“PUTİN QALİB GƏLƏ BİLMƏZ, BİLMƏYƏCƏK” - Etibar Məmmədov
Tarix: 19-03-2022, 09:14 | Çap et
Rusiyanın Ukraynanı işğal etmək cəhdi davam edir. 100 mindən çox rus əsgəri hazırda Ukraynanın BMT tərəfindən tanınan qanuni torpaqlarında bu ölkəyə qarşı müharibə aparır və ərazilərini işğal etməyə çalışır. Putin müharibənin dördüncü həftəsində yenə elan edir ki, Ukraynada “xüsusi əməliyyat” sona qədər davam edəcək. Kremlin siyasətini təbliğ edən Rusiya kanallarında isə açıq bildirilir ki, Rusiya Ukrayna ilə kifayətlənməməli, irəli getməlidir. “AzPolitika.info” bu mövzunu AMİP lideri Etibar Məmmədovla müzakirə edib
DİA.AZ müsahibəni təqdim edir:
- Etibar bəy, artıq dördüncü həftədir ki, Putin Rusiyası Ukraynanı işğal etmək məqsədilə dəhşətli müharibə aparır. Bu savaşda Putinin məqsəd və imkanlarını necə qiymətləndirirsiniz?
- Ondan başlayaq ki, bu, açıq-aşkar bir ölkənin başqa bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə və mövcudluğuna qarşı təcavüzüdür. Rusiya Ukraynanı işğal edərək, özünə tabe etdirmək istəyir. Bunun üçün də müharibəyə əl atıb. O, heç bir qanuni əsas və səbəb olmadan başqa ölkənin ərazisinə öz qoşunlarını yeritməklə, orada hakimiyyəti dəyişib, özünə uyğun hakimiyyət qurmaq və Ukrayna torpaqlarının bir hissəsini öz ərazisinə qatmaq niyyəti güdür. Bunun başqa adı yoxdur.
- Putinin əsas məqsədi budurmu?
- Təkcə bu deyil. Əslində, Putin vaxtilə Adolf Hitlerin apardığı siyasəti XXI əsrdə davam etdirir. O dövrdə Hitler qarşısına məqsəd qoymuşdu ki, “yəhudi məsələsi”ni həll etsin. Putin də “Ukrayna məsələsi”ni həll etmək istəyir. Yəni Ukraynanı dövlət kimi məhv etmək istəyir. Ümumiyyətlə, Ukrayna xalqını da tanımadığını bildirir, deyir ki, belə bir millət mövcud deyil. Hətta iddia edir ki, oradakıların bir hissəsi faşistlər, nasistlərdir ki, onlar da rusları və rusdilliləri incidirlər. Rusiyanın bu davranışları əslində özünün açıq-aşkar faşist siyasətindən doğur.
- Öncədən Ukrayna ətrafında gərginlik mövcud idi, diplomatik təmaslar müşahidə olunurdu, Qərb Rusiyaya xəbərdarlıq edirdi ki, Ukraynaya hücum etməsin və s. Siz müharibə baş verəcəyini gözləyirdinizmi?
- Yox, əslində Qərb imkan verdiyi üçün bu müharibə başladı. Bu da ABŞ başda olmaqla, Qərbin siyasi zəifliyinin və qorxaqlığının nəticəsidir. Necə ki, XX əsrin 30-cu illərində Adolf Hitlerin qarşısından qaçdılar və bunun nəticəsində II Dünya Müharibəsi baş verdi, indi də Putinin qarşısından qaçmaq III Dünya Müharibəsinə gətirib çıxara bilər. Putin vaxtında yerində oturdulmalı, onun hərbi hərəkətlənməsinin qarşısını almaq üçün region dövlətləri gücləndirilməli idi. O cümlədən də Ukrayna elə gücləndirilməli idi ki, Rusiya ora hərbi qüvvə yeridə bilməsin. Dərhal da Rusiya cəzalandırılmalı idi ki, bir daha belə üsullara əl ata bilməsin.
- Qərb analitikləri qeyd edirlər ki, Putini dayandırmaq üçün onların əlində hər hansı bir imkan və mexanizm yoxdur, mümkün olan tədbirlər də görülüb...
- Mən belə yanaşmalarla razı deyiləm. Təcavüzkarı hər zaman cəzalandırmaq mümkündür. Putin dünyanı əsasən nüvə silahı ilə şantaj edir, bildirir ki, bu silaha əl ata bilər. Əgər ABŞ və NATO nüvə silahına görə Rusiya ilə birbaşa toqquşmada iştirak etmək istəmirsə, Ukrayna elə gücləndirilməli idi ki, müqavimət göstərə bilsin. Zamanında Ukraynaya lazım olan silahlar verilməli, maddi yardımlar olmalı idi. Ancaq vaxtında bunu etməyiblər. Nəticəsi də bu gün göz qabağındadır.
- Sizcə, doğrudanmı Putin maksimum bir həftə ərzində Ukraynanı götürəcəyini düşünürdü və belə bir müqavimətlə üzləşəcəyini zənn etmirdi?
- Çoxları belə bir müqavimətin ola biləcəyini gözləmirdi. Fikrimcə, Putin başda olmaqla Rusiya idarəçiləri üçün də bu, gözlənilməz vəziyyətdir. Onlara verilən məlumat belə olub ki, 2014-cü ildə Krımın işğalı zamanı baş verənlər yenidən təkrar olunacaq. Yəni rus ordusunu Ukraynada gül-çiçəklə qarşılayacaqlar. Prezident Zelenski başda olmaqla Ukrayna hökuməti də üç-dörd gündən sonra qaçıb ölkədən gedəcək. Ancaq bu hadisələr göstərir ki, çoxları hesablamalarında səhv ediblər. Burada bir millətin formalaşması prosesi gedir. Əslində, Putin Ukraynaya hücum etməklə Ukrayna millətinin formalaşması prosesini sürətləndirdi, onların birləşməsini tezləşdirdi. Ukrayna sadəcə ərazi məvhumu deyil, həm də milli məvhuma çevrildi. Nəticə Rusiyanın özü üçün pis olacaq. İndi Ukraynada ortaya qoyulan müqavimət onu deməyə əsas verir ki, bir müddətdən sonra bu müqavimətin təsiri ilə Rusiya daxilində qarşısıalınmaz proseslər yaşanacaq. Ətraflı
- İndi çoxları Ukraynada baş verənləri 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğınla müqayisə edir və deyirlər ki, millətin formalaşması üçün qandan keçməsi vacibdir...
- Bəli, oxşar hadisədir, amma miqyası çox böyükdür. Hazırda baş verənlər göstərir ki, rus əsgərlərinin heç bir motivasiyası yoxdur. Onların böyük əksəriyyəti heç bilmir ki, Ukrayna ərazilərinə niyə göndəriliblər, nə üçün vuruşurlar, məqsədləri nədir. Onlardan fərqli olaraq Ukrayna əsgəri öz vətəni, dövləti və milləti üçün vuruşduğunu çox yaxşı bilir. Yəni Ukrayna ordusunun motivasiyası, əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bax, buna görə də onların müqavimət gücü günü-gündən artır. Ukrayna əsgərləri dəqiq bilirlər ki, nə üçün və kim üçün müharibə aparırlar.
- Nəticə necə olacaq, proqnozunuz varmı?
- Nəticə bir-iki günə olası deyil. Bu, uzanan prosesə çevriləcək. Rusiya birdən-birə öz məğlubiyyətini qəbul etməyəcək. Rusların xarakteri elədir ki, döyüşlərdə üstünlük qazana bilməyəndə xalqı cəzalandırırlar. Məhz bu səbəbdəndir ki, indi onlar dinc əhaliyə qarşı qırğın törədir, müharibə cinayətlərinə əl atırlar. Qənaətimcə, bu proses uzanacaq, ancaq Rusiya o zaman məğlubiyyətini qəbul edəcək ki, daxilində narazılıq güclənsin və Rusiyada olan xalqlar da bu narazılıqlarını aktiv şəkildə ifadə etsinlər.
- Putin Ukraynada qalib gəlsə, bunun postsovet məkanına təsirləri hansı formada olacaq?
- Yox, Putin qalib gələ bilməz və bilməyəcək də. Qalib gələ bilməməsi Rusiyanın nüfuzuna ciddi təsir edəcək. Bu hal ətraf dövlətlərin canından Rusiya qorxusunu çıxaracaq və bu ölkələrin güclü inkişafına təkan verəcək.
- Siz də hesab edirsiniz ki, bu savaş dünya müharibəsinə gətirib çıxara bilər?
- Mən hesab edirəm ki, dünya müharibəsi riski var. Ehtimal belədir ki, Putinin qarşısı öz dövləti və hökuməti tərəfindən alınmasa, bu adam istənilən cinayətə əl ata bilər. Çünki deyilənlərdən belə anlaşılır ki, onun psixi pozğunluğu da var. Qısası, onu kimsə sakitləşdirməlidir. Bu da yalnız daxildən kimsə ola bilər.
- Oliqarxlar?
- Oliqarxlar da böyük qüvvədir və Putinə təsir edə bilərlər. Hər halda, ehtimalım odur ki, müharibə uzanacaq.
- Deməli, Qərb də məcbur olub Ukraynaya silah-sursat verməkdə davam edəcək?
- Qərb dəstək verir, amma bunu kifayət qədər və lazımı səviyyədə etməyib. Qərb indi-indi bunu genişləndirmək qərarına gəlib. Ötən gün elan etdilər ki, Ukraynaya hansı silahları verəcəklər. İndi Rusiyanın qarşısında duran Ukraynaya əsasən hava hücumundan müdafiə sistemləri lazımdır. Hesab edirəm ki, Ukraynaya veriləcək bu tip silahlar Rusiyanın hava üstünlüyünün qarşısını müəyyən qədər ala biləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|