Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir? - “Maaş”la yığılan sərvət...
Tarix: 18-04-2019, 08:48 | Çap et
Mediada, sosial şəbəkələrdə mütəmadi olaraq zəngin həyat tərzi keçirən məmurlar, onların ailə üzvləri ilə bağlı məlumatlar yer alır.
Hətta işdən çıxarılan məmurların malik olduğu sərvətin, obyektlərin siyahısı dərc edilir, onların var-dövləti, bahalı avtomobil kolleksiyası göz qamaşdırır. “Maaşa baxan” bu adamların qısa zaman kəsiyində necə varlanması isə hər kəsi düşündürür. Azərbaycan məmurlarının aylıq rəsmi gəlirlərinə nəzər salaq:
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci ildə imzaladığı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Sərəncamına əsasən, Nazirlərin, Komitə sədrlərinin və İcra başçılarının aylıq maaşı və bu maaşın 25 faizi həddində əlavə pul təminatı aşağıdakı kimi müəyyən edilib:
- Baş nazir - 2460 + 610= cəmi 3 075 manat - Baş nazirin birinci müavini - 2160 + 540= cəmi 2 700 manat - Baş nazirin müavini - 2060 + 515 = cəmi 2 575 manat - Nazir və Komitə sədri - 1925 + 481,25 = cəmi 2 406,25 manat - Bakı şəhər İcra Hakimiyyətinin başçısı - 1925 + 481,25 = 2 406,25 manat - Gəncə və Sumqayıt şəhərlərinin İcra Hakimiyyətinin başçısı - 1280 + 320 = cəmi 1 600 manat - 100 mindən çox əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 1045 + 261,25 = cəmi 1 306,25 manat - 50-100 min əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 990 + 247,5 = cəmi 1 237,5 manat - 50 min nəfərədək əhalisi olan rayonlarda İcra Hakimiyyətinin başçısı - 880 + 220 = cəmi 1100 manat
Maraqlıdır, məmurlar bu qədər maaş müqabilində milyonlarla, bəzi hallarda milyardlarla ölçülən sərvətləri necə əldə edirlər? Bu “bulağın suyu”nun haradan gəldiyini bəlli olsa da, bunu sübut edəcək faktlar demək olar ki, yoxdur. Bunun səbəbi məmurların gəlir deklarasiyası verməsi (gəlirləri haqqında rəsmi məlumat-bəyannamə müəll.) haqqında qanunun qəbul olunmamasıdır. Amma buna baxmayaraq, oliqarx məmurların sahib olduğu mülklər, sərvətlər haqqında məlumatlar az deyil.
Məsələn, sabiq vergilər naziri Fazil Məmmədovun sahib olduğu şirkətlər və həmin şirkətlərin tərkibində olan hotellər, restoranlar, istehsal müəssisələri, bank və sığorta şirkəri haqqında məlumatlar mütəmadi olaraq mətbuatda yayımlanır. Maraqlıdır ki, Fazil Məmmədov və digər oliqarx məmurlar bu sərvəti vəzifəyə gəldikdən sonra əldə ediblər. Bu amil isə onların sahib olduqları sərvətlərin mənbəyində qaranlıq məqamların yatdığını göstərir. Qeyd edək ki, F.Məmmədov “Ata Holding” kimi böyük şirkətlər qrupunun sahibidir və bu holdinq yuxarıda deyildiyi kimi bir çox sahələrdə fəaliyyət göstərir.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da oliqarx məmurlar siyahısına adını yazdıranlardandır. Milli Təhlükəsizlik Nazirliyi ləğv olunduqdan sonra Eldar Mahmudovun əldə etdiyi sərvətlərin qaynağı haqqında bir çox məsələlərə aydınlıq gəldi. Belə ki, istintaq müddətində yayılan məlumatlara görə Eldar Mahmudovun sahib olduğu biznes imperiyasını özü qurmayıb. İş adamlarına qarşı müxtəlif təzyiq üsullarından istifadə edərək ya həmin biznesə ortaq olub, ya da bütövlükdə mənimsəyib.
Oliqarx məmur siyahısında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da özünəməxsus yeri var. Ziya Məmmədov “Qarant Holding” kimi böyük biznes imperiyasının sahibi olub. Onun sahib olduğu biznes imperiyasına oğlu Anar Məmmədovun rəhbərlik etdiyi də sirr deyil. Qeyd edək ki, Z.Məmmədovun sahib olduğu biznes imperiyası bank sektorundan tutmuş, hotel, restoran, enerji satışı, tikinti sahəsi və digər bir çox sahələrdə fəaliyyət göstərib.
Bu gün vəzifədə olmayan, amma biznes sektorunda öz fəaliyyətini davam etdirən, varlığını qoruyan sabiq məmurlar az deyil. Bununla yanaşı, hələ də vəzifədə olan “biznes imperatorları” da var. Ortalama 1000-3000 manat rəsmi maaşla oliqarxlaşan məmurlar arasında icra başçıları da var. Mətbuatda yazılanlara istinad etsək, böyük biznes imperiyasına sahib icra başçılarından biri də Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. Məlumatlara görə, Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib. 1200 manat əmək haqqı ilə 9 milyon manatı necə qazanıb, bu artıq müəmmalı məsələdir.
Nəqliyyat nazirinin sabiq müavini, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri Arif Əsgərov haqqında da bu qəbildən olan informasiyalar və sənədlər yayılıb. Onun Slovakiyada şirkət sahibi olduğu deyilir. Sonradan sözügedən şirkətlərin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına keçirildiyi haqqında da məlumat var. Xaricdə biznes şəbəkəsinə sahib olan məmurlardan biri də Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidir. Digərlərindn fərqli olaraq, Qoşqar Təhməzli yayılan məlumata münasibət bildirib və sözügedən şirkətin ona məxsus olduğunu açıqlayıb. Qeyd edib ki, vəzifəyə təyin olunmadan əvvəl bizneslə məşğul olub.
Bunlardan əlavə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov, deputat Xanhüseyn Kazımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı da xarici ölkələrdə mülk və şirkət sahibidir.
Bunlara sahib olacaq qədər imkanın necə əldə edilməsinə gəlincə, hələ də bu suallara cavab yoxdur. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|