"Avropa məkanı özünün bütün dəyərləri ilə dərin deqradasiyaya uğrayıb" - deputat
Tarix: 12-03-2022, 09:27 | Çap et
Avropa Parlamentində Azərbaycan əleyhinə “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edilib. Qətnaməyə 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər səs verməkdən çəkinib. Absurd sənəddə deyilib ki, “Qarabağdakı bütün erməni tarixi-mədəni irsinin nümunələrinin alban tarixi irsinin qalıqları kimi təqdim edilməsi və erməni abidələrinin adlarının dəyişdirilərək “Qafqaz-Alban” qoyulması kimi narrativin Azərbaycanda yayılması narahatlıq yaradır”. Qətnaməyə görə, Azərbaycanın “erməni mədəni, tarixi və dini abidələrindən” saxta yazıların silinməsi məqsədilə işçi qrupun yaradılması yolverilməzdir.
Həmçinin, Azərbaycandan UNESCO-nun Qarabağda araşdırmalar aparmağa şərait yaratmasına imkan verilməsi tələb olunur. Şərt qoyulur ki, qiymətləndirmə missiyası işə başlayanadək “erməni tarixi irsinə” əl vurulmasın və s. Bütün dünyaya bəllidir ki, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı 28 il ərzində Ermənistan nəinki şəhər və kəndlərə, habelə multikultural dəyərlərə divan tutub. Maddi-mənəvi irsimizi məhv edərək, sadəcə, Azərbaycana qarşı yox, bütün ümumbəşəri dəyərlərə qarşı barbarlıq, vandallıq törədiblər. Azərbaycanın maddi-mənəvi və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, viran qoyulması, qarət edilməsi, mənimsənilməsi İrəvanın onillər boyu ölkəmizə və millətimizə qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsi olub. İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə tarixi abidə, onlarla muzey, məscid, mədəni irs nümunələri yerlə-yeksan olunub. Ermənilərin 28 il işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlar idi. Hamısı ermənilər tərəfindən dağıdılıb. 67 məscidindən 64-ü viran qalıb. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi qətnamə ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, reallığa və ən nəhayət, məntiqə zidd olmaqla yanaşı, aşkar neonasizm, müsəlman düşmənçiliyidir. DİA.AZ-ın məlumatına görə, absurd qətnamə ilə bağlı “Şərq”ə danışan millət vəkili Elşad Mirbəşiroğlu vurğulayıb ki, Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnamə açıq-aşkar qərəzdir. Deputatın sözlərinə görə, AP növbəti dəfə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib:
“Əslində Avropa Parlamentinin qərarı o qədər də təəccüb doğurmur. Çünki Avropa təsisatları hər zaman öz davranışlarında ikili standartlara söykəniblər. Onlar üçün ədalət mövcud deyil. Bu amili bütün Avropa təşkilatlarına aid etmək mümkündür. 30 il müddətində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər işğal zamanı sadəcə azərbaycanlılara deyil, tarixi-mədəni abidələrimizə qarşı da terror aktları həyata keçiriblər, bütün tikililəri xarabalığa çeviriblər, daşı daş üstə qoymayıblar. Amma Qərb təsisatları 30 il ərzində erməni vandalizmi ilə bağlı heç bir qətnamə qəbul etməyib. Əksinə, ermənipərəst mövqe tutaraq işğala məruz qalmış Azərbaycan tərəfini ittiham ediblər. Avropa məkanı özünün bütün dəyərləri ilə dərin deqradasiyaya uğrayıb. Bu məqam beynəlxalq qurumların fəaliyyətində və yanaşmasında da özünü göstərir. Avropa Parlamenti Azərbaycanın multikultural dəyərlərini, ənənələrini bir dəfə də olsun təqdir etməyib. Bakıda erməni kilsəsinin bərpa olunması faktını alqışlamayıb, heç dilə gətirməyib”. Parlament üzvü vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir, orada heç vaxt erməni izi olmayıb: “Bölgədəki bütün tarixi-dini abidələr Azərbaycan xalqına aiddir. Ermənilər bizə məxsus məbədləri saxtalaşdıraraq, əslini dəyişdirərək “özününküləşdirməyə” çalışıb. Ermənilərin real işğal faktı, törətdikləri vəhşiliklər bir kənarda qalır, Avropa Parlamenti uydurma ittihamlarla Azərbaycana qarşı qətnamə qəbul edir. Bu, açıq-aydın təxribatdır. Avropa Parlamenti qətnamədə “Dağlıq Qarabağ” ifadəsinə yer verməklə Azərbaycanda separatizmə dəstək verdiyini bəyan edib. Avropa təsisatları daim xalqlar arasında münaqişələri dəstəkləyiblər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
|