“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                 

Dövlət Sığorta Kommersiya Şirkəti də belə diqqət cəlb edir... - GİLEY
Tarix: 3-04-2019, 11:43 | Çap et
Dövlət Sığorta Kommersiya Şirkəti də belə diqqət cəlb edir...
Sığorta dələduzluğu günün “dəbdən düşməyən” qonularındandır. Dövlət Sığorta Kommersiya Şirkəti Qarabağ əlillərinin, şəhid ailələrinin qanpulunu dələduzluqla mənimsəyir, özəl sığorta şirkətləri də sığorta olayı baş verəndə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmirlər.

Ən böyük dələduzluq “reqress dələduzluğu”, yəni öhdəliyin başqasının üzərinə qoyulmasıdır. Bu dələduzluq avtomobil yiyələrinin üçüncü şəxslərə vurduqları ziyanın ödənilməsi hallarında geniş yayılıb. Bu sahədə vəziyyət o həddə çatıb ki, hətta sığorta hadisəsinin - qəzanın səbəbkarı kimi yola çıxan mal-heyvan yiyələrindən “reqress iddia dələduzluğu” ilə ödəniş tələbi alınır. Təsəvvür edin, “heyvanın yol hərəkəti qaydasını pozmasına” görə yiyəsi cəzalanır.

“Diqlas”ın yanması sığorta məsələsini yenidən ən yuxarı səviyyədə gündəmə gətirdi. Bəlli oldu ki, sığorta şirkətləri sahibkarlıq obyektlərini yanğından sığortalamaqda maraqlı deyillər. Bu maraqsızlıq risk dərəcəsinin böyüklüyü ilə izah olunur. Bəs digər bədbəxt olaylardan necə, onları sığortalamaq da risklidir?

Sadəcə, sahibkarların, vətəndaşın sığorta şirkətlərinə inamı yoxdur, problem bundadır. “Diqlas” həm ölçülərinə, həm də işçilərin sayına görə yetərincə iri obyektdir. Təbii ki, yiyəsi də sıradan sahibkar yox, ən iri məmurlardandır. Ona görə də “tüstüsü” hələ də “yandırır”! Demək istəyirik ki, belə obyektlərin sığortaçısı elə öz sığorta şirkətləri olur. Sığortası olmasa da, dövlət məmur sahibkarlığının inkişafına yardımını əsirgəmir. Adi sahibkara gəldikdə isə, yanan da sahibkar olur, yaman günə qalan da.

Bir il qabaq - 15 aprel 2018 -ci ildə Ağsu şəhərində iş adamı Sabir Mustafayevə məxsus çörək sexi içindəki inventarla birlikdə yanıb kül olub. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi 12.06.2018-ci il tarixli qərar ilə cinayət işi qaldırılmasından imtina edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 11.06.2018 tarixli 40137 saylı rəyi ilə binaya dəyən ziyan məbləği 75541 manat, inventarlara dəyən ziyan isə 114606 manat müəyyən edilib. Sığortaçı “Azsığorta” şirkəti inventara cavabdehlik daşımadığını, yalnız tikilinin sığortalandığını bildirib və Ədliyyə Nazirliyinin rəyi ilə müəyyən olunmuş məbləği ödəməyə razılıq verib. Lakin bir ildir şirkət nəinki sığorta ödənişi edir, əksinə, dələduzluq yolunu tutub, sahibkara cəmi 15 min 110 manat ödəməyi təklif edir.

“Azsığorta” şirkətinin idarə heyətinin sədri Anar Talıbov yanıb külə dönmüş çörək sexinə dəyən ziyanın ekspert tərəfindən 15 min manat qiymətləndirildiyini açıqlayıb. Sahibkarın Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayəti də sonuc verməyib. Palatadan idarə heyətinin üzvü Əfqan Baxışov bildirib ki, “Azsığorta” şirkətinin ekspertizası dəyən ziyanı 15100 manat dəyərində qiymətləndirib və avtomobilə (?-M.B.) dəyən ziyanın sığorta şirkətinin eksperti tərəfindən yenidən qiymətləndirilməsi təklif olunub. Fikir verin, Palata yanan çörək sexini avtomobillə dəyişik salıb, ekspertiza sahəsində ən yüksək qüvvəyə malik olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi sığorta şirkətinin rəyindən aşağıda tutur! (?) Özü də 13 dəfə! Ümumi ziyan məbləği 190 min manat olduğu halda, sığorta şirkəti sığorta haqqı aldığı sığortalaya cəmi 15 min pul təklif edir! Belədə hansı nəzarətdən, hansı bədbəxt olaydan sığortalanmaqdan söhbət gedə bilər?

Fövqəladə Hallar Nazirliyi yanğın zamanı dəyən ziyanın ödənilməsinin sığorta şirkətinin səlahiyyətinə aid olduğunu, sığorta dələduzluğuna qarışmaq səlahiyyətinin olmadığını vurğulayıb. Göründüyü kimi, bütün çabalar, yollar sığorta dələduzluğuna aparır. Sığorta sahibkarlığı da məmurların monopoliyasında olduğundan yanan sahibkarın tüstüsü təpəsindən çıxır.
Məğrur BƏDƏLSOY









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru