Həkimi keçmiş nazirin durumundan XƏBƏR VERDİ - AÇIQLAMA
Tarix: 26-06-2019, 12:45 |
Çap et
“Sabiq Vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilməyib”.
DİA.AZ xəbər verir ki, Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru İlkin İsmayılov redaktor.az-a açıqlamasında keçmiş nazirlə bağlı mediada yayılan xəbərlərə aydınlıq gətirib.
O, yayılan məlumatı təkzib edərək, informasiyanın doğru olmadığını qeyd edib:
"Sabiq Vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilməyib. Yayılan informasiya yanlışdır və həqiqəti əks etdirmir".
Qeyd edək ki, mətbuatda yayılan məlumatda sabiq Vergilər naziri Fazil Məmmədovun hazırda həkim nəzarətində olduğu və əməliyyat olunacağı qeyd olunub.