ŞOK: SƏFƏR ƏBİYEVƏ QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR
Tarix: 6-12-2013, 15:03 |
Çap et
BU YÖNDƏ HƏRƏKƏTƏ KEÇƏNLƏR VAR
DİA.AZ: - Redaksiyamıza hökumət içindəki etibarlı mənbələrdən maraqlı bir informasiya daxil olub. Verilən xəbərlərdən aydın olur ki, 22 oktyabr tarixində vəzifəsində alınan müdafiə naziri Səfər Əbiyevə cinayət işi açılması üçün hərəkətə keçən qüvvələr var.
Məlumatı DİA.AZ-a ötürən qaynaq iddia edir ki, Səfər Əbiyevə qarşı ittiham olunması üçün faktlar toplanıb və hazırdır: «Onlar çalışırlar ki, keçmiş nazirə qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə iş qaldırılsın. Həmin maddələrdən biri 32.5-ci (cinayət törətməkdə vasitəçilik), digəri isə 179.2-ci (dövlət əmlakını külli miqdarda talama) maddələridir. Eyni zamanda keçmiş nazirə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə də cinayət işinin qaldırılması planlaşdırılır».
Bu istiqamətdə Səfər Əbiyevin köhnədən ədavətdə olduğu və zaman-zaman müdafiə nazirliyindən uzaqlaşdırılan köhnə heyətin maraqlı olduğunu söyləyən mənbəmiz bildirdi ki, artıq toplanan faktlar bir neçə ünvana göndərilib: «Məqsədləri Səfər Əbiyevə cinayət işi açdırmaq və bui şlə əlaqədar keçmiş nazirin bir neçə yaxın adamını həbs etdirməkdir».