Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                 

Bu rayonda təhsilin halına doğrudan da gülmək lazımdır... - Artıq iş ağlamaqdan da o yana keçib...
Tarix: 18-11-2015, 13:09 | Çap et
Bu rayonda təhsilin halına doğrudan da gülmək lazımdır...
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Kəlbəcər rayon 84 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan çoxsaylı neqativ hallar barədə açıqlamalar təqdim edilir. İlk növbədə qeyd edək ki, bu orta təhsil müəssisəsi hazırda Bakının Zabrat I qəsəbəsində, Zəngilan rayon 36 saylı orta məktəblə eyni binada fəaliyyət göstərir. Həm də bu məqamın özünün də müəyyən diqqətəlayiq cəhətləri mövcuddur. Bundan başqa isə, məlumatı təqdim edən mənbə eyni binada yerləşən bu iki məktəbin fəaliyyətlərində də, daha dəqiq desək, onların fəaliyyətlərində müşahidə olunan nöqsanlarda da bir çox oxşarlıqların olduğunu iddia edir.Lakin bizim bugünkü söhbətimiz yalnız Kəlbəcər rayon 84 saylı orta məktəbin fəaliyyəti xüsusunda olacaq. Beləliklə, əldə etdiyimiz məlumatda ilk növbədə vurğulanan məqam bu təhsil müəssisəsində dərslərə davamiyyətin son dərəcə aşağı səviyyədə olması ilə bağlıdır. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün bir çox orta məktəblərdə yaşanan bu problemin kökündə əsasən yuxarı sinif şagirdlərinin ali məktəbə hazırlıq kurslarına, repetitor məşğələlərinə getmələri durur. Məlumdur ki, paralel olaraq həm məktəb dərslərində, həm də hazırlıq kurslarında şagirdin iştirakı bir çox hallarda qeyri-mümkün olur. Məhz elə bu məsələnin həlli üçün də, bu gün bir çox məktəb direktorları tərəfindən müxtəlif variantlar təklif edilir. Məsələn, bəzi məktəb direktorları hazırlıq kurslarının birbaşa öz məktəblərində təşkil edilməsi üçün müəllimlərə müvafiq göstəriş verirlər. Bu zaman, şagirdlər məşğələlərdə iştirak edirlərsə də, onların adları qarşısında sinif jurnallarında qaib qeyd olunmur. Təbii ki, bu halda şagirdlərin fənn qiymətləndirilmələrində də onların əlavə hazırlıq məşğələləri üçün ödədikləri məbləğ nəzərə alınır. Həm də bu variantda məktəb direktoru bilavasitə şagirdlərlə (və ya onların valideynlərilə) deyil, müəllimlərlə təmasda olur. Yəni direktor öz “haqqını” müəllimlərdən alır. Lakin belə bir şəraitin yaradılması heç də bütün məktəblərdə mümkün deyil. Deməli, repetitor yanına gedən şagird məktəb dərslərindən qalmalı olacaq. Bu isə, qaiblər və sonradan bu əsasda yaranacaq problemlər deməkdir. Bunun baş verməməsi üçün də bəzi məktəb direktorları valideynlərə ikinci bir variantı təklif edirlər.

Aldığımız məlumata görə, məhz Kəlbəcər rayon 84 saylı orta məktəbin direktoru Zülfüqar Səlimovun da üstünlük verdiyi bu üsul bir qədər primitiv olsa da, daha əlçatandır. Belə ki, bu variantda məktəbin şagirdləri sadəcə olaraq müəyyən məbləğdə ödəmələr müqabilində “aylığa” buraxılırlar. Artıq bundan sonra onların ali məktəbə harada və necə hazırlaşacaqları isə, valideynlərin öz problemləridir. Bu xüsusda mənbə bildirir ki, Zülfüqar Səlimovun rəhbərlik etdiyi məktəbdə bir aylıq “şagird məzuniyyəti”nin qiyməti 100 manatdır. Əlbəttə, bu üsulun bir çox mənfi cəhətləri, hətta riskləri də yox deyil. Ən azından, “aylığa” buraxılan şagirdlərdən kimsə sinif jurnalındakı qeydə görə “dərsdə olduğu zaman” hər hansı bir hadisə törətmiş olarsa, yaxud da həmin bu şagirdin özü ilə bağlı xoşagəlməz bir durum yaşanarsa, bu zaman təbii ki, onun oxuduğu məktəbin rəhbərliyinin də ciddi problemləri ola bilər. Məkz buna görə də, heç də bütün məktəb direktorları “aylıq” məsələsini birmənalı qəbul etmirlər. Amma görünür, Zülfüqar Səlimovun bu məqama münasibəti tam fərqlidir. Məhz elə bu səbəbdən də, bu gün hazırlıq kurslarlna getmək qərarını vermiş yuxarı sinif şagirdləri bir çox digər məktəblərdən məhz 84 saylı orta məktəbə “transfer” olunurlar. Təbii ki, bu halın yaşanmasında Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın da xüsusi rolu olmamış deyil. Xatırladaq ki, bu gün Kəlbəcər RTŞ Gəncə şəhərində yerləşməklə öz fəaliyyətini davam etdirir. Mənbə iddia edir ki, məhz RTŞ müdiri Zülfüqar Səlimov kimi məktəb direktorlarını himayə etməklə, rayonun bir çox orta təhsil müəssisələrində müxtəlif özbaşınalıqların törədilməsinə şərait yaradır. Elə 84 saylı məktəbdə baş verən qanunsuzluqlar da təkcə dərslərə davamiyyət məsələsilə bitmir. Məsələn, aldığımız məlumatda vurğulanır ki, bu gün rəsmi sənədlərə görə bu məktəbdə guya ki, bir neçə dərnək fəaliyyət göstərir. Təbii ki, həmin dərnəklərin fəaliyyəti üçün də dövlət tərəfindən müəyyən maliyyə vəsaitləri ayrılır. Amma məsələ bundadır ki, 84 saylı məktəbin məhz Zəngilan rayon 36 saylı orta məktəblə eyni binada yerləşməsi səbəbindən, bu dərnəklərin fəaliyyət göstərmələri sadəcə olaraq zaman və məkan məhdudiyyətləri nədənilə mümkün deyil. Buna baxmayaraq, həmin dərnəklərin fəaliyyətləri barədə mütəmadi olaraq saxta hesabatlar tərtib olunur və bu əsasla ayrılan dövlət vəsaitləri də Zülfüqar Səlimov tərəfindən mənimsənilir. Təbii ki, Elmira Şükürova ilə bölüşmək şərtilə...

Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru