"Bu, heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir" - deputat
Tarix: 11-03-2022, 09:17 | Çap et
Son günlər Rusiya Azərbaycana münasibətdə müxtəlif qeyri-dost addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, “Dağlıq Qarabağ”dan isə 14 ton zəruri mallar gətirilib.
Bundan başqa, Qarabağ ətrafındakı Azərbaycan mövqelərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindən erməni silahlı tör-töküntüləri tərəfindən atəşə tutulması halları da müntəzəm xarakter alıb.
Azərbaycan, həmçinin, humanist prinsiplərdən çıxış edərək dünyanın müxtəlif məkanlarında humanitar böhranların aradan qaldırılmasına da yardım əlini uzadır. Son olaraq Azərbaycan belə bir humanitar yardımı Polşadan keçməklə indi çətin günlərini yaşayan Ukraynaya yollayıb. Bu addımda hər hansı bir siyasi çalar da yoxdur. Bakı, sadəcə, olaraq humanist prinsipləri əsas götürərək Ukrayna xalqına mənəvi dəstək olub.
Amma buna baxmayaraq, görünən odur ki, Azərbaycanın humanist addımı Moskvanı əməlli-başlı qıcıqlandırıb. Görünür, Rusiya onun razılığı və istəyi olmadan kənardan Ukraynaya hər hansı bir humanitar dəstəyin verilməsini istəmir. Ona görə də Azərbaycanın humanist addımına cavab olaraq tələm-tələsik qondarma qurumdan guya Ukraynaya dəstək üçün zəruri mallar gətirildiyini bəyan ediblər. Xarkovdakı Azərbaycan konsulluq binasının vurulması da bu mənada təsadüf sayıla bilməz. Rusiyanın bu hərəkəti onu göstərir ki, son zamanlar həddən artıq aqressivləşmiş Moskva ərazi bütövlüyünü dəstəkləmək və humanitar yardım göndərməklə Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqeyindən narazıdır.
Bu iddialar nə dərəcədə gerçəkliyi əks etdirir? Narahat olmağa dəyərmi? Azərbaycanın Ukrayna siyasətində yanlışı varmı? DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, YAP-çı deputat Elman Nəsirov Rusiyada Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını istəməyən qüvvələrin fəallaşdığını düşünür: “Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30 ili tamam oldu. Bu 30 illik tarix ərzində münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunurdu. Amma bu ilin 22 fevral tarixində ölkə Prezidenti, cənab İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında imzalanmış bəyannamə ikitərəfli münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Ancaq son zamanlar ikitərəfli münasibətlərimizdə bəzi anlaşılmaz məqamlar da baş verir ki, bu heç bir halda müttəfiqlik münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Həmin münasibətlərə kölgə salır. Bu ilk növbədə onunla bağlıdır ki, tez-tez Rusiyanın rəsmiləri tərəfindən Dağlıq Qarabağ ifadəsi işlənir. Elə bu yaxınlarda Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, ”Dağlıq Qarabağ"dan isə 14 ton zəruri mallar gətirilib. Bu nə ifadədir? Belə anlaşılır ki, bu şəxs oranı ayrıca bir inzibati ərazi vahidi kimi görür. Bu bəyanatdan elə çıxır ki, o, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etmir. Ümumiyyətlə, Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidliyi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il 7 iyul tarixli fərmanı ilə Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Belə bir inzibati ərazi vahidi olmaya-olmaya rusiyalı generalın belə bir mövqe ortaya qoyması təbii ki, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir addımdır. Halbuki haqqında bəhs etdiyim müttəfiqlik haqqında bəyannamənin birinci bəndinin birinci maddəsində qeyd olunub ki, hər iki dövlət öz münasibətlərini ərazi bütövlüyü, suverenlik məsələləri, bir-birinin daxili işlərinə qarışmama, qarışıqlı hörmət, güc tətbiq etməmək, hədələməmək üzərində qurur. Belə olan vəziyyətdə Dağlıq Qarabağ ifadəsini rus generalı nə üçün işlədir? Bunu da brifinqdə səsləndirir və jurnalistlər də yayırlar. Demək, beynəlxalq aləmə bu cür təqdim etmək istəyirlər. Bu da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş addım kimi qəbul edilməlidir. Heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir. Bir sözlə, ona kölgə salır. Bu, çox məsuliyyətsiz bir davranışdır. Eyni zamanda rus sülhməramlılarının Qarabağdakı nəzarət zonasında da qeyri-qanuni erməni birləşmələri, separatçıların tör-töküntüləri atəşkəs rejimini intensiv şəkildə pozurlar. Bu addımları ilə də 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin bütün məzmununa, mahiyyətinə, fəlsəfəsinə daban-dabana zidd bir fəaliyyət ortaya qoyurlar. Bizi də narahat edən budur. Atəşkəsin intensiv pozulması halları rus sülhməramlılarının gözü qarşısında baş verir. Ağdam istiqamətində gündə 30-a qədər atəşkəsin pozulması halları qeydə alınır. Rus sülhməramlıları bunun qarşısını almaq üçün niyə real tədbirlər görmürlər? Halbuki onların vəzifəsi bunların qarşısını almaqdır. Nə üçün kənar seyrçi mövqedə dayanırlar? Bununla əllərində silah olan həmin tör-töküntüləri ruhlandırırlar. Onlarda arxayınlıq yaranır ki, atəşkəsi pozarıq, heç bir cəza da almarıq. Bütün bunlar təbii ki, cavabı gözlənilən suallardır. Haqlı olaraq Azərbaycan ictimaiyyəti bu suallara cavab istəyir. Bütün bu baş verənlər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasına daban-dabana zidd olan addımlardır. Rusiyada bəzi dairələr maraqlıdır ki, Bakı-Moskva münasibətlərinə xələl gətirsinlər. Görünür, bu əlaqələrin müttəfiqlik səviyyəsinə qalxması Rusiyada kimlərisə narahat edib. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Bunun qarşısını almaq üçün əsaslı tədbirlər görülməlidir".
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Rusiyaya rəsmi Bakının sərt reaksiya verməsinin vacibliyinə toxundu: “Bir tərəfdən Qərbin Ukraynanı tək buraxdığını gördük, o biri tərəfdən də Rusiyanın müttəfiqləri sayılan Çin, İran, Venesuela da tam Moskvanın yanında durmadılar. Dünya çapında bütün bu konfiqurasiyanı gördükdə Azərbaycan ən optimal varianta əl atıb. Rusiya ilə müttəfiqlik imzası, paralel olaraq Ukraynaya humanitar yardım göstərərək rəsmi Bakı balanslı siyasət irəli sürdü. Təbii ki, bu cür mövqe Rusiyanın ürəyincə olmadı. Ona görə Rusiya Müdafiə Nazirliyi tərəfindən Azərbaycana qarşı bu cür provokasiya oldu. Əvvəllər də buna oxşar provokasiyalar Rusiya tərəfindən müşahidə edilmişdi. Məsələn, müharibədən qabaq Rusiya XİN-in Azərbaycana qarşı dəfələrlə provokativ addımlar atdığını gördük. İndiki zamanda Rusiyanın Azərbaycanı qarşısına alması maraqlarına cavab vermir. Onsuz da Rusiya dünyada kifayət qədər təklənib. Lakin Azərbaycan da Rusiyanın provokasiyalarına ciddi etirazını Moskvaya bildirməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
|