"Azərkontrakt"ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək? - ARAŞDIRMA
Tarix: 5-11-2024, 14:00 | Çap et
"Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilir. Dövlət başçısının Sərəncamına əsasən, ASC-nin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək. Sənədə görə, "Azərkontrakt" dekabrın 1-dən ləğv edilir. Bəs, "Azərkontrakt" niyə ləğv edilir? Bu addım təbii qazın qiymətinə təsir edə bilərmi? Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ölkədə struktur islahatları davam edir: "Strukturun mobilləşdirilməsi və eyni zamanda daha çevik qərarların verilməsi indiki islahatlarda əsas hədəflərdən biridir. "Azərkontrakt" ASC-nin ləğv edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan bu Sərəncam birbaşa struktur islahatların dərinləşməsi məqsədi daşıyır. Bu addım praktiki olaraq institusional bir islahatdır və burada xərclərin azaldılması, daha çevik qərarların verilməsi əsas məqsəddir".
"İnstitusional islahatlarda məqsəd qərarların çevikliyinə, xərclərin azaldılmasına, eyni zamanda uzunmüddətli dövrdə xərclərin optimallaşdırılmasına nail olmaqdır. Bütün bunlarla yanaşı, institusional islahatlar həm də istehsalın artması kimi hədəfə malikdir. Amma nəzərə alaq ki, təbii qazın qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bütövlükdə təbii qazın qiyməti ilə bağlı qərar birbaşa Tarif Şurası tərəfindən verilir", - deputat diqqətə çatdırıb. "Azərkontrakt"ın ləğv edilməsi təbii qazın qiymətinə təsir etməyəcək" İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, "Azərkontrakt"ın ləğv edilməsi təbii qazın qiymətinə təsir etməyəcək: "Bu addımın təbii qazın qiymətinə heç bir təsiri olmayacaq. Sadəcə qaz satışında həlqənin biri azaldılır. "Azərkontrakt"ın ləğv edilməsi təşkilati məsələlər ilə bağlı ola bilər. Ortalıqda əlavə dəyər yaratmayan bir qurumun olması əlavə sənədləşmə, əlavə inzibatçılıq yaradır. Yəqin qurumun ləğvi bununla bağlıdır".
"Azərkontrakt"ın ləğvi ilə bağlı komissiya yaradılıb Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərkontrakt"ın daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri SOCAR tərəfindən həyata keçiriləcək. "Azərkontrakt" ASC 2024-cü il dekabrın 1-dən ləğv edilir. Oktyabrın 23-də Nazirlər Kabineti Prezident İlham Əliyevin "Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında" 17 oktyabr 2024-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. Həmin sənədə görə, Energetika Nazirliyi "Azərkontrakt" ASC-nin ləğv edilməsi prosesinin aparılması məqsədilə beş gün müddətində İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Şirkətinin və "Azərkontrakt" ASC-nin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır. Əhaliyə təbii qaz neçəyə satılır? Xatırladaq ki, sonuncu dəfə Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli qərarına əsasən, ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200-2500 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 kubmetrdən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilib. Həmin dövrdən indiyədək tariflərdə dəyişiklik olmayıb. "Azəriqaz" İstehsalat Birliyinin keçmiş baş direktoru Ruslan Əliyev bu ilin yanvar ayında demişdi ki, əhali qrupu üzrə tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi gündəmdə deyil. Əlavə edək ki, "Azərkontrakt" ASC-nin maliyyə hesabatına əsasən, qurum 2023-cü ili 41,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 3,6 dəfə azdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|