadlar»a təqdim edib….
***
Beləliklə, MTK-nın mənzil fırıldağı ilə üz-üzə qalmış şikayətçi Baş Prokurora müraciətində yazır:
«Hörmətli Cənab Baş Prokuror!
Bildirirəm ki, 29 noyabr 2011-ci il tarixdə Nərimanov rayonu, “Keşlə” bazarına yaxın sahədə yerləşən “ANT” firması adlanan binada fəaliyyət göstərən “Ulduz-S-MMC” firmasını təmsil edən Fikrət Hacıyev adlı şəxsə 37.125 manat (otuz yeddi min yüz iyirmi beş manat) pul ödəyərək həmin firmanın Yasamal rayonu, Yeni Yasamal Yaşayış massivində inşa etdikləri 4 blokdan ibarət binanın 4-cü, ayrıca inşa edilən binasının 5-ci mərtəbəsində ümumi sahəsi 82.5 kv.m sahədən ibarət ikiotaqlı 37-ci mənzili almışam. Özünü iş adamı kimi təqdim edən, hətta vətəndaşları qəbulunda xeyli müddət gözlətdirən bu şəxs, pulu aldıqdan sonra şirkətin meneceri kimi təqdim etdiyi Fariz Allahverdiyev adlı şəxsə (050-212-19-17) zəng edərək müqavilənin tərtib edilməsini tapşırdı və qısa bir müddət ərzində müqaviləni, eləcə də, qeyd olunan məbləğdə pulun ödənməsinə dair maliyyə arayışını gətirərək Fikrət Hacıyevə təqdim etdi. Sonuncu möhürlə 149/59 saylı, 29 noyabr 2011-ci il tarixli müqaviləni təsdiq edərək imza olunması üçün mənə verdi və mən də öz adımdan müqaviləni imza edib şərtləri ilə tanış olub götürdüm. Fikrət Hacıyev müqaviləyə xeyir-dua verdikdən sonra, bir il ərzində evin təhvil veriləcəyini və hal-hazırda da orada güclü tikintilər getdiyini söylədi. Mən tikintiyə və gedən işlərə baxmaq üçün tikintinin aparıldığı ünvana getdim və orada artıq üç bloklu evin tikintisinin müəyyən hissəsinin başa çatdığını, 4-cü ayrıca yerləşən blokun isə ilk mərtəbələrinin tikintisinin aparıldığının şahidi oldum. Tikintidə «Mais» adlı briqadirin bir neçə fəhlələrlə işlədiyini görüb ondan da tikinti barədə məlumat əldə etdim və tikintinin bir ilə tamamlanacağını eşitdim. Bundan sonra mən tikintinin başa çatmasını gözləməli olsam da mütəmadi olaraq tikinti ilə maraqlanmaq üçün gedib maraqlanırdım və heç bir tikinti aparılmadığının şahidi olurdum. Aradan bir neçə ay keçdikdə tikintinin meneceri Fariz Allahverdiyev tərəfindən/ 050-212-19-17/ mənə zəng daxil oldu və o mənə bildirdi ki, Fikrət müəllim xahiş etmişdir ki, bir nəfər Rusiyadan gəlmiş alıcıları ilə mən mərtəbəmizdəki ünvanların yerini dəyişək. Belə ki, yeni alıcı yuxarı mərtəbə istədiyindən 4-cü mərtəbədə olan 28-ci mənzili istəmir. Mənim 5-ci mərtəbədən 4-cü mərtəbəyə dəyişməyimi xahiş etdikdə mənim üçün bir mərtəbə fərq etmədiyindən , eləcəə onların dələduz niyyətlərindən xəbərsiz olduğumdan etiraz etmədən onların xahişini yerə salmadım. Mən Fariz Allahverdiyevin zəngi və Fikrət Hacıyevin dəvəti ilə onun o vaxt yerləşdiyi «ANT» firmasının inzibati binasına getdim. Orada Fikrət Hacıyev məndən müqaviləni alaraq Fariz Allahverdiyevə verdi və sonuncu həmin müqaviləni dəyişdirərək ikinci müqaviləni verdi. Yəni, 37-ci mənzil məndən alınaraq əvəzinə qeyd etdiyim kimi 4-cü mərtəbədən iki otaqlı 28-ci mənzili verildi və ilkin müqavilədə göstərilən 29 noyabr 2011-ci il tarix isə dəyişdirilmədən müqavilədə saxlanıldı. Bunlar mənim üçün əhəmiyyət kəsb etmədiyindən heç bir etirazımı bildirmədim və yeni müqavilə və maliyyə arayışını alıb özümdə saxladım. Ancaq hər etimala qarşı köhnə müqavilənin və maliyyə arayışının surətlərini çıxararaq özümdə saxlayıb, yeni tərtib ediləcək müqavilənin əslini aldıqdan sonra onlara həmin müqaviləni təqdim etdim.

«4 ildən sonra mənə məlum oldu ki, Fikrət Hacıyev mənim kimi daha 17 nəfər alıcını aldatmış, külli miqdarda pulları ələ keçirərək Tovuzda özünə pansionat tikdirmişdir…»

Fikrət Hacıyev mənim nə üçün belə ehtiyatlı davranmağımdan, onlara etibar etməməyimə irad bildirərək mənə öz narazılığını ifadə etdi. Doğrusu, gələcəkdə başıma gətiriləcək bəlaları düşünmədən nə üçün bu kimi variantlara əl atıldığını hələ də anlamırdım və güman edirdim ki, bir il ərzində mən öz evimin, mülkiyyətimin sahibi olacağam. Lakin bu belə olmadı, mən bir qrup dələduz tərəfindən aldadıldım və nəticədə 4 il müddətdən sonra mənə məlum oldu ki, Fikrət Hacıyev mənim kimi daha 17 nəfər alıcını aldatmış, külli miqdarda pulları ələ keçirərək Tovuz rayonunda özünə pansionat tikdirmişdir. Dələduzluğunu ört- basdır etmək üçün binanın tikintisini guya başqa firmaya həvalə etmiş kimi alıcıları aldatmışdır. Mən, aldığım evlə maraqlanmaq üçün binanın tikintisini guya davam etdirən, Binəqədi rayonu «Hollivud» restoranında yerləşən «Şərur» MTK firmasına getdikdə orada mənim adımın siyahıda olmadığımı bildirdilər.

«Fikrət Hacıyev «ANT» firmasından qaçmışdı və Nərimanov rayonu, T.Əliyev küçəsindəki «İlhamed» klinikasının yerləşdiyi binanın 2-ci mərtəbəsində özünə başqa bir gizli ofis tutmuş, bir katibə ilə orada oturmuşdu…»

Mən qeyd etdiyim ünvanda yerləşən iki otaqlı mənzilin sahibi olduğumu onlara əlimdəki sənədləri göstərməklə izah etməyə çalışsama firmanın işçiləri bildirdilər ki, onlarlıq bir iş yoxdur, guya onlar sadəcə, yarlmçıq qalmış binanı alaraq tikintisini davam etdirirlər və «Ulduz» MTK-dan daxil olmuş siyahı əsasında mənzilləri başqa alıcılara verirlər… Mən Fikrət Hacıyevi aradım və məlum oldu ki, o, əvvəl insanları qarşılayıb pulunu aldığı «ANT» firmasından qaçmış və Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən, «İlhamed» klinikasının yerləşdiyi çoxmərtəbəli binanın 2-ci mərtəbəsində özünə başqa ofis tutmuş, bir nəfər katibə ilə orada oturmuşdur. Həmin ünvanda onunla görüşərək nə üçün mənim adımın göndərilən siyahıda olmadığını və ümumiyyətlə, nə üçün 4-5 il müddətdən sonra belə bir dələduzluğun səbəbini aydınlaşdırmasını tələb etdim. F.Hacıyev bildirdi ki, sizin evin hal-hazırda 58.000 manat qiyməti var və gətir əlavə pul ödə, sənin adını siyahıya yazdırım. Məndən rüşvət tələb etdiyini, eləcə də 2011-ci il tarixdə müqavilədə göstərilən pulların ödənildiyi halda bu müddətdən sonra belə bir dələduzluq hallarına görə şikayət edəcəyimi ona dedikdən sonra o məndən xahiş etdi ki, ona 2015-ci ilin oktyabr ayınadək vaxt verim. Mənə vəd verdi ki, sənə həmin binadan, orada olmazsa o ətrafda, olmazsa Xırdalan şəhərindən ikiotaqlı mənzil verəcəyəm. Hətta bildirdi ki, mən bilirəm ki, sənin əlindəki sənədə mən başımla cavab verirəm, heç nədən narahat olmaq lazım deyil. 