ŞOK: BAKIDA DAHA BİR ANA DOĞUŞ ZAMANI ÖLDÜ
Tarix: 30-09-2013, 10:07 |
Çap et
HƏKİMLƏRİMİZ RƏSMƏN QATİLƏ ÇEVRİLİBBakıda daha bir ana doğuş zamanı dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, sentyabrın 28-də 23 yaşlı Həlimə Əzimova Dəmiryolu Xəstəxanasında doğum şöbəsinə qəbul olunub. Məsələyə aydınlıq gətirmək üçün Dəmiryolu xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanın doğum şöbəsindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə 28 oktyabrda səhər saatlarında baş verib. Doğuş zamanı ana ölsə də, onun dünyaya gətirdiyi oğlan uşağının həyatı üçün təhlükə yoxdur.
Doğum şöbəsindən ananın ölümü ilə bağlı ətraflı məlumatı yalnız xəstəxanın baş həkimi Laçın İmanovun cavab verə biləcəyini dedilər.
Məsələ ilə bağlı Dəmiryolu Xəstəxanasının baş həkimi Laçın İmanovla əlaqə saxlamaq istədik. Baş həkim yerində olsa da, bizimlə danışmaqdan imtina etdi.