AZƏRBAYCANIN XALQ ARTİSTİNDƏN AYIB
Tarix: 11-09-2013, 12:30 |
Çap et
Bir müddət öncə Şimali Qafqazın kurort şəhərlərində Bakıdan vaxtilə köçən ermənilərin toylarında azərbaycanlı müğənnilərin iştirak etmələri haqda məlumat yaymışdıq. Bildirmişdik ki, erməni toylarında iştirak edən müğənnilərin adlarını cəmiyyətə açıqlayacağıq. Avropa.info-nun əldə etdiyi məlumata görə, bir neçə ay öncə, Rusiyanın məşhur kurort şəhəri Minvodda Azərbaycanın xalq artisti ,məşhur qarmon ustası Aftandil İsrafilov erməni toylarının birində iştirak edib. Yura adlı Bakı ermənisinin oğlunun toyunda iştirak edən xalq artistinin Sovetlər dönəmində adı çəkilən erməni ilə yaxşı münasibətlərinin olduğu və bu əlaqələrin indiyədək davam etdiyi bildirilir. Əldə etdiyimiz məlumata görə, toyda əsasən Bakı erməniləri iştirak edib və Azərbaycan mahnılarını ifa edən Aftandil İsrafilov hərarətlə qarşılanıb. Qeyd edək ki, Yura adlı Bakı ermənisi hazırda Minvodda taksi sürücülüyü ilə məşğul olur. Lakin Aftandil İsrafilovun köhnə tanışlıq naminə o qədər də zəngin olmayan erməninin oğlunun toyunda ifa etməyə razılıq verdiyi bildirilir. Lakin məşhur qarmon ifaçısının bu toya hansı qiymətə getməsi barədə məlumatlar yoxdur. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.