Məğlubiyyətin etirafı, yoxsa “çirkli bomba” tələsi: Rusiya “öz torpağından” geri çəkilir - NƏ BAŞ VERİR?
Tarix: 11-11-2022, 10:59 | Çap et
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xersondan çıxarılması barədə göstəriş verib. Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə nazirinə bildirib ki, rus qoşunları Dnepr çayının sol sahili boyunca müdafiəyə alınmalıdır: “Ən məqsədəuyğun variant Dnepr çayının maneə xətti boyunca müdafiə təşkil etməkdir. Qoşunların manevri yaxın vaxtlarda həyata keçiriləcək, birləşmələr Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini tutacaq”.
Şoyqu Surovikinin bu təklifi ilə razılaşıb və qoşunların çıxarılmasına, şəxsi heyətin, silahların və texnikanın Dnepr çayı ilə təhlükəsiz keçməsini təmin etmək üçün bütün tədbirləri həyata keçirməyə göstəriş verib. Surovikin öz növbəsində qeyd edib ki, “qoşun manevri yaxın gələcəkdə həyata keçiriləcək, birləşmələr Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini tutacaq”.
Qeyd edək ki, Xerson mühüm liman və sənaye mərkəzi olmaqla yanaşı, digər strateji əhəmiyyətli şəhər olan Odessaya doğru irəliləmək imkanı verir. Xersona nəzarət etmək həm də böyük su mənbəyinə nəzarət etmək deməkdir. Rusiyanın belə bir qərar verməsi ciddi müzakirələrə səbəb olub. Bəziləri bu qərarı Moskva tərəfindən qurulmuş “tələ” kimi qiymətləndirsələr də, Rusiyanın geri çəkildiyini düşünənlərin sayı daha çoxdur.
Onu da xüsusi vurğulamaq lazımdır ki, bir müddət öncə Kreml keçirdiyi saxta “referendum” ilə Xersonun Rusiyaya birləşdiyini elan etmişdi.
DİA.AZ-ın məlumatına görə, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyev mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Xersonla bağlı son qərarı müxtəlif aspektlərdən şərh edilir. Belə ki, ortada həm geri çəkilmə iddiası, həm də gizli plan təhlükəsi var.
“Bir müddət öncə Rusiya müdafiə naziri Ukraynanın “çirkli bomba”dan - radioaktiv material və adi partlayıcı maddələrdən ibarət cihazdan istifadə edə biləcəyini iddia etmişdi. Hətta bununla bağlı ABŞ, Böyük Britaniya və Fransanı da ittiham etmişdi. Lakin bu gün Rusiyanın özünün Xersonda “çirkli bomba”dan istifadə edə biləcəyinə dair ehtimallar mövcuddur. Son qərarın buna hazırlığın tərkib hissəsi olduğu da iddia olunur”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, bu mənada Rusiyanın Xersondan geri çəkilməsi barədə qərarın Ukrayna üçün qurulmuş tələ olduğu bildirilir: "Bu ehtimal istisna olunmur. Lakin digər ehtimal ondan ibarətdir ki, Rusiya artıq məğlub olacağının fərqinə varıb və bu səbəbdən geri çəkilir”.
Nazir müşaviri Rusiya daxilində ciddi böhran yaşandığını deyib: “Hətta rəsmi Moskva 20-25 min hərbçisinin mühasirəyə alındığını etiraf edib. Rus ordusu kifayət qədər ciddi problemlər yaşayır və sərt qış dövründə daha ciddi məğlubiyyətlərə uğrayacağı qaçılmaz görünür. Bu gün ruslar Ukrayna uğrunda döyüşlərə qatılmaq istəmirlər. Rusiya iqtisadi və siyasi böhran astanasındadır. Digər yandan Ukrayna ordusu əzmlə döyüşür və geri çəkilmək niyyətində deyil. Bütün bunların fonunda Rusiya məğlub olacağını dərk edir. Artıq bu ölkə dağılmağa doğru gedir, daxildə kütləvi etirazlar qarşısıalınmaz görünür”.
“Ukraynada isə əhali nikbindir, həyat öz axarında davam edir. Düzdür, ara-sıra elektrik verilməsində fasilələr yaranır, amma bu problem də tədricən aradan qalxır. Müharibənin davam etdiyi hazırkı şəraitdə əminliklə söyləmək olar ki, Rusiya ordusu məğlubiyyətə, Ukrayna ordusu isə qalibiyyətə doğru sürətlə irəliləyir”, - deyə Xudiyev vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, politoloq Zərdüş Əlizadə də AYNA-ya şərhində əminliklə söyləyib ki, Rusiya ordusunun atacağı heç bir addım onu məğlubiyyətin pəncəsindən xilas etməyəcək: “Rusiya Ukraynaya qarşı tələ qursa da, qurmasa da, heç nə onu xilas etməyəcək. Müharibənin ilk günlərindən Qərbin əsas məqsədi Rusiyanı diz çökdürmək və Putin rejimini devirməkdir. Başlanğıc dövrlərdə bu, inandırıcı görünməsə də, hadisələr irəlilədikcə Rusiyanın məğlubiyyəti qaçılmaz görünür. Proses davam edir və görünən budur ki, artıq Putin administrasiyası geri çəkilmək haqqında düşünür. Çünki qarşıdan qış fəsli gəlir. Moskvanın isə resursları tükənmək üzrədir. Bu, həm iqtisadi, həm siyasi, həm də hərbi resurslara aiddir”.
“Rusiya hər gün Ukraynada xeyli sayda döyüşçü itirir, canlı qüvvə və hərbi texnikanı isə əvəzləyə bilmir. Qərb isə Ukraynaya dəstək göstərir, onu təhciz edir. Belə bir şəraitdə Rusiyanın bir yolu var ki, o da geri çəkilməkdir. Xersonla bağlı Şoyqunun son qərarını da bunun tərkib hissəsi sayıram”, - deyə analitik qeyd edib.
Əlizadə Qərb Rusiya ilə dialoq masasına oturmağa tələsmədiyinə də diqqət çəkib: “ABŞ, Böyük Britaniya və müttəfiqləri keçmiş səhvlərini təkrarlamaq istəmirlər. Onlar əmindirlər ki, danışıqlar masası arxasına keçsələr, Rusiya zaman qazanacaq. Bir müddət sonra isə yenidən işğalçılıq siyasətini davam etdirəcək. Buna görə də barışmaz diplomatik siyasət yürüdürlər. Ukraynaya dəstək, Rusiyaya qarşı embarqolar yolu ilə Kremli geri çəkilməyə təhrik etmək istəyirlər. Hesab edirəm ki, yaxın gələcəkdə buna nail olacaqlar. Rusiyanın artıq geriyə yolu qalmayıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|