3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                     Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi .....                     COP29-a qədər sülh sazişi imzalanacaq? .....                     Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib .....                     Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib .....                     Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... .....                     “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb .....                     Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır .....                     Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib .....                     ABŞ Güney Qafqazda güclənmək istəyirsə... .....                     Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU .....                     Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq .....                     Rusiya Çində gizli PUA hazırlayır .....                     Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... .....                     İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək .....                     MİDA-nın rəhbərliyinə 2 ildə .....                     Erməni ekstrasensdən şok iddia: .....                     Şahin Bağırov da YARITMADI... .....                     Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI .....                     Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir .....                     Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? .....                     "Gücüm, ilhamım, həmişəlik dostum" .....                     Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib .....                     Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib .....                     Kanada Azərbaycana necə təzyiq edə bilər ki? .....                     Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib .....                     Yerin altı tıxac, üstü tıxac .....                     `Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... .....                     Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ .....                     Paşinyan komanda yoldaşlarını .....                     Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin .....                     Akademik azadlığın vacib hissəsi: .....                     “Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” .....                     Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? .....                     Dəhliz bu qafiklə açılır: İran razılıq verdi .....                     Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! .....                 

Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? - REAKSİYA
Tarix: 26-09-2024, 10:44 | Çap et
Toy geyimində DƏRSƏ GƏLƏRLƏR?
Bir neçə gündür ki, yenə tələbələrin geyim məsələsi gündəmə gəlib. Belə ki, Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb. Bundan sonra ictimaiyyət arasında geniş müzakirələr aparılıb. Kimisi müəllimi dəstəkləyib, bəziləri də müəllimin bu hərəkətini tənqid edib.

Ümumiyyətlə, tələbələrin xarici görünüşü ilə bağlı məsələlər zaman-zaman etiraz doğurub. Bundan əvvəl də ölkəmizdə universitetlərin tələbələrə “şortik geyinmək qadağandır”, “saqqal saxlamaq olmaz”, yaxud da “qızlar açıq-saçıq paltarlar geyinməsinlər” tipli qadağalar tətbiq etdiyinə şahid olmuşuq. Bu il Bakı Biznes Universitetində də bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanmışdı. Buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub.

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Həmin qanunun 32.5-ci maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifəsidir".

Qanunvericiliyin tələbindən göründüyü kimi, təhsilalanlar təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidirlər. Lakin qeyd edilən saç-saqqal, geyim və s. tələblərlə bağlı normativlər təhsil müəssisəsinin nizamnaməsində göstərilməlidir. Əgər nizamnamədə belə bir tələb qoyulmayıbsa, təhsil müəssisəsinin tələbələrə müxtəlif qadağalar qoyması əsassızdır. Ekspertlər də günlərdir mövzu ilə bağlı bildirirlər ki, hər bir halda tələbələrə dress kod qaydaları ilə bağlı qoyulan qadağalar onların konstitusion və konvension hüquqlarını pozmamalıdır. Təhsil müəssisəsinin qadağalarını hüquqa uyğun hesab etməyən tələbə bunu məhkəmədə mübahisələndirə bilər.

Təhsil eksperti Adil Vəliyev bizimlə söhbətdə qeyd edib ki, yaşından-başından asılı olmayaraq hər kəs getdiyi yerə uyğun geyinməlidir: “Toyun toy geyimi var, səyahətin səyahət geyimi olmalıdır. Təhsil müəssisəsinə gələn tələbə də, müəllim də hara getdiklərini bildikləri üçün buna uyğun geyim seçməlidirlər”.

Sosioloq Mail Yaqub mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu məsələdə üç baxış var: “Biz universitetlərdə Elm və Təhsil Nazirliyi tərəfindən vahid geyim forması tətbiq etsək, mənə elə gəlir ki, bu, mümkün görünmür, məqbul da deyil. Universitet hərbi poliqon deyil ki, orada biz vahid geyim forması tətbiq edək. İkinci variant isə biz universiteti başlı-başına buraxsaq, deyək ki, tələbələr hansı geyimdə istəyirlər gəlsinlər, vulqar, açıq-saçıq geyinsinlər. Bu yanaşma da yanlışdır. Çünki açıq-saçıq geyinən tələbələrin dərsə maneçiliyi var. Mən özüm də universitetdə dərs deyirəm. Bununla da razı deyiləm. Üçüncü variant, universitet rəhbərliyi tərəfindən tələbələrə müəyyən xəbərdarlıqların edilməsidir. Bu da sərt şəkildə yox, müəyyən anlaşma əsasında, mehribancasına edilməlidir. Sərt şəkildə olsa, məsələ hüquqi müstəviyə keçəcək. Tələbələri çağırıb, söhbət etmək olar. Bura universitetdir, burada müəyyən şərtlərə əməl etmək lazımdır. Açıq-saçıq paltar geyinən tələbə dərsə maneçilik törədir və sairə. Onların valideynləri ilə də söhbət etmək olar. Mən bunun tərəfdarıyam”.

Dünya təcrübəsindən danışan təhsil eksperti Kamran Əsədov deyib ki, tələbələrin geyim azadlığı ilə bağlı yanaşmalar müxtəlifdir: “Məsələn, ABŞ və Avropa: Avropa və ABŞ-da tələbələr ümumiyyətlə geyim azadlığına malikdirlər. Universitetlərdə tələbələrin geyim tərzi akademik prosesə müdaxilə etməyən müddətcə, geyim azadlığı tam qorunur. Bu ölkələrdə tələbə hüquqları vacibdir və universitetlər yalnız çox spesifik hallar üçün geyim qaydaları təyin edə bilərlər (məsələn, laboratoriyada təhlükəsizlik üçün xüsusi geyim tələbləri).

Bəzi müsəlman ölkələrində isə tələbələrin geyimlərinə daha çox diqqət yetirilir. Məsələn, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə tələbələrin geyimləri ciddi şəkildə tənzimlənir və dini qaydalara uyğun olmalıdır.

Böyük Britaniya və Kanadada tələbələrin geyim tərzinə müdaxilə nadir hallarda baş verir. Yalnız müəyyən peşə sahələrində (məsələn, tibb və ya hüquq kimi) xüsusi geyim tələbləri var.

Tələbələrin geyimi tədrisin keyfiyyətinə birbaşa təsir etmir. Geyim daha çox şəxsi seçim və komfort məsələsidir. Ancaq bəzi hallarda çox diqqət çəkən geyimlər və ya qeyri-adekvat geyimlər sinifdə diqqətin dağılmasına səbəb ola bilər. Bununla belə, əsas diqqət geyimdən çox tədrisin keyfiyyətində olmalıdır.

Geyim tərzi tələbənin özünü ifadə etmə formasıdır və tələbələrin fərdiliyini vurğulamağa imkan verir. Universitet mühitində isə tələbələrin azad və yaradıcı şəkildə özlərini ifadə