İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...
Tarix: 15-07-2019, 10:31 | Çap et
Son günlərin əsas müzakirə mövzusu kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Doğrudan da yayın ən qızğın dövrü olmasına baxmayaraq mövsüm meyvə və tərəvəzlərinə əl vurmaq mümkün deyil. Qiymətlərinin ən ucuz olması gərəkən meyvə-tərəvəzlərin qiymətləri qışın oğlan çağından fərqlənmir. Adi pomidor-xiyar almaq sadə vətəndaş üçün əlçatmaz olub. Digər məhsullarda da vəziyyət eynidir. Bazarlarda həm qiymət,həm də keyfiyyət problemi hökm sürür. Sonuncu maaş və pensiya artımlarından sonra binəva vətəndaş heç düz-əməlli sevinməmiş soğanın qiyməti elə həddə çatdı ki, adamın yeməmiş də içi göynəyir. Kartofdan isə danışmağa dəyməz. Artıq ikinci ildir ki, qarpız bazarlarda az qala avtoritetlik edir. Vətəndaş isə bazarlardan əli boş üzü qara geri dönməyə məcbur olur. Qiymətlər hər gün qalxır-necə deyərlər sürətlə inkişaf edir. Məlumdur ki, bizim istənilən məmurdan, bu sahəyə cavabdeh olan ən böyük vəzifə sahibi İnam müəllimdən bunların səbəblərini soruşsaq, havadan başlayıb suda qurtaracaq, Rusiyanı İrana, İranı Türkiyəyə qatacaq, xiyarın biqeyrətliliyindən, qarpızın satqınlığından, soğanın acı taleyindən danışacaq. Amma heç kimi inandıra bilməyəcək, adamın adının İnam olması da köməyə gəlmir bu zaman. Çünki, hər gün bazardan boş torba ilə evinə gəlib televizorda “qarpız kəsdim bal kimi” mahnısını eşidəndə “yalançının...” deyərək kanalı dəyişən vətəndaşın bu sözlərə qarnı toxdur. Görün nə günə qalmışıq ki, Rusiya gömrüyü Azərbaycanın pomidor xiyarını bəyənməyib geriyə qaytaranda sevinirik ki, bazarlarda qiymətlər bir az ucuzlaşacaq. Baxmayaraq ki, urus qağaların bəyənmədiyi o pomidor-xiyarın hansı keyfiyyətdə olması, sağlamlığımıza necə təsir göstərməsini heç fikirləşən də olmur. Çünki, biz yeyib-içən xalq olduğumuz üçün belə şeylərə çox da fikir vermirik. Ümumiyyətlə əvvəllər lağ obyekti olan, bir-birinə sataşmaq üçün istifadə edilən “xiyar” sözü artıq bəy tərifinə çevrilməkdədir. Qiymətlər bir az da qeyrət eləsə xiyar müəllimin şəninə dastanlar, mahnılar belə yazıla bilər. İndi pomidor-yumurta üzünə həsrət qalan, gecələr yemişin xəyalına sarılaraq yatan sadə insanlardan biri İnam müəllimdən soruşsa ki, bəs dövlətin illərdir kənd təsərrüfatına sərf etdiyi milyardlar hara getdi, görəsən nazirimiz nə cavab verər? Ümumiyyətlə təzə nazirimizin gəlişindən sonra hamı sevincək olmuşdu. Xüsusilə onun quzu ilə şəkil çəkdirməsindən sonra bir sıra tənqidçilər əməlli-başlı quzuya dönmüşdülər. Amma quzuların səssizliyi çox çəkmədi. Nazirlə selfidən sonra quzu ətinin qiymətləri kosmik sürətlə artmağa başladı. Beləcə nazirin qucağında quzu kimi uanan heyvancığaz tədriclə and yerinə, sitayiş obyektinə çevrildi. Yazını çapa hazırlayarkən İnam müəllimin yeni şəkillərini axtardıq ki, bəlkə bilməyib pomidor-xiyarla,yemiş-qarpızla da şəkil çəkdirib. Yoxsa bunlara birdən nə oldu ki, özlərini belə yuxarıdan aparmağa, bəzi məmur balaları kimi harınlıq etməyə başladılar. Şükürlər olsun ki, belə selfiyə rastt gəlmədik. Odur ki, son qiymət artımlarında kənd təsərrüfatı nazirimizin günahkar olması, düzgün iş prinsipi qura bilməməsi haqqında söylənilən iddialar özünü doğrultmadı. Nədən ki, ortada şəkil sübut yoxdur. Ol səbəbdən bu hadisələrdən təxribat iyinin gəlməsi daha inandırıcıdır. Yoxsa ki, İnam müəllim neyləsin ki, bütün kənd təsərrüfatı sahəsi inhisardadır. Bir inhisarçı başqasının xiyarına qətiyyən toxuna , onun dediyi qiymətə şəkk gətirə bilməz. Yazıq kəndli əkdiyini-biçdiyini bazarlara çıxara bilmirsə, İran kartofu Gədəbəydə lotuluq edirsə burda cənab nazirin nə günahı? Dövlət hər il milyonlarla subsidiya ayırdığı halda məhsuldarlıq ildən-ilə aşağı düşürsə İnam müəllimi qınamaq insafsızlıqdır. Odur ki, bazara gedəndə imkan edib pomidor-xiyarla, yemiş-qarpızla bir selfi çəkin. Gələcəkdə nəvə-nəticələrin yanında basıb-bağlamaq üçün! \\rublika.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
|