Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                 

"İran ruhaniləri dini təhsil adı altında öz adamlarını yetişdirirlər" - deputat
Tarix: 4-05-2022, 09:24 | Çap et
"İran ruhaniləri dini təhsil adı altında öz adamlarını yetişdirirlər"
“May ayının 2-də Facebook-da Ramazan bayramı ilə bağlı bir yazı paylaşmışdım. İranda bu günün, əksər İslam ölkələrindən fərqli tarixdə qeyd edilməsini vurğulamaqda niyyətim bu idi ki, sadə məsələlərdə ikitirəlik olmasın. Məzhəb ayrılığını tamamilə aradan qaldırmaq çətindir, lakin bunu şişirtməkdənsə, son vaxtlar tez-tez səsləndiyi kimi, “Quran İslamı”nın tələblərini əsas götürmək lazımdır.

Doğrudur, yanlışdır... bu mənim fikrimdir. Bəyənmək də olar, bəyənməmək də. Lakin bu fikri bir tərəfə qoyub yorumlarda məni İran düşməni, İslamdan-dindən xəbərsiz, dini məsxərəyə qoyan, İsrailin adamı, rüşvətlə deputat seçilən, xalqın dərdindən xəbərsiz, Milli Məclisdə səsi çıxmayan, nəvəsinə azan əvəzinə qurd kimi ulamaq öyrədən, dindən danışmağa haqqı olmayan və s. ifadələrlə təhqir etdilər”. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu fikirləri Mili Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, fikirlərinə qarşı çıxanlardan on qat artıq insan onun xoş niyyətimi düzgün dəyərləndirib: “Ancaq istər-istəməz adamın ürəyi bulanır. Niyə bizim milli əxlaqımız bu qədər dəyişilib, bu düşmənçilik toxumunu səpən kimlərdir, niyə gənc adamlar ya qəsdən, ya tanımayaraq atası yerində olan bir tanınmış qələm sahibinə belə böhtanlar yağdıra bilir, onlara bu cəsarəti verən hansı ölkələr, hansı pullar, hansı maraqlardır? Mirzə Cəlil demiş bu İran marallarının niyyəti nədir? Mən onların hər birinə ayrıca cavab verib, öz qələtlərini anlatmağa çalışardım və inanıram ki, dəfələrlə olduğu kimi, bu dəfə də onların bəziləri real dəlil-sübut qarşısında səhvlərini etiraf edərdilər. Lakin buna vaxt yoxdur və söhbət tək-tək adamlardan yox, İranın adını çəkən hər kəsə qarşı bu hücum kampaniyası üçün yaranmış mühitdən, bu ayrı- seçkiliyin arxasında dayanan Azərbaycan-türk düşmənçiliyindən gedir”.

S.Rüstəmxanlı necə millət vəkili olduğunu bilmək istəyənlərə bunu seçildiyi Neftçala camaatından soruşmağa çağırıb: “Milli Məclisin stenoqramlarına baxsınlar, “Dərdə əyilmə” kitabımı oxusunlar!

Məni taleyimiz siyasətçi eləyib və 30 ildir siyasət didişmələrində, partiyalararası gizli savaş meydanında öyrədilmiş adamlar 70-80-ci illərdə ədəbiyyatda qazadığım şöhrəti baltamaqla, gözdən salmaqla məşğuldurlar. Şükür bacarmayıblar. Haq nazilsə də, üzülməz. Kimsəyə böhtan atmamışam, kimsəyə pislik eləməmişəm, milli birlikdən, Vətənimizin azadlıq və bütövlüyündən başqa məqsədim olmayıb. Dünyanın müxtəlif ölkələrində 90-a yaxın kitabım çıxıb və bu kitablardan biri də İran İslam Cümhuriyyətinin dini rəhbəri Ağaye Seyid Əli Xameneyiyə açıq məktubdur. Bəlkə bu böhtançıların xəbəri yoxdur, bu günlərdə o məktubu yenidən sosial mediyada paylaşaram”.

Deputat ondan “İran düşməni” qayırmaq istəyənlərə səslənərək deyib: “Məni İrana kin bəsləməkdə günahlandıranlara bəyan edim ki, tam tərsinə, İran adlandırılan ölkəyə heç bir kinim yoxdur, paylaşılan videodan da göründüyü kimi, mən İranın inkişafını, güclənməsini istəyirəm. Çünki İrana da öz dövlətim kimi baxıram. Əhalisinin yarısı bacı-qardaşlarımızdır, türklərdir. Üç min ildir o ərazidə İranla Turan bir yerdədir, farsla türk iç-içədir. Yaxın Doğu projesi ortaya çıxandan sonra mən İranın da Liviyanın, Əfqanıstanın, Surianın, İraqın yaşadığı facələri yaşamasıni istəməmişəm və bu fikrimi çox nüfuzlu görüşlərdə də səsləndirmişəm. Əksinə, biz istərdik ki, İran, Türkiyə, İraq, Suriya, Əfqanıstan, Pakistan və diğər qonşularımız bu bölgədə Avropa birliyinə bənzər bir birlik yaratsınlar. Bir-birinin əlehinə işləməsinlər.

Amma neyləyək ki, İranda din siyasətin alətinə çevrilib, digər tərəfdən də bu ölkədə, öz tarixi vətənlərində yaşayan 35 milyondan çox azərbaycanlının hüquqları tapdalanır, ana dilində məktəbləri yoxdur, hətta doğulan uşaqlarına da Azərbaycan-türk adı qoya bilməzlər. Torpaqlarımızın işğal altında olduğu illərdə də İranın erməni sevgisini hamımız görmüşük.

Azərbaycan Respublikası ilə İranın rəsmi mövqelərinin son dönəmlərdə yaxşılaşmasına sevinirəm. Belə bir yaxınlıq şəraitində İrandakı qardaşlarımızın haqları da unutdurulmamalıdır”.

“Mən İranın ruhanilərinin Azərbaycanda yorulmadan işlədiklərini, dini təhsil adına öz adamlarını yetişdirdiklərini bilirəm. Lakin ətrafımızda bu qədər farspərəst, bu qədər Azərbaycan-türk düşməni olduğunu blməzdim. Qarabağ savaşını çox tez unudurlar”,- S.Rüstəmxanlı əlavə edib.

Deputat sosial şəbəkədə onu ittiham edənlərilə bağlı araşdırma apardığını da qeyd edib: “Onların kimliyini araşdırdım. Başı üstə Xomeyninin şəkli, başında molla əmmaməsi olanlar gedib din işləri ilə məşğul olsalar yaxşıdır, onlara kim haqq verib ki, bu millətin dəyərlərinə əl uzatsınlar, başqalarının ayağına verməyə çalışsınlar? Bu qaragüruh dövlətçilik üçün ciddi təhlükədir və məncə, əlaqədar qurumlar bu barədə düşünüb tədbir görməlidirlər. İslam barış, xoş niyyət, xeyirxahlıq, insanlar arasında birliyi gücləndirən dindir. Lakin cahillər onu millətin inkişafına mane olan buxova və ya bataqlığa çevrmək istəyirlər..

Bu tipli adamlar neçə müddətdir, ara –sıra nifrətlərini ifadə etmək üçün başqa bəhanə tapmayanda mənim nəvəmlə şəklimi yayır və onun boz qurd kimi ulamasını öz ağılları və ya ağılsızlıqları səviyyəsində yozurlar: “Niyə dord yaşlı uşaq namaz qılmır, qurd kimi ulayır?”. O uşağın inanclı atasıyla yanaşı durub atasını yamsılaya-yamsılaya namaz qıldığını göstərən şəkilləri də var, lakin ona mifologiyamızdan gələn boz qurd kimi ulamağı kim qadağan edə bilər? Təki bütün ömrü boyu qurd kimi ulamağı ilə düşmən bağrı yarsın, İran gölməçələrində bəslənən qurbağalar kimi quruldamasın.

Hər kəs öz övladının dərdini çəksə yaxşıdır. Bizim balacalar dağda-daşda at üstündə qurd kimi ulamağa öyrəşiblər, kim Mazandaran eşşəyi kimi anqırırsa, bu da onun öz demokratik seçimidir.

Nəhayət yazılarda tez-tez “dini bilməyənlər dindən danışmasın” deyirlər. Əvvəla kim yoxlayıb ki, mən Din tarixini, Din fəlsəfəsini, Peyğəmbərlər tarixini, Həzrəti Peyğəmbərimizin həyatını, Quranı hansı səviyyədə bilirəm və bu məsələlərdə yalançı dindarlar mənimlə danışa bilərlər, yoxsa yox?

İkincisi, din Vicdan işidir, İnsanin Allahla rabitəsidir; hər kəs hesabatı öz vicadanına verir; burda dini kimin nə dərəcədə bilməsindən daha çox, kimin Allahına nə qədər bağlı olmasından danışıla bilər; din heç bir ayətullanın, Qum mollasının və ya din xadımınin şəxsi əmlakı deyil. Heç kim heç kimin inancını tərəzidə ölçə bilməz. Tərəzi sahibi Yaradandır və o da öz ədalət tərəzisinin başında dayanıb onun müqəddəs dinindən sui-istifadə edən, inancla cahilliyi qarışıq salan, işləri başqalarıni yaralamaqdan ibarət olan, düşüncələri şərlə, kin-küdrətlə dolu olan, böhtançı, nankor bəndələrinin yolunu gözləyir...”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru