Tovuz rayonunda özbaşınalıq - Qarabağ qazisindən prezidentə MÜRACİƏT
Tarix: 10-06-2019, 12:29 | Çap et
Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ qazisi Abdullayev Elbrus Sakit oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubla müraciət edib.
DİA.AZ AFN-ə istinadən Qarabağ əlilinin müraciətini olduğu kimi dərc edir:
Cənab Prezident! 1996-cı ildə həqiqi hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən quraşdırılmış minaya düşərək sol baldırımın 1/3-ni itirmişəm. Hazırda II qrup Qarabağ qazisi kimi Sizin tanıdığınız imtiyazlardan istifadə etməklə bərabər, biz qazilərə göstərdiyiniz qayğıdan yararlanıram. 3 övladım və yaşlı ata-anamla Tovuz rayonu Vahidli kəndində 2 otaqlı mənzildə yaşayıram. Mənzil şəraitimin yaxşılaşdırılması üçün fərdi ev tikintisi növbəsinə durmaq məqsədilə 2014-cü ildə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lazım olan bütün sənədlər təqdim edilib, lakin bu günə qədər adım növbəyə yazılan Qarabağ qazilərinin siyahısında yoxdur. Rayon İH deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizdən siyahı istəməlidir, nazirlik isə deyir ki, siyahını RİH göndərməlidir. Beləcə ötür-ötür oyunu quraraq illərdir məni süründürürlər.
Möhtərəm Prezident! Tovuz rayonunda özbaşınalıq, laqeydlik hökm sürür. Mən bunu tam məsuliyyətimlə deyirəm, çünki özüm də bu vəziyyətin qurbanına çevrilmişəm. Bizim kəndimizdə torpaq islahatları aparılan zaman qanun pozuntularına yol verildiyi üçün islahatların nəticəsi ləğv edilib. Kənd əhalisi suvarılan və suvarılmayan sahələri qarşılıqlı razılaşma əsasında bölərək istifadə edir. Mənim atam Abdullayev Sakit də özünün və ayrı təsərrüfat olduğum üçün mənim də payıma düşən 60 sot ərazidən həmkəndlimiz Məmmədov Mayıl Ənvər oğlunun müvəqqəti istifadə etməsi üçün razılıq verdi. Təxminən 18 ilə yaxın bir müddət ərzində M.Məmmədov ərazidən istifadə etdi, suvarılan sahə olduğu üçün orda gah taxıl əkdi, gah yonca, gah da biçənək kimi istifadə etdi. Qeyd edim ki, M.Məmmədovun heyvanı yoxdur. Orda becərdiyi taxılı da, yonca və otu da satır. Ərazini başqa kəndin adamlarına icarəyə verir. Və bütün bunlardan dövlətə bir qəpik vergi ödəmir. Biz isə bu 18 ildə kəndin suvarılmayan ərazilərindən ot biçməklə mal-heyvanımızın qışlığını təmin etmişik. Hazırda atam yaşlandığı üçün mənə bu işlərdə köməyi dəymir, mənim isə ayağımın protez olması səbəbindən əmək qabiliyyətim tam deyil. Bütün bunlar ailəmizin həmin əraziyə ehtiyacını gündəmə gətirdi. Bir neçə il M.Məmmədova ərazini xoşluqla bizə qaytarmasını təklif etdik, lakin qulaqardına vurdu, hər dəfə bir bəhanə ilə növbəti ilə saxladı. Bu il isə mən xüsusi razılıq almadan öz payımıza düşəndən də az – cəmi 48 sot – ərazini suvarıb biçinə hazırladım. Lakin M.Məmmədov oranı mənə xoşluqla verməyəcəyini dedi. Halbuki o 48 sotu çıxdıqdan sonra ona 1 hektar 30 sotdan çox yer qalırdı. İyun ayının 3-də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və həm mənzil növbəsi, həm də yaranmış torpaq mübahisəsi ilə bağlı məlumat verib məsələnin həll olunmasını xahiş etdim. M.Məmmədov hər iki məsələ haqda müvafiq şəxslərə göstəriş verdi. Mənzil məsələsi birinci müavin Rəşad Zeynalova, yaranmış torpaq mübahisəsi isə başmının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə edildi. Biz artıq məsələnin obyektiv həll olunacağına ümid edərkən, dost-tanış N.Qasımovla Mayıl Məmmədovun dost olduqlarını dedi və prosesin əksinə olacağını bildirdi. Təəssüf ki, elə də oldu. Rayon rəhbərliyi “dovşana qaç, tazıya tut” prinsipi ilə hərəkət edərək məni qəbuldan arxayın yola salıb, o tərəfdən Mayıl Məmmədova “get ərazini biç” göstərişi verib. Qəbuldan 1 gün sonra yazdan bəri suvarıb yetirdiyim biçənək Mayıl Məmmədov tərəfindən biçilərək yenidən mənimsənildi. N.Qasımov bacımla telefon danışığında deyib ki, Mayıl Məmmədov sənin qardaşının əlilliyinin saxta olduğunu deyir. Belə çıxır ki, dövlət məmuru 23 ildir dövlətin Qarabağ əlili kimi tanıdığı, qayğı göstərdiyi, şəxsən sizin sərəncamlarınızla avtomobillə, sosial qayğılarla təmin edilən bir adama atılan iftiraya əsaslanıb onun haqqını tapdalamağı asan iş bilir. Bu, həmin Niftalı Qasımovdur ki, vaxtilə rayonda İslahat komissiyasının sədr müavini olub. Həmkəndlim M.Məmmədov yazı-pozu bacardığı, indiyə qədər kənddə, rayonda vəzifə tutan adamlar haqda mərkəzə çoxlu şikayətlər ünvanladığı üçün görünür, N.Qasımov da İslahat komissiyasına olarkən yol verdiyi pozuntuların üstünün açılacağından qorxur və ona görə də onun haqsız mövqeyini müdafiə edir. Çox təəssüflə qeyd edim ki, rayon rəhbərliyi də diqqətinə çatdırılmasına baxmayaraq, bütün bunlara göz yumur.
Mən dünyanın gəlişindən-gedişindən az-çox başı çıxan bir adam kimi deyirəm: bunun yeganə adı təxribatdır! Ölkədə Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqətin, qayğının artdığı bir vaxtda bu cür hadisələrin baş verməsi ancaq və ancaq təxribatdır, dövləti və hakimiyyəti gözdən salmaqdır. Mənim atam da Qarabağ müharibəsi veteranıdır. Müharibə başlayanda müəllimliyini atıb Vətənin keşiyində dayanıb. Evin tək oğlu ola-ola öz xahişimlə ordu sıralarına qoşulmuşam. Bizim kimi insanların hesabına qızğın döyüşlərin getməsinə baxmayaraq, düşmən Tovuz rayonundan bir qarış torpaq ala bilməyib. İndi belə çıxır ki, bizim qanımız tökülən torpağa haqqımız çatmır.
Cənab Prezident! Bizim ümidimiz yenə sizədir. Əminik ki, məsələ diqqətinizə çatsa obyektiv araşdırılmasına göstəriş verəcəksiniz. Əks halda, ailəmi də götürüb ölkədən getməkdən başqa çarəm qalmır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
|