Azərbaycan Universitetində növbəti tələbə qiyamı gözlənilir - ETİRAZ VAR
Tarix: 3-12-2015, 13:01 | Çap et
Məlum olduğu kimi bu ilin əvvəllərindən Azərbaycan Universitetinə (AU) yeni rektor seçilib. AU-nun Elmi Şurasının qərarı ilə bu vəzifəyə Fərid Əhmədov təyinat alıb. Bu xüsusda mətbuata verilən açıqlamalarda qeyd olunmuşdu ki, 35 yaşlı yeni rektor Oksford Universitetinin məzunudur. Azərbaycan Universitetinə rektor təyin olunmazdan əvvəl F. Əhmədov ADA Universitetində müəllim kimi fəaliyyət göstərib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından birində təhsil almış və doktorluq dissertasiyasını müdafiə etmiş gənc azərbaycanlı alimin Azərbaycan Universitetinə rəhbərliyə gətirilməsi həqiqətən də fərəh doğurucu bir haldır. Gözləmək olardı ki, bu təyinat Azərbaycan Universitetinin fəaliyyətinə sözün əsil mənasında yeni nəfəs gətirəcək. Lakin əldə etdiyimiz məlumatlardan bu qənaətə gəlmək olur ki, bu gün Fərid Əhmədovun rektor kimi fəaliyyəti, ən azından onun rəhbərlik etdiyi universitetin daxilində heç də birmənalı qarşılanmır. Bu xüsusda “Bizim Dövr”ün elektron ünvanına daxil olan bir məktubda yeni rektorun tətbiq etdiyi bəzi yeniliklərin AU-nun pedaqoji heyəti tərəfindən ciddi narazılıqlarla qarşılandığı bildirilir. Qeyd edək ki, məktubda bu etirazların ilk növbədə müəllimlərin əmək haqqlarının ödəniş sistemində həyata keçirimiş bəzi dəyişikliklərlə bağlı olduğu vurğulanır. Azərbaycan Universitetinin professor-müəllim heyəti əmək haqqlarının verilməsində tətbiq olunan yeni ödəniş sisteminə etiraz edirlər. Onların sözlərinə görə, şikayətlərinin məzmunu hal-hazırda çalışdıqları özəl ali təhsil müəssisəsi olan Azərbaycan Universitetində əmək haqqlarının ödənilməsinə qarşı olan münasibətlə bağlıdır. Belə ki, şikayətçi müəllimlər bu ali təhsil müəssisəsində əvəzçiliklə yarım ştat vəzifəsində pedoqoji fəaliyyətlə məşğul olurlar. Özlərinin etiraf etdikləri kimi, əvvəlki illərdə həmişə yüksək səviyyədə bir ziyalı kimi əməkləri qiymətləndirilibdir. Amma bu ildən etibarən əmək fəaliyyətlərinin qarşılığında müəyyənləşdirilmiş əmək haqqı sistemi qanunvericiliklə müəyyənləşdirilmiş əmək normalarına zidd olaraq tətbiq edilməkdədir. Belə ki, müəllimlərə təyin olunan əmək haqqının ödəniş forması, əmək qanunvericiliyində elmi-pedoqoji fəaliyyətlə məşğul olan vətəndaşlar üçün nəzərdə tutulmayan sadələşdirilmiş vergi ödəyicisi kimi məcburi şəkildə tətbiq edilir. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatda deyilir: “Biz əmək haqqlarının yeni ödəniş sisteminə etiraz etdikdə, universitetin rektoru Fərid Əhmədov deyir ki, biz sizin burada fəaliyyət göstərməyinizi və bunun qarşılığında əmək haqqının ödənilməsini, özəl müəssisə olduğumuz üçün bizim maraqlarımız çərçivəsində, xidmət kimi qiymətləndiririk. Bunun qanunsuz bir hal olduğunu qeyd etdiyimizdə isə - “biz heç kimi məcburi saxlamırıq xoşunuz gəlmirsə gedə bilərsiniz”, deyə cavablandırır. Qeyd edək ki, professor-müəllim heyyətinin tərkibində bu günə kimi əmək müqaviləsiz işləyənlər var. Dərslərin sentyabr ayının 15 dən başlamasına baxmayaraq, bəzi müəllimlərlə əmək müqavilələri noyabr ayının ortalarından bağlanmışdır. Onların müqavilələri qəsdən gecikdirilir ki, müəllim başqa yerdə iş tapa bilməsin və nəticə etibarı ilə xidməti müqavilə ilə razılaşsın. Bu cür bağlanmış müqavilə birmənalı şəkildə sahibkarlıq fəaliyyətini əks etdirir və vaxtında ödənişin olmamasına görə cərimə ilə nəticələnir. Maraqlı məqamlardan biri də odur ki, müəllimə ayrılan dərs yükü illik təqdim olunmağına baxmayaraq sonradan, bağlanmış müqavilələrə müəllimlərin razılığı olmadan əlavə və dəyişiklik edilərək, bir semestr üçün 29 yanvar 2016-cı ilə kimi bağlanmışdır. Ali məktəbdə bu fəaliyyət növü doktorantura və dissertantura pilləsində təhsil alan və pedaqoji fəaliyyətlə məşğul olan tədqiqatçılar üçün daha ağırdır. Belə ki, xidməti müqavilə sahibkarlıq fəaliyyəti sayıldığından, müəllimin əmək funksiyaları DSMF-nin portalında sahibkarlıq fəaliyyəti kimi əks olunur və pedaqoji staj sayılmır. Bu isə, tədqiqatçılara gələcəkdə alimlik dərəcəsi almaqda problem yaradır. Çünki, Prezident Yanında Ali Attestasiya Komissiyası doktorant və dissertantların pedaqoji fəaliyyətlə məşğul olma kriteriyalarını mütləq surətdə vacib sayır və tələb edir.” Beləliklə də Azərbaycan Universitetinin professor-müəllim heyəti hesab edirlər ki, əmək münasibətlərinin bu normalar çərçivəsində tənzimlənməsi onlar üçün məqsədə
uyğun deyil. Eyni zamanda da şikayətçilər yeni ödəniş sisteminin universitet rəhbərliyi tərəfindən qərəzli olaraq düşünülmüş şəkildə tətbiq edildiyini vurğulayırlar: “Biz hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmuruq ki, dövlətin müəyyənləşdirdiyi vergi ödəmələrindən, o cümlədən 14 % gəlir vergisi, 3% sosial vergi və 2 % həmkarlar ittifaqına olan ödəmələrdən yayınaraq, cəmi 4 % sadələşdirilmiş vergi ödəyək. Bu ödəmə sisteminin tətbiqinə dünyanın sivil ölkələrinin təcrübəsində belə rast gəlmək mümkünsüzdür. Bu ödəmə sistemində pedaqoji fəaliyyət stajı əks olunmur. Müəllimləri sakitləşdirmək üçün ilk öncələr mühasibatdan vergilərin onlar tərəfindən ödəniləcəyi vəd edilsə də, sonradan bu vədin arxasından qaçılmışdır. Bu yanaşma dövlətimizə və xalqımızın iradəsinə ziddir və bizlər belə vəziyyətlə heç zaman razılaşa bilmərik. Çünki bu sistemin tətbiq olunması dövlət büdcəsindən vergi ödəyicisi kimi hüquqi şəxs olaraq yayınmaq və öz mənafeylərini üstün tutmaq deməkdir. Hesab edirik ki, Fərid Əhmədovun bu qərarı müasir Azərbaycan təhsil sisteminin inkişafına xələl gətirmək niyyəti ilə düşünülmüş qərəzli və qeyri-peşəkar idarəçilik metodudur.” Digər tərəfdən isə, bizimdovr.az-a təqdim olunan açıqlamalarda Azərbaycan Universitetində bu gün tələbələrin də bir sıra problemlərlə üz-üzə qaldıqları vurğulanır: “ Bu gün Azərbaycan Universitetinin tələbələrindən digər müəssisələrdə keçirilməsi nəzərdə tutulan təcrübədə iştirak etmək üçün əsassız şəkildə 360 (üç yüz altmış) manat və buraxılış imtahanında iştirak etməyə icazənin rektor tərəfindən verilməsi üçün də 500 (beş yüz) manat ödəmələri tələb olunur. Bu tələb universitetin rektorunun şəxsən qəbulunda və görüşlərində onun özü tərəfindən, həmçinin bu məsələ ilə bağlı Tədris şöbəsinə müraciət edərkən şöbə müdiri Ədalət Əliyev və digər əməkdaşlar tərəfindən irəli sürülür.” Tələbələr isə iddia edirlər ki, bu tələb qanuna ziddir. Belə ki, onlar təcrübədə və dövlət imtahanında iştirak üçün əslində bütün kreditləri təhsil haqqı formasında IV kusun əvvəlində ödəmişlər. Əvvəlki illərdə bu cür tələblərə rast gəlinməyib və bu yenilik yalnız bu ildən tətbiq olunub: “Bu tələb tamamilə əsassız iddiadır. Belə halların olması bir başa rektor Fərid Əhmədovun şəxsi maraqlarına xidmət edir.” Sonda belə bir məqamı da vurğulamaq istərdik ki, Azərbaycan Universitetinin rəhbərliyi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar sadəcə bu yazıda təqdim etdiyimiz açıqlamalarla məhdudlaşmır. Həm də digər açıqlamalarda irəli sürülən ittihamlar bəzi məqamlarda öz ağırlığına görə heç də artıq təqdim olunmuş faktlardan geri qalmır. Sadəcə olaraq, həmin məlumatların daha çox araşdırmaya ehtiyacı olduğundan, onları artıq növbəti saylarımızdan birində oxucularımıza təqdim edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
|