İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                 

KXCP SƏDRİ CƏMİL HƏSƏNLİDƏN RAZIDIR
Tarix: 23-09-2013, 10:35 | Çap et
KXCP SƏDRİ CƏMİL HƏSƏNLİDƏN RAZIDIR
Demokratik Qüvvələrin Milli Şurası seçkiyə vahid namizədlə getməyi bacarsa da, qurum daxilin-dəki gərginliklər aradan qalxmayıb. Milli Şuranın vahid namizədi Cəmil Həsənli birləşmiş müxali-fət daxilindəki gərginliyi azaltmağa müvəffəq olsa da, narazılıqlar alt qatda qalmaqdadır. Hələlik qüvvələr arasında "atəşkəs"ə nail olunsa da, hər an yeni münaqişə başlaya bilər. Klassik Xalq Cəb-həsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu isə birləşmiş müxalifə-tin seçkidə monolit qüvvə kimi mübarizə aparacağına əmindir.

- Mirmahmud bəy, artıq Milli Şura öz namizədi ilə seçkiyə qatılıb. Hazırkı mərhələ necə gedir?
- Belə demək mümkündürsə, proses qanunauyğun aparılır. Seçkiyə start verilib və 21 günlük təbliğat kampaniyası başlayıb. 21 günə sığa biləcək işlər görülür, nələr etmək mümkündürsə, edilir. Yəni, zamana, şəraitə, qanunamüvafiq işlər görülür.
- Həmişə ölkədə qanunauyğun proseslərin getmədiyini deyirdiniz, indi isə prosesin qanunauyğun getdiyini bildirirsiz. Hansı qanunu nəzərdə tutursuz?
- Seçki Məcəlləsini və ona uyğun təbliğat üçün verilən 21 günlük vaxtı nəzərdə tuturam. Yəni, mən bu günün nəbzi, hazırda görülən işlərlə bağlı dedim. Amma detalları bir qədər fərqlidir.
- Bəlkə bir qədər detallara varaq?
- Detalın biri odur ki, Azərbaycanda qanunlar, bu qanunlara riayət edənlər də var, amma bu qanunun yerinə yetirilməsinə nəzarət edənlər, onları həyata keçirməyə borclu olanlar qanundan kənardadırlar. Belə demək mümkündürsə, sıravi vətəndaşlar, bizlər qanunu yerinə yetiririk. Məsələn, seçkidə 21 gündə nə etmək mümkündürsə, o edilir, təbliğat aparılır və sair. Amma o da məlumdur ki, Azərbaycan qanunların hakim olduğu ölkə deyil, hakimlərin qanun olduğu ölkədir. Ona görə də hazırda ölkədə vəziyyət xoşagələn deyil.
- Sizin də təmsil olunduğunuz Milli Şuranın namizədi Cəmil Həsənli artıq fəaliyyətə başlayıb. Ќa-mizədinizin fəaliyyəti, davranışları, mübarizə taktikasını bəyənirsizmi?
- Yəqin ki, siz də, oxucu da, tamaşaçı da İctimai Televiziyada yayımlanan iki debatı, 6 dəqiqə ər-zində edilə biləcəklərin effektini nəzərdə tutur. Əgər qimətləndirmə şkalası ilə götürsək, Cəmil Həsənlinin fəaliyyətini ən yüksək şkla ilə qiymətləndirmək olar. Həmin müddət ərzində, o mühitdə nə demək mümkündürsə, Cəmil bəy onu deyir.
- Seçkidə liderlərlə yanaşı, komandalar da mübarizə aparırlar. Bəs, C.Həsənlinin komandasının fəaliyyətini necə qiymətləndirirsiz?
- Milli Şuranın namizədi Cəmil Həsənlinin Seçki Qərargahı yaradılıb və bu qurum əlindən gələni edir, işlər görülür. Bir tərəfdən namizədin özü televiziyada çıxış edir, fikirlərini bölüşür, digər tərəfdən də Seçki Qərargahı öz üzərinə düşən işi görür. Cəmil bəyin komandası bütövlükdə Milli Şuradır. Əsas ağırlıq mərkəzi bir neçə təşkilatın boynundadır. Həmin təşkilatlar da nə bacarırlarsa, onu edirlər.
- Onlar işlərini lazımi səviyyədə görə bilirlərmi?
- Azərbaycan çərçivəsində, bugünkü reallıqlar müstəvisində görülməsi mümkün olan işlər həyata keçirilir.
- Görünən odur ki, bu yükü əsasən AXCP ilə Müsavat boynuna götürüb, qalan partiyalar kənardadır. Prosesdən kənarlaşdırılmısınız, yoxsa özünüz kənarda dayanmısınız?
- Qətiyyən belə deyil. Sadəcə olaraq, adını çəkdiyiniz iki təşkilatın özlərinə məxsus olan media qurumları var. Fikir verirsinizsə, həmin media qurumlarında ancaq onların təbliğatı gedir, onların gördüyü işlər işıqlandırılır. Hətta Milli Şurada olmayan adamlardan da seçki ilə, gündəlik işlə, konkret Cəmil Həsənli ilə bağlı müsahibələr götürürlər, ancaq bizim partiyanın rəhbərliyinə daxil olan şəxslərdən bir kəlmə soruşmurlar. Bu da onu göstərir ki, həmin partiyalar yalnız öz fəaliyyətlərini qabartmaq istəyirlər. Onu da deyim ki, bu da onların haqqıdır. Onlar bizi qısqansalar da, yer ayırmasalar da, öz işləridir, amma biz bu məsələlərdə kimisə qısqanmırıq. Bizim gördüyümüz işləri təbliğ eləməyi heç kəs öhdəsinə götürməyib və borclu da deyillər.
- Bəs, KXCP Milli Şuranın namizədi Cəmil Həsənli üçün nələr edir?
- Bu suala daha düzgün və ətraflı cavabı Klassik Xalq Cəbhəsi Partiyasının Seçki Qərargahından, eyni zamanda, Cəmil Həsənlinin Seçki Qərargahındakı nümayəndələrimiz verə bilərlər. Amma mən ümumi şəkildə deyə bilərəm ki, KXCP də üzərinə düşən işi həyata keçirir. Rayon-şəhər şöbələri səfərbər olunublar, artıq bəllidir ki, kimlər hansı işi görəcəklər. 27 rayonda dairələr bu təşkilatlar arasında bölünüb. Belə demək mümkündürsə, bu bir yarışdır və Klassik Xalq Cəbhəsi yarışa hazırdır. Bu yarışda KXCP ilə yarışa bilənlər də, bilməyənlər də var.
Ancaq ən yaxşı qiyməti zaman və seçicilər verəcək. Eyni zamanda, bu istiqamətdə kimin nə qədər əziyyət çəkdiyinə qiyməti namizədimiz Cəmil Həsənli verə bilər.
- İki həftə öncə Sizinlə söhbətimiz zamanı demişdiniz ki, Cəmil Həsənli İctimai Palatanın, daha dəqiqi, AXCP ilə Müsavatın namizədidir. Nə baş verdi ki, C.Həsənli Sizə doğmalaşdı, namizədiniz oldu?
- Mənə elə gəlir ki, siz bunu təqdir eləməlisiniz.
- Mən, sadəcə, izahını bilmək istəyirəm.
- İzahı da bundan ibarətdir ki, hər bir zamanın öz tələbi var. Bəli, o zaman belə bir bəyanat vermişdim. Həmin bəyanat da zamana uyğun idi və doğru, situasiyaya uyğun bir mövqe kimi ortaya qoyulmuşdu. Namizədin özü də partiyalarla görüşdü və fikir mübadiləsi aparıldı. Təəssüf ki, bu barədə mətbuata məlumat verə bilmədik, verdiklərimiz də qəbul olunmadı. Ondan öncə partiya-larla görüş olmuşdu və orda belə bir fikir səslənmişdi. O zaman bunu deməyə əsaslar var idi. Bu gün isə artıq vəziyyət başqadır. Təxminən on günə yaxındır ki, mövqeyimizi qətiləşdirmişik və Cəmil Həsənlinin ətrafında sıx birləşməyin məqsədəuyğun olduğunu qərara almışıq.
Ќamizədin də bu məsələ ilə bağlı konkret mövqeyi, özünün təklifi var. Təbii ki, KXCP-yə Seçki Qərargahında təmsil olunmaq təklifi verilib və reallaşıb. Biz də vətəndaş kimi, Milli Şuranın üzvü kimi namizədimizin arxasındayıq və onun təbliğatı ilə məşğuluq. Partiya olaraq, onun tapşırıqlarını yerinə yetiririk, təkliflərimizi veririk.
- Bir müddət öncə Rəsul Quliyevlə, daha sonra Lalə Şövkətlə Müsavat arasında gərginliklər yaşandı. Amma tərəflər Cəmil Həsənliyə görə "atəşkəs" elan edib. Bu gərginliklə, çəkişmə ilə seçkiyə getmək Milli Şuraya əlavə problemlər yaratmayacaq ki?
- Bir gün öncə Cəmil Həsənlinin rəhbərliyi ilə sessiya keçirildi və hər kəsə göstərildi ki, bütün çəkişmələr arxada qalıb. Artıq hər kəs vəziyyətin ciddiliyini nəzərə alıb Milli Şuranın namizədi Cəmil Həsənlinin ətrafında sıx birləşməyin vacib olduğunu anlayır. Ancaq Milli Şura daxilində olan gərginliklər, partiyalar arasındakı fikir ayrılıqlarına, münaqişələrə gəlincə, bu gərginliklər nələrə səbəb olacaqsa, onun qarşısını almaq mümkün deyil. Təbii bir prosesdir, nə olması mümkündürsə, o da olacaq. Onun qarşısını almaq mümkün deyil.
- Artıq C.Həsənlinin təbliğat kampaniyası ilə bağlı ilk mitinqin keçirilməsi planlaşdırılıb. Milli Şuranın son mitinqi gözlənilən effekti verməmişdi. Bu dəfə dəstəkçiləriniz çox olacaq, yoxsa müəyyən narahatlıqlar var?
- Avqustda keçirilən mitinq Milli Şuranın aksiyası idi. Ancaq sentyabrın 22-də keçirilməsi nəzərdə tutulan aksiya Milli Şuranın namizədi Cəmil Həsənlinin seçiciləri ilə görüş aksiyasıdır. Bu məna-da, sabah keçiriləcək aksiya müsbət mənada bir qədər fərqli olacaq.
- Mirmahmud bəy, artıq seçkiyə sayılı günlər qalıb. Hazırkı prosesləri nəzərdən keçirəndə 9 oktyabrda nələrin olacağını proqnozlaşdırırsınız?
- İndidən konkret nəsə demək çətindir. Bu günə kimi iki təsiredici televiziya çıxışı olub. Bundan sonrakı çıxışların canlamaya, oyanışa, seçicilərin rəğbətinin qazanmasına nə dərəcədə təsir edəcə-yini zaman göstərəcək. Yəqin ki, seçkiyə daha az müddət qalmış reallığa yaxın qənaətimizi bölüş-məyə imkan verəcək. Ancaq ümumiləşdirilmiş bir fiikr demək olar ki, 9 oktyabrda ağır və məsu-liyyətli seçki olacaq. Məncə, budəfə Azərbaycan seçicisi öz seçimini edəcək və nə istədiyini, ki-minlə davam etmək fikrində olduğunu nümayiş etdirəcək.
- Azərbaycan seçicisi seçimini bundan əvvəlki seçkilərdə də edirdi, amma ortada nəticə olmurdu, müxalifət qələbə çaldığını, amma saxtakarlığın olduğunu deyirdi, hakimiyyət isə əksini bildirirdi. Bu dəfə qələbəni qorumaq, kimin haqlı olduğunu sübuta yetirmək mümkün olacaqmı?
- Burada Amerika icad eləməyə ehtiyac yoxdur. Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin tələblərini ortaya qoymaqla məsələni həll etmək olur. Bu seçkinin nəticələrinin dəyişdirilməsi kursu 2009-cu ilin referendumu ilə götürülüb. Bu da qanunlara ziddir. Sözsüz ki, bütün bu detallar təsirsiz ötüşməyəcək. Ona görə deyirəm ki, budəfəki seçki daha ağır, ciddi və məsuliyyətli olacaq. \ reytinq qəzeti \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Bu gün, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Bu gün, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Bu gün, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Bu gün, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Bu gün, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Bu gün, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Bu gün, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Bu gün, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Bu gün, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Bu gün, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Bu gün, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Bu gün, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Bu gün, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Bu gün, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru