İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Tarix: 5-11-2024, 18:08 |
Çap et
“Azərbaycandan İsrailə gedən qaz kəmərini raketlə vurmalıyıq".
“Cebheinfo.az” “Tabnak” saytına istinadən xəbər verir ki, bu sözləri İranın radikal fikirləri ilə tanınan keçmiş əmək naziri və hazırda qalmaqallı ekspert kimi tanınan Höccətullah Əbdülməliki deyib. İsrailə neft ixrac edən İslam ölkələrinin tankerlərinin də vurulmasına toxunan Əbdülməliki vurğulayıb:
"İsrailin “Coca-Cola” içməməklə məhv edə bilmərik. Azərbaycan və İraq kimi müsəlman ölkələrindən xam neftin İsrailə daşınmasına embarqo qoymalıyıq". O, Azərbaycanın İsrailə neft boru kəmərlərini “legitim hədəf” adlandırıb və həyasızcasına Azərbaycanı hədələyib:
“Ya İsrailə ixrac boru kəmərinizi dayandırın, ya da biz onları partladacağıq”.