Arif Əsgərov 48 milyonluq yeyintinin üstünü necə ört-basdır etdi? - Rahib Hüseynovun azadlığa buraxılmasında Ziya Məmmədov izi...
Tarix: 30-07-2015, 08:39 | Çap et
Bildiyiniz kimi, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) külli miqdarda, daha dəqiq desək 48 milyonluq yeyinti faktı aşkarlandı. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi, qurumun keçmiş sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Bu işdə A.Əsgərovun oğlu "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallansa da, o məsuliyyətdən kənarda qalmağı bacardı. Atası bu yeyintinin üstü açılan kimi oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Qısaca xatırladaq ki, Rahib Hüseynov və qardaşı dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Qeyd edək ki, bu məsələ ilə bağlı cəmiyyətdə çox müzakirələr aparıldı, mətbuat vasitələrində silsilə yazılar dərc olundu. Amma bunların heç biri Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb ola bilmədi. Üstəlik, 48 milyonluq dövlət əmlakını mənimsəməkdə ittiham olunan Rahib Hüseynov bir müddət keçdikdən sonra azadlığa buraxıldı. Onun sərbəst buraxılması isə cəmiyyətdə sanki şok effekti yaratdı. Dükandan bir qutu siqaret, saqqız, kontur oğurlayana 6-7 il iş verilirsə, dövlətin 48 milyonunu mənimsəyən şəxs nəyə görə azadlığa buraxılmalı idi? Məhkəmə hansı əsasla bu şəxsi açburax elədi?.. Bundan başqa, daha sonra mətbuatda Rahib Hüseynovun həbsdən azad edilməsinin şok təfərrüatları açıqlandı. Yayılan məlumatlardan belə məlum oldu ki, Arif Əsgərov öz oğlunu xilas etmək üçün Rahib Hüseynovu həbs etdirib, mənimsənilən pulları isə öz biznesinə yatırıb: "R.Hüseynova söz verib ki, 6 aydan sonra onu həbsdən qurtaracaq. Ancaq üstündən 6 ay keçəndən sonra keçmiş şöbə müdiri Əsgərovdan xəbər çıxmadığını görüb istintaqa real faktları açıqlamağa başlayıb. O, istintaqa yığılan pulların hamısını Elnar Əsgərova verdiyini, hətta bu işin başında Arif Əsgərovun başqa bir ailə üzvünün də dayandığını bildirib. Eyni zamanda sabiq sədrə mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək. Bundan təşvişə düşən Arif Əsgərov istintaqla anlaşaraq onun azadlığa buraxılmasına nail olub". Əldə etdiyimiz məlumatlara görə, 48 milyonluq mənimsəmə faktının üstünün ört-basdır edilməsində nəqliyyat naziri Ziya Məmmədovun də rolu olub: "Nazirlə Arif Əsgərov yaxın dostdur. Hətta onların ailəvi get-gəlləri var. Nazir belə bir məqamda öz dostunu tək qoya bilməzdi. Əgər o dostuna dəstək verməsəydi, Rahib Hüseynovun azadlığa buraxılması mümkün olmayacaqdı. Əslində, bu məsələdə Rahib yox, Elnar Əsgərov həbs edilməli idi. Bu məsələlər səngiyən kimi Ziya Məmmədov dostunu özünə müavin gətirdi. Ki, QSC-dəki külli miqdarda yeyintilərdən Arif Əsgərovu və oğlunu xilas edə bilsin. Bunu da bacardı. Dövlətin milyonlarla pulunu mənimsəməkdə ittiham edilən nazir müavini və oğlu nə cinayət məsuliyyətinə cəlb edildi, nə də başqa formada cəzalandırıldı". Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və "DəmirBank" ASC-nin "Mərkəz" filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. "Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. İlqar müəllim Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəz edib. Onun "Mərkəz" filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi cızılıb. Bu otağa Elnar Əsgərov, Rahib və qardaşı Emin Hüseynov yığışaraq yeyintilərin ssenarisini cızıblar. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Müşfiq Tükanov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun ən yaxın adamlarından biridir. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə "DəmirBank"ın "Mərkəz" filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Belə əməliyyatlardan əldə edilən "gəlir" isə qohumlar arasında bölüşdürülür. Bu baxımdan 48 milyonluq yeyinti qalmaqalında Elman Rüstəmovun adının yer alması tam başadüşüləndir", deyə məlumatlarda qeyd olunurdu. Bütün bunlara baxmayaraq, Rahib Hüseynovdan savayı heç kim cinayət məsuliyyətinə cəlb edilmədi. Yeyinti faktının əsas iştirakçıları kimi göstərilən Arif Əsgərov və oğlu Elnar Əsgərov isə bu gün rahat şəkildə azadlıqda gəzir, biznes əlaqələrini günbəgün daha da genişləndirirlər. Amma biz hesab edirik ki, istintaq orqanları QSC-də aşkarlanmış 48 milyonluq yeyinti ilə bağlı yenidən araşdırma aparmalı və kənar təsirləri nəzərə almadan əsl cinayətkarları məsuliyyətə cəlb etməlidir.\\gundelik-baku.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
|