2015-ci ilin oktyabr ayına kimi onu gözləməyimi, heç yerə şikayət etməməyimi xahiş etdikdə mən ona inanıb heç yerə müraciət etmədim. Onun vəd verdiyi vaxtı gözlədim və həmin vaxt ona zəng etsəm də telefonunun bağlı olduğunu gördüm. Onun Nərimanov rayonu, «İlhamed» klinikasının yerləşdiyi hündürmərtəbəli binanın ikinci mərtəbəsində ofisi və katibəsi olduğu yerə dəfələrlə getsəm də katibəsi Fikrət müəllimin məşğul olduğunu deyərək məni içəri buraxmamış, bəzi vaxtlarda isə onun yerində olmadığını demişdir. Dəfələrlə get-gəldən sonra onunla yalnız bir dəfə görüşə və bir dəfədə telegonla danışa bilmişəm və evimi tələb etdikdə onu narahat etməməyimi acıqlı formada bildirərək «Əlindən nə gəlir onu et və hara istəyirsən şikayət et, uzaq başı deyəcəyəm ki, mənə pul verməmisən», dedi… Sonradan mənə məlum oldu ki, bu şəxs «Uldus-S-MMC» firmasında heç bir səlahiyyət sahibi olmamış, yalnız qeyri- rəsmi olaraq firmanı təmsil edərək mənim kimi şəxsləri dələduzluq yolu ilə aldatmaqla məşqul olmuşdur.
Cənab Baş Prokuror!
Mən bir Azərbaycan vətəndaşı olaraq hüquqlarımın bərpasını, əmlakımın qaytarılmasını, dələduzun cinayət məsuliyyətinə cəlb olunmasını Sizdən xahiş eirəm. Dövlətimizin prezidenti İlham Əliyev cənabları mənim kimi milyonlarla Azərbaycan vətəndaşının əmlak, mülkiyyət, can güvənliyinin təminatçısıdır. Cənab Prezident dəfələrlə öz çıxışında, ictimaiyyətə müraciətlərində bu kimi işbazların, dələduzların qanunla ciddi cəzalandırıldıqlarını bildirmişdir. Mənim üç övladım var, Sumqayıt şəhərində yaşayıram, iki tələbə oxuduram, həyat yoldaşım 3-cü qrup əlildir. Onlar hər gün bu yollarda əziyyət çəkirlər. Uzun illərlər onların boğazından, geyimindən, istirahətindən, sağlamlığından kəsib qəpi-qəpik pul yığıb, bir hissəsini borc edb tələbə uşaqlarımın Bakı şəhərində yerləşdirilmələri üçün çalışsam da Fikrət kimi dələduzlar mənim bu ümidimi puça çıxarmış, uzun illərimin zəhmətini mənimsəmişlər.
Odur ki, Fikrət Hacıyev və ona yardımçı olmuş, insanları dələduzluq yolu ilə aldadılaraq külli miqdarda əməlakının ələ keçirilməsinə şərait yaratmış firmanın direktorunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə cinayət işinin başlanması, əmlakımın, pulumun qaytarılmasının təmin olunmasına göstəriş verməyinizi xahiş edirəm».
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru