“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                 

ZİYA MƏMMƏDOVDAN ƏSƏBİ ADDIM
Tarix: 27-09-2013, 12:47 | Çap et
ZİYA MƏMMƏDOVDAN ƏSƏBİ ADDIM
Məlum olduğu kimi, sentyabrın 23-dən 24-nə keçən gecə Bakı və Abşeron yarımadasında güclü yağış yağıb. Leysan xarakterli yağış bir müddət davam edib. Nəticədə paytaxtın bir çox yollarında avtomobillərin hərəkəti üçün problemlər yaranıb.

Eyni zamanda, yaranan iri gölməçələr Bakının bəzi əsas küçə və prospektlərində səhər saatlarından tıxaclar yaradıb. Belə ki, Babək prospektinin şəhərə yaxın hissəsində yolda yaranan gölməçə şəhərə və əks istiqamətə gedən yolda ciddi tıxacın yaranmasına səbəb olub. Hətta şəhərin bəzi yerlərində işıqforların işləməməsi də tıxaclar yaradıb. Bakının bəzi tunellərini də su basıb. Gecə yağan güclü yağış səbəbindən paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şossesində (şəhər istiqaməti) saatlarla tıxaclar müşahidə olunub. Bir sözlə, sentyabrın 24-də səhər açılar-açılmaz Bakıda həyat, demək olar ki, dayanıb. Gecə yağan yağış sularının küçələrdə, tunellərdə və həyətyanı sahələrdə yığılıb qalması gecədən yaranan problemi ikiqat artırıb. Diqqətçəkən məqamlardan biri də yeraltı tunelləri su basdığına görə böyük tıxacların yaranmasıdır. Şəhərdən aeroport yolu istiqamətində əsas yolda yeraltı
su borusunda baş verən qəza ilə əlaqədar Heydər Əliyev prospektində əsas yol bağlanıb.
Onu da qeyd edək ki, sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu, sentyabr ayı üçün rekord göstəricidir.
Maraqlıdır, yeraltı tunellərdə suyun yığılıb qalmasının başlıca səbəbi nədir? Bəlkə tunellər tikilərkən yağış suyunun ötürülməsi üçün drenaj sistemi qurulmayıb?
Ekspertlər bildirirlər ki, inkişaf etmiş ölkələrdə tunellər tikilərkən layihənin hazırlanmasında bir sıra müvafiq qurumlar iştirak edir. Yəni tikintiyə başlayan qurumla kanalizasiya idarələri layihəni əvvəlcədən birgə hazırlayır. Ən azından onu nəzərdən keçirir. Bu zaman bütün faktorlar nəzərə alınır. Aydın şəkildə göstərilir ki, yağış yağarkən hansı ölçüdə və kubda su axa bilər. Körpü, tunel tikilərkən mütləq bu ölçülərə diqqət yetirilir. Bizdə isə bu kimi məqamlar nəzərə alınmır. Görünən odur ki, güclü yağışların yağması nəticəsində yeraltı yol ötürücülərində yerləşən borular böyük həcmdə suyu ötürmək gücündə deyil. Yağan yağış normadan artıq olduğu üçün belə xoşagəlməz vəziyyət yaranıb. Digər tərəfdən, yaxşı olardı ki, yeraltı yol ötürücüləri tikilərkən ehtiyat suötürücü xətlər tikilsin. Xüsusən də bu kimi tikililərdə drenajların sayını artırmaq lazımdır. Drenaj sistemi mükəmməl qurulsaydı, yağışlı havalarda o cür acınacaqlı vəziyyət yaşanmazdı.
"Unikal"a daxil olan məlumata görə, artıq yaranmış biabırçı situasiya nəqliyyat naziri Ziya Məmmədova da məruzə edilib. Nazir baş verənlərdən qəzəblənib və təcili iclas çağırıb. İclasda üç gün əvvəlki yağış zamanı yeraltı tunel və keçidlərdə baş verənlər müzakirə edilib.
Ziya Məmmədov xüsusilə bu cür sifarişlərin əsas icraçısı olan "Akkord" şirkətinə öz kəskin iradlarını çatdırıb. Şirkət direktorunu yaşananlara görə danlayan nəqliyyat nazirinin olduqca sərt bir qərar verildiyi də bildirilir. Belə ki, adıçəkilən şirkət bundan sonra Nəqliyyat Nazirliyiinin tunel və yeraltı keçidlərin inşası ilə bağlı sifarişlərinin icraçıları arasında yer almayacaq.
Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" baş verənlərlə bağlı üç gün əvvəlki açıqlamasında bildirib ki, 7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə "Gənclik" metro stansiyası tərəfə istiqamətlənib. Bu səbəbdən "Gənclik" metro stansiyası ətrafında yeni inşa edilən "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı"nda su yığını əmələ gəlib. "Tunelə yığıla biləcək yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan 1 saylı nasos stansiyasının gücü sellə yığılan su yığıntısını tam olaraq kənarlaşdıra bilmədiyi üçün operativ olaraq fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə
salınıb və sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb. Sel sularının yığılması və kənarlaşdırılması zamanı tunellərə heç bir ziyan dəyməyib, hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur" deyə şirkətin açıqlamasında bildirilirdi.
Amma Ziya Məmmədovun həmin izahatı da yetərli hesab etmədiyi deyilir. Elə bu səbəbdən də şirkət direktoru kəskin iradların hədəfinə çevrilib, şirkət özü isə bundan sonra adıçəkilən nazirliyin sifarişlərinin icraçısı olmaqdan məhrum edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru