"Rusiya Qarabağda yerləşən sülhməramlıları çıxararaq Ukraynaya aparır" - deputat
Tarix: 18-03-2022, 08:52 | Çap et
Ukrayna–Rusiya müharibəsi, Qarabağda təmas xəttində son yaşanan olaylar gündəmin əsas müzakirə mövzuları olaraq qalır. dia-az.life xəbər verir ki, “Həftə içi”nin budəfəki müsahibi Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevlə də elə gündəm mövzuları ilə bağlı maraqlı söhbətimiz alındı:
– Eldar müəllim, Rusiya–Ukrayna müharibəsi dünyanı, eləcə də Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunu hansı böhranla üz-üzə qoyub, Üçüncü Dünya müharibəsi təhlükəsi varmı?
– Bu gün müharibə edən Ukrayna və Rusiya Sovetlər dövründə bir ittifaqın tərkibində olublar. Təəssüflər olsun, sonra bu iki dövlət arasında yaranan münaqişə müharibəyə çevrildi və hər iki tərəf ağır itkilər verir. Rusiya müharibədə tək əsgərini, hərbi texnikasını itirirsə, Ukrayna həm əsgərini, həm infrastukturunu, həm də şəhər və kəndlərini itirir. Üstəlik, orada günahsız insanlar həlak olurlar, qaçqın düşürlər.
Ermənilər vaxtilə Azərbaycan torpaqlarını işğal edəndə 1 milyondan çox insanımız öz yurdundan qaçqın-köçkün vəziyyətinə düşdü. Biz işğalın, müharibənin ağrısını-acısını yaşadıq. İndi Ukraynada yaşayan 500 mindən çox insanımız, eləcə də ayrı-ayrı millətlərin nümayəndələri çətin duruma düşüblər.
Ukraynadan çıxan soydaşlarımız Dərbənddə qalıblar. Pandemiya ilə bağlı həkim müayinələrindən keçməlidirlər. Görünən odur ki, bu istiqamətdə də müəyyən problemlər var.
Müharibə dünya üçün xoşagəlməyən vəziyyət yaradıb. Bu müharibəni İkinci Dünya müharibəsindən sonra bəşəriyyət üçün ən dəhşətli hadisə sayardım. Avropanın mərkəzində belə bir müharibənin olması heç kəsin ağlına gəlməzdi. Təəssüf doğuran məsələ budur ki, BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlar bu proseslərdə heç bir iş görə bilmirlər.
Azərbaycan Prezidenti məsələ ilə bağlı dəfələrlə Ukrayna və Rusiya dövlət başçılarına müraciət edib, həmin ölkələrə səfərlər edib, prezidentlərlə görüşlər keçirib. Prezident Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan etdi. Rusiyada səfərdə olanda isə Bakının məsələ ilə bağlı vasitəçilik etməyə hazır olduğunu bildirdi. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə müraciətləri oldu, hətta Rusiyaya, Ukraynaya səfərlər etdi. Təəssüflər olsun, Rusiya müharibənin dayandırılması ilə bağlı iddialarından əl çəkmir. Müharibənin başlanmasına səbəb kimi Donbas, Luqanskın müstəqillik məsələsi önə çəkilsə də, müharibə bu ərazilərlə bitmədi. Proses Ukraynanın dağılmasına doğru gedir. Avropa, ABŞ, NATO Ukraynaya silah, sursat dəstəyi verir, amma bu da təbii ki, müharibəni dayandıra bilməz. Belə fikir yaranır ki, Üçüncü Dünya müharibəsi başlaya bilər. Hər halda sülh danışıqları olmalıdır. Müharibənin bugünkü gedişi onu göstərir ki, Rusiya qarşısına qoyduğu məqsədə nail ola bilmir. Rusiyanın planına görə, Ukraynanı 3-4 gün ərzində tutmalı idi, amma alınmadı. Bu müharibədə hər iki tərəfin analarının ayağa qalxaraq müharibəyə son verilməsini tələb etmələrini çıxış yollarından biri kimi qeyd edərdim. Bəlkə bütün analar ayağa qalxıb, “Müharibəyə son” desələr, nəsə dəyişə bilər.
- Böhranın dərinləşməsi özünü Qarabağda, Azərbaycanda hansı formada göstərə bilər?
- Rusiyada həmişə “suyu bulandıran” Salovyov kimi müəyyən sözçülər olub, bu gün də var. Bu adamlar ara qarışdırmaqdan başqa iş bilmirlər. Ermənilər iddialarından əl çəkməyərək yenə də Qarabağa status verilməsi yönündə cəfəng fikirlər işlədirlər. Bunlar ölkəmizə qarşı təxribatlardır. Rusiya Prezidenti Vladimir Putin Qarabağın Azərbaycan torpağı olduğunu deyib. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri çıxışında deyirdi ki, Qarabağ məsələsi Azərbaycann xeyrinə həll olunacaq. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin tənzimlənməsi, sülh sazişinin bağlanması üçün ermənilərə əlavə 5 maddədən ibarət təkliflər göndərib. Biz addım-addım öz işimizi görürük. İran İslam Respublikası ilə olan anlaşılmazlıqlar aradan qaldırılıb. İranla Azərbaycan arasında yolların çəkilməsi ilə bağlı sənədlərə imza atılıb. Şərqi Zəngəzur yolunun açılması, Avropaya çıxışın olması İran üçün də maraqlıdır. İndi artıq hiss olunur ki, Azərbaycanın Qarabağ ərazilərində - Xocalıda, Xankəndidə olan rus sülhməramlıları oradan çıxarılır. Belə məlumatlar var ki, əsgərlər Ukraynaya getməkdən qorxduqları üçün çıxmaq istəmirlər. Məlumatlardan da görünür ki, Rusiya Ukraynaya aparmaq üçün Suriyada, Livanda əlavə qoşun axtarır. Yəmən buna etiraz edərək, bu prosesin qarşısını alıb. Çin də Rusiyanın hərbi qoşunla bağlı müraciətinə etiraz edib. Ona görə də Rusiya Qarabağda yerləşən sülhməramlıları çıxararaq Ukraynaya aparır. Bizim üçün yaxşı məqam yaranıb. Azərbaycan Xocalıya, Xankəndiyə girib öz nəzarətini bərpa edə bilər. Rusiyanı hazırda Xocalı maraqlandırmır, onu Ukrayna müharibəsi düşündürür.
- Diplomatik yolla müharibənin dayandırılması mümkündürmü?
- Ukrayna Rusiyadan tələb edir ki, müharibəni dayandır, bölgədən çıx. Rusiya administrasiyası Krımın işğalını, Luqansk, Donetskin müstəqil dövlətlər kimi tanınması şərtlərini qəbul etdirməyə çalışır. Ukrayna buna qarşıdır. Müharibə edən hər iki tərəf slavyan dövlətləridir, eyni dinə malikdirlər. Hesab edirəm, bu məsələ ilə bağlı hansısa konkret addımlar atılmalıdır. Azərbaycan dəfələrlə müharibənin dayandırılması ilə bağlı öz vasitəçi dəstəyini təklif edib. Zelenski danışıqlar üçün Bakı, yaxud İstanbula getməyə hazır olduğunu da bildirib. Görünən odur ki, Rusiya və Ukrayna tərəfi bu danışıqlarda maraqlıdır. Danışıqların 4-5-ci raundları gedir. Heç bir irəliləyiş yoxdur. Tərəflər bir-birlərinin iddialarını qəbul etmirlər.
– Ukrayna-Rusiya müharibəsində Azərbaycanda bəzi siyasi partiyaların Rusiyanın mövqeyini müdafiə etməsi halları var və bu da birmənalı qarşılanmır. Müharibənin yaratdığı belə gərgin şəraitdə Azərbaycan siyasilərinin birtərəfli mövqe sərgiləməsi nə dərəcədə doğrudur?
– Hansısa siyasi partiyanın Azərbaycanda Rusiyanı açıq dəstəkləməsi barədə məndə məlumat yoxdur. Biz hər iki tərəfin bu müharibəni sülhlə yekunlaşdırmasının tərəfdarıyıq. Rusiya bizim qonşumuzdur və həmişə qonşu dövlətlərlə mehriban əməkdaşlıq şəraitində yaşamalıyıq. Ukrayna bizimlə qonşu dövlət olmasa da, yaxşı münasibətdə olduğumuz, yanımızda olan dövlətlərdən biridir. Hər iki dövlətlə uzun illərdən bəri yaxşı münasibətlərimiz var. İstər Rusiya, istər Ukrayna olsun, orada soydaşlarımız yaşayır, işləyir, təhsil alırlar. Bu münasibətlərin üstündən xətt çəkə bilmərik. Müharibənin olmasını istəmirik. Kimlərsə müharibələrdə həlak olurlarsa, bu dözülməzdir. İstər rus, istər Ukrayna əsgərləri olsun, hər birinin ailələri, anaları, ataları var. Bu müharibəyə birinci növbədə insani münasibətlə yanaşmalıyıq. Ukrayna-Rusiya müharibəsi ilə bağlı birtərəfli mövqe sərgiləmək doğru deyildir. Əksinə, çalışmalıyıq ki, dövlətlərin barışması üçün əlimizdən gələni edək, müharibə dayansın.
– Eldar müəllim, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra ermənilər həvəslənib atəşkəsi daha çox pozurlar. Ermənistanla sərhəddə erməni silahlı təxribatları çoxalıb. Yenə müharibə istəyirlər?
– Erməni xalqının qanında təxribatçılıq var. Ermənilər öz dövlətlərini də yalan, cinayətlər üzərində qurublar. Tarixdə Qafqazda erməni olmayıb, Ermənistan dövləti olmayıb. Bununla belə öz iddialarından əl çəkmirlər.
Biz ermənilərin təxribatlarının layiqli cavabını veririk. Hesab edirəm ki, erməni rəhbərliyinin yenidən müharibəyə getmək, müharibəni davam etdirmək fikiri yoxdur. Yaxşı bilirlər ki, müharibəni başlamaq Ermənistanın sonu olacaq. Ermənistanın keçmiş rəhbərləri – Köçəryan, Sarkisyan müxalifətdə oturub hakimiyyət davası edirlər. Paşinyan “əlini bala batırıb” onların ağzına qoysa da, yenə razı olmayacaqlar. Məqsədləri aranı qatıb hakimiyyətə gəlməkdir. Ona görə də təxribatlara əl atırlar.
– Ekspertlər “Erməni silahlıları ölkəmizdə qaldıqca, sülh sazişi imzalanmadıqca, sərhədlər möhkəmlənmədikcə, belə təxribatlar olacaq” deyir. Məlumdur ki, üçtərəfli sazişə görə bu işdə vasitəçi Rusiyadır. Rusiyanın isə başı dediyiniz kimi Ukraynaya qarışıb. Nə etməliyik, kimi gözləməliyik?
– Azərbaycan sülh sazişinin bağlanması üçün çalışır. Qeyd etdik ki, Azərbaycan Ermənistanı sülhə dəvət edən 5 müddəadan ibarət təkliflərini yenə qarşı tərəfə təqdim edib. Rusiyanın başı Azərbaycan–Ermənistanla deyil, Ukraynada özü ilə qarışıb.
Azərbaycan öz işini səbirlə, addım-addım görəcək. Bunun başqa yolu yoxdur. Ukraynada müharibənin dayanmasını da gözləyə bilərik. Bütün hallarda kommunikasiyalar açılmalı, regiona sülh gəlməlidir. Əks-halda erməni havadarları, diasporaları bunlara nə vaxta qədər kömək edə biləcək?! Ermənistan bunu anlayır, guya sülh sazişi bağlamağa hazır olduğunu deyir. Baxaq görək, bizim qoyduğumuz şərtləri qəbul edirlərmi?
– Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün İrəvana 5 bənddən ibarət təkliflər paketi təqdim etdi. Ermənistan isə cavabında ATƏT-in Minsk qrupunun sülh sazişinin imzalanması ilə bağlı danışıqlara cəlb edilməsi şərtini irəli sürdü...
- Dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsi bitibsə, burada Minsk qrupunun görəcəyi bir iş yoxdur. “Dağlıq Qarabağ” deyilən ərazi yoxdur. Qarabağ iqtisadi zonası var. ATƏT-in Minsk qrupu gəlib burada hansı məsələni müzakirə edəcək, yaxud həll edəcək?! Bu barədə beynəlxalq təşkilatlar heç nə demir. İddianı tək ermənilər irəli sürür.
Otuz il həmin o Minsk qrupu münaqişənin nizamlanması yönündə bir iş görmədi, bundan sonra da heç nə etməyəcək. Azərbaycan qalib dövlətdir və öz sözünü deyəcək. Lazım olarsa yenə də güclə problemləri aradan qaldırmaq hüququnu özündə saxlayır. Biz müharibə istəmirik. Öz torpağımızı başqa dövlətlərin qanunsuz müdaxilələrindən qorumalıyıq. Xankəndi, Xocalı, Xocavənd – bütün Qarabağ torpaqlarında Azərbaycan qanunları işləməlidir.
- Avropa Parlamenti ermənilərin Azərbaycana qarşı qaldırdığı “Mədəni irsin dağıdılması” şikayətinə baxaraq, “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edib. Parlamentdə qərarın lehinə nə az-nə çox – 635 nəfər səs verib, 42 nəfər bitərəf qalıb, 2 nəfər əleyhinə səs verib. Avropanın Azərbaycan həqiqətlərinə münasibəti dəyişməyibsə, nə etməliyik?
– Avropa ikilistandartlı yanaşmalarından əl çəkmir. Biz, hətta “Xocalıya Ədalət” kampaniyası çərçivəsində səsimizi dünyaya çatdırsaq da, Azərbaycana yalnız bir neçə dövlət dəstək verdi. Faktiki olaraq Xocalıda uşaq, qadın, qoca olmaqla – 613 insanımız vəhşicəsinə öldürülmüşdü. Biz faktları dünyaya göstərdik. Ermənilərin son 44 günlük müharibədə mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərin fəsadlarını da göstərdik. Reaksiya nə oldu? Yenə ikili standartlar...
Ermənistanı Azərbaycanda törətdikləri dağıntıların zərərinin ödənilməsi ilə bağlı Avropa Məhkəməsinə vermişik. Təəsüflər olsun ki, nəinki buna cavab verilir, əksinə, Avropadan Xankəndinə qeyri-qanuni yollarla fransız, Niderland deputatları, siyasətçiləri gəlirlər. Azərbaycana qarşı yenə də haqsız yanaşmalar var. Ona görə də inanmıram ki, YUNESKO Azərbaycana gəlib ermənilərin törətdikləri dağıntıları təsdiq etsin, mədəni irsimizi məhv etdiklərinə görə işğalçıya qarşı sanksiyaların tətbiq edilməsinə nail olsunlar. Erməni lobbisi, diasporası bir çox Avropa ölkəsində böyük gücə malikdir və siyasi proseslərə təsir edir. Düzdür, onların qəbul etdikləri qərarların bizə heç bir təsiri yixdur. Fakt isə faktliğında qalır. Ukrayna-Rusiya müharibəsi ərəfəsində gərginlikdən istifadə edib Azərbaycana təsir etmək istəyə bilərlər. Bununla heç nəyə nail olmayacaqlar. Rus sülhməramlı qoşunları Qarabağdan çıxandan sonra, bizimkilər Xankəndidə oturacaqlar. Üstəlik, Azərbaycanın Müdafiə Nazirliyi göstəriş verib ki, təxribatlara layiqli cavab verilsin. Yəqin ki, addım-addım ərazilərimizi düşməndən təmizləyəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
|