Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                 

“Xaricdə oxuyub qayıtmış tələbə AMEA-da 300-400 manata işləməyəcək” - deputat
Tarix: 2-03-2022, 09:16 | Çap et
“Xaricdə oxuyub qayıtmış tələbə AMEA-da 300-400 manata işləməyəcək”
Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Xaricdə təhsil üçün üstünlük veriləcək ixtisaslar informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı sahələridir.

Bir çox ekspertlər verilən sərəncamı yüksək qiymətləndirməklə yanaşı, əsas diqqəti xaricdə oxuyub qayıdanların ölkədə iş tapması probleminə yönəldirlər. Qeyd olunur ki, təhsil alan gənclərin Azərbaycanda dövlət müəssisələrində işlə təmin olunmasına xüsusi diqqət ayrılmalıdır. Hətta təhsil alanlarla imzalanan müqaviləyə mütləq əlavə edilməlidir ki, həmin şəxslər Azərbaycana gələndən sonra dövlət tərəfindən müəyyənləşdirilmiş yerlərdə çalışacaqlar. DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, bir müddət bundan doktorantura ilə bağlı sərəncam imzalanmışdı: “Bu sərəncamın imzalanmasını da Azərbaycan cəmiyyəti, gəncləri gözləyirdi. Bu, dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin göstəricisidir. Burada bir neçə məqam nəzərə alınmalıdır. Tələbələr ilk olaraq seçim əsasında göndərilməlidir. Konkret universitetlərin fikri öyrənilməlidir. Tutaq ki, onlarda hansı istiqamətdə kadra daha çox ehtiyac var. Hansı sahələrə üstünlük verək. Dövlət bu vəsaiti ödəyir və bunun qarşılığı olmalıdır. Qaldı ki, vətəndaşların qayıtmaması məsələsinə, burada da bir neçə mühüm məqam var. Biz tələbələri göndəririk, bəziləri qayıtmır, bu reallıqdır. Onların qayıtması üçün mühitin yaradılması çox önəmlidir. Elmi mühitin olması, iş şəraitinin olması məsələsi çox vacibdir. Bir gənc gedib xaricdə oxuyub, görəndə ki, orada maaş yüksəkdir, o ölkə onun üçün daha cazibədar olur. Bütün bunları nəzərə almalıyıq, söhbət mühitdən, yaradılan şəraitdən gedir. Təəssüflə qeyd etmək lazımdır ki, bizim AMEA sistemində, bir sıra universitetlərdə maaşlar aşağıdır. Bir sıra dövlət qurumlarında da maaşlar azdır. Ona görə xeyli gənc baxır ki, ona xaricdə karyer qurmaq imkanları daha genişdir, orada qalsa daha çox qazanc əldə edə bilər. Burada gənclərə elə şərait, mühit yaratmalıyıq ki, başqa ölkələr onlara daha cazibədar və çəkici olmasın. Bəzən gənclər gəlirlər, burada iş tapmırlar. Bir sıra qurumlarda işə götürmədə şəffaf, ədalətli sistemin olmaması da öz rolunu oynayır. Bu yaxınlarda cənab prezident də bu məsələyə toxundu ki, məmurlar vəzifəyə təyin edilərkən qohumbazlıq, yerlibazlığa son qoyulmalıdır. Yəni bu gənclər vətənə qayıdanda onlara diqqət, xüsusi qayğı olmalıdır. Onlar bilavasitə nəzarətdə olmalıdırlar. Misal üçün, elm sahəsini götürsək, xaricdə oxuyub, elm sahəsində işləmək istəyən gənclər AMEA-da 300-400 manata, yaxud universitetlərdə 500-600 manat maaşa işləməyəcəklər. Ona görə də xüsusi sistem düşünülməlidir. Bəzi dövlət qurumlarında artıq bu var. Maaşların yüksək olması ilə bağlı bizim strukturlarda artıq nümunə var. Bu cür şərait, mühit yaradılmalıdır ki, gənclərin burada qalmasına marağı olsun. Əksər ölkələrin bu kimi problemləri var. Savadlı, bilikli insanların ”beyin axını" baş verir. Gənclər İQ, tibb və başqa sahə üzrə köçüb xarici ölkələrdə yaşayırlar. Çünki onların istədikləri mühit, şərait maaşı burada görmürlər. Bu da çox ciddi beyin axınına səbəb olur. Bununla da ölkə özünün yetişdirdiyi, ərsəyə gətirdiyi kadrları itirir".

Təhsil eksperti Kamran Əsədov dedi ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır: “Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir, bunların da sayı hədsiz dərəcədə çoxdur.

Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Azərbaycan “Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” artıq 99 ildir ki, həyata keçirilməkdədir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan Respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı isə 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki illərlə müqayisədə azalmadı. Minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək".

Ekspert qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam da Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır: “Bu, dövlət başçısı tərəfindən imzalanmış ikinci sərəncamdır. Birinci dövlət proqramı 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili ilə bağlı idi. Həmin təhsil proqramında 5000 gəncin xarici ölkələrdə təhsil almağı nəzərdə tutulsa da, 3500 nəfər gənc nüfuzlu universitetlərdə təhsil almağa göndərilmişdi. Hazırda onlar Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Bir sıra özəl sektorlarda rəhbər vəzifələrdədirlər. 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alan gənclərə 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər dünyanın aparıcı ali təhsil ocaqlarında Azərbaycanın əmək bazarında ehtiyac olan ixtisaslar üzrə təhsil almışdılar. İndi tamamilə fərqli istiqamət seçilib. 2015-ci ildə təhsilə başlamış tələbə 2022-ci ildə məzun olur. Zəncirin qırılmaması və dayanıqlı iqtisadiyyatın formalaşması üçün xarici ölkələrdə təhsil almış gənclərə böyük ehtiyac var. Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib. Hansı sahədə mütəxəssislərə ehtiyac duyulursa, onların hazırlığına, yetişdirilməsinə üstünlük verilir. Hazırda neft-qaz mühəndislərinə, hüquqşünaslara o qədər də ehtiyacımız yoxdur.

İnanırıq ki, indiki seçim daha şəffaf olacaq. 2007-2015-ci illərdə əfsuslar olsun ki, şəffaflığı görmədik. Ölkəmizin 51 universitetimizdə 187 min tələbə təhsil alır. Bu, kifayət qədər ciddi rəqəmdir. Xarici ölkələrə ona görə gəncləri göndəririk ki, onlar Azərbaycanda iqtisadiyyatın, xidmət sektorunun, informasiya texnologiyalarının inkişafına öz töhfələrini verə bilsinlər. Xaricə təhsil üçün gedənlərlə müqavilə bağlanmalıdır ki, geri qayıdarkən dövlətin müəyyənləşdirdiyi sahələrdə ən azı 5 il çalışsınlar. Özləri könüllü surətdə istədikləri işlə məşğul olmasınlar".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru