Ərdoğan Fətullah Gülənin daha bir "dəftərini bağladı"
Tarix: 22-03-2014, 11:00 |
Çap et
“Bundan sonra “Türkcə Olimpiada” keçirə bilməyəcəklər. O iş artıq bitdi. Bizdən zal istəyəcəklər. Keçin artıq o işləri. O dəftər bağlandı”. ANS PRESS-in xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Ötən gün Ərzurum şəhərində mitinq keçirən baş nazir Fəthullah Gülənin lideri olduğu “Xidmət” (“Hizmet”) hərəkatının hər il təşkil etdiyi “Türkcə Olimpiada”nın keçirilməsinə icazə verməyəcəyini deyib.
Qeyd edək ki, “Türkcə Olimpiada” 2003-cü ildən bəri “Xidmət” hərəkatının təşkilatçılığı ilə hər dünyanın müxtəlif ölkələrindən gələn şagirdlərin iştirakı ilə keçirilirdi. Bu olimpiadada Azərbaycan da təmsil olunub və azərbaycanlı şagirdlər bir neçə dəfə yaxşı dərəcələr əldə ediblər.