Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                 

“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi” - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-03-2022, 09:02 | Çap et
“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi”
Rusiyanın Ukraynaya hücumu Azərbaycan cəmiyyətində mənfi qarşılanıb. Ölkə əhalisinin böyük əksəriyyəti Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir. Azərbaycan dövləti də Ukraynanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq, müharibə şəraitində yaşayan ölkəyə ardıcıl humanitar yardımlar göndərir.

Paralel olaraq Azərbaycan Rusiyaya qarşı hər hansı diplomatik və qonşuluq münasibətlərindən kənar münasibət göstərmir. Dövlətimiz 22 fevralda Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə də sadiqdir.

Bütün bunların fonunda sosial şəbəkələrdə yayılan məlumat Azərbaycanda narahatlıq və qəzəblə qarşılanıb. Məlumatdan aydın olur ki, Rusiyanın Azərbaycandakı səfirliyinin İnstagram hesabında guya Lənkəran rayonundan olan bir qrup soydaşımızın səfirliyə gül göndərdiklərinə dair paylaşım edilib. Guya Lənkəran sakinləri bununla Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayaraq, onu səfirliyə təqdim ediblər.

Paylaşım sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Azərbaycan vətəndaşları hesab edirlər ki, bu, Azərbaycana qarşı açıq şantaj və təhdiddir. Demək istəyirlər, cənub bölgəsində separatizm ocağını qalaya bilərik. “Talış Muğan Respublikası” təxribatı yaddaşlardan hələ silinməyib. Rusiyanın Azərbaycanı bölmək, parçalamaq siyasətinin ən qaynar vaxtlarına təsadüf edən “TMR” ideyası Azərbaycan xalqının qətiyyətli hərəkəti ilə tarixin zibilliyinə atıldı.

Hesab olunur ki, Azərbaycan ictimaiyyətindəki anti-Rusiya havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır. Azərbaycan dövlətinin cavabı nə ola bilər? Ümumiyyətlə, Azərbaycan ərazisində yenidən milli separatizm üzərindən oyunlar qurulması mümkündürmü? dia-az.life xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Rusiyada “Talış Mədəniyyət Mərkəzi” adlı separatizmi təbliğ edən qurumun fəaliyyəti həmişə dəstəklənir: “Bu qurumun rəhbərini hətta Rusiyanın mədəniyyət naziri qəbul etmişdi. Əsas məqsəd Azərbaycanda, yaxud Rusiyada talış mədəniyyətinin təbliğ olunması deyil, separatçılığın əsaslarını yaratmaq idi. Bu, hələ Fəxrəddin Abbaszadənin həbsindən əvvəl olmuşdu. İndi də bu paylaşıma gəlincə, ola bilsin ki, Rusiyada fəaliyyətini hələ də davam etdirən Talış Mədəniyyət Mərkəzində olan şəxslərin işidir bu. Rusiya tərəfi də fürsəti qaçırmayıb, Lənkəranı xüsusi vurğulamaqla məsələni ictimailəşdirib. Burada həm də məqsəd Azərbaycanın Ukrayna məsələsində Rusiyanın yanında olduğu görüntüsünü yaratmaqdır. Sanki Azərbaycan Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini dəstəkləyir. Amma əmin ola bilərsiniz ki, Ukraynada prosesləri dərindən izləyən, analiz edən siyasətçilər kifayət qədərdir. Onlar səfirliyin paylaşımının da, paylaşımda Lənkəranın adının qabardılmasının da məqsədini yaxşı bilirlər. Bu baxımdan, bu məsələnin Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə hansısa təsirinin olacağı real deyil”.

İ.İsmayıl bildirir ki, Azərbaycanla Rusiya arasında fevralın 22-də imzalanan bəyannamədə hər iki ölkədə bir-birinə qarşı ayrı-ayrı şəxslərin, həmçinin təşkilatların fəaliyyətinə imkan verilməyəcəyi qeyd olunub: “Çox təəssüf ki, Rusiyada Talış Mədəniyyət Mərkəzinin fəaliyyəti nəinki dayandırılmayıb, hətta bu paylaşımla Rusiya Azərbaycan daxilində separatizmi dəstəklədiyini ortaya qoyur. Bunu Azərbaycan dövlətinə separatizmi alovlandıracağına dair xəbərdarlıq kimi qiymətləndirmirəm, çünki hazırda Rusiya elə aqressivləşib ki, bunu müxtəlif qurumlar vasitəsilə adi telefonla da çatdıra bilər. Təcrübədə belə şeylər olub. Sadəcə, Rusiya hazırda məğlub durumdadır, özünün haradasa dəstəkləndiyini nümayiş etdirməyə ehtiyac duyur”.

Ekspertin fikrincə, hətta Rusiya istəsə belə, Azərbaycanda bundan sonra milli separatizmi gücləndirə bilməz: “44 günlük Vətən müharibəsində Ermənistan üzərindəki qələbə ilə bu məsələ birdəfəlik qapanıb”.

Lənkəran rayonunun tanınmış ziyalısı, ictimai fəal İltifat Rəhimzadə hesab edir ki, hazırda Lənkəranda yaşayan insanların Ukraynada öldürülən Rusiya hərbçilərini tanıması, fotolarına malik olması mümkün deyil: “Rusiyada, xüsusilə Sibir ərazisində çoxsaylı talışlar yaşayırlar. Onların bir çoxu sahibkarlıqla məşğul olur. Bəzi talışlar Rusiyadakı Talış Mədəniyyət Mərkəzinin təsiri altındadırlar. Bu mərkəz öz fəaliyyətini talış mədəniyyətinin, dilinin, ədəbiyyatının təbliği adı altında pərdələməyə çalışsa da, məqsəd başqadır. Bəzi talışlar da həmin mərkəzin təsir dairəsindədir. Onlar Rusiya ilə bağlanan müqavilədən sonra bu ölkədə özlərinə daha yaxşı imkanlar təmin etməyə çalışırlar. Bu baxımdan, ola bilsin ki, buradakı yaxınları vasitəsilə Rusiya səfirliyinə gül göndərsinlər. Bu, sırf onların şəxsi maraqlarından irəli gələn addım olmaqla, talış xalqının iradəsini ifadə etmir. Talışlar separatçılara cavabı Vətən müharibəsində veriblər. Onlar bu dövləti öz dövlətləri sayırlar, onun ərazi bütövlüyü uğrunda canlarından keçirlər. Talış oğulları Azərbaycan dövlətinə düşmən olan ermənilərlə savaşda böyuk hünər göstəriblər və Azərbaycan xalqı da öz övladlarının bu qəhrəmanlığını ən yüksək səviyyədə qiymətləndirib. Üç-beş nəfərin hərəkətlərini talışların adına yazmaq olmaz. Necə deyərlər, meşə çaqqalsız olmaz, hər millətdə nankorlar olur”.

İ.Rəhimzadənin sözlərinə görə, talışlar bütün Azərbaycan xalqı kimi Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir: “Biz Rusiyanın Ukraynaya hücumunu faşistlərin SSRİ-yə hücumu kimi qiymətləndiririk. Talışların bu məsələdə mövqeyi bütün Azərbaycan xalqının mövqeyindən fərqlənmir. Ukrayna xalqının azadlıq sevgisini, mübarizəsini dəstəkləyirik, Rusiya faşizminin tezliklə durdurulmasını arzulayırıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru