İLGİNC: ABBAS ABBASOV AZƏRBAYCANLILARI QƏZƏBLƏNDİRDİ
Tarix: 17-09-2013, 15:08 |
Çap et
Azərbaycan baş nazirinin sabiq 1-ci müavini və Rusiya Azərbaycanlıları İttifaqının (“Milyarderlər İttifaqı”) prezidenti Abbas Abbasov Mahaçqalaya gəlib. Bu barədə Lent.az-a Dağıstandakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, Abbasov Dağıstan prezidenti Ramazan Abdulatipovla birgə paytaxtdakı “Trud” stadionunun açılışında iştirak edib. Sonra isə Dağıstan Xalqlarının Vəhdət günü tədbirlərinə qatılıb.
Mənbə bildirir ki, A.Abbasovun bu tədbirlərə qatılması Dağıstandakı azərbaycanlılar arasında hiddətlə qarşılanıb. Söhbət ondan gedir ki, bu bayram hər il sentyabrın 15-16-da “Dağıstan xalqlarının Nadir şah zülmünə qarşı mübarizəsi və qələbəsi” şərəfinə keçirilir.
“Dağıstan tarixçilərinin yazdığına görə, Nadir şah bu ərazidə guya saysız-hesabsız qırğın törədib. Avarlar, ləzgilər, darginlər bu günü anti-türk, anti-Azərbaycan bayramı kimi qeyd edirlər. Özünü Azərbaycan diasporunun lideri sayan Abbasov da bu bayrama qatılır. Üstəlik, abidənin qırmızı lentini də kəsənlər arasındadı” - deyə mənbə bildirir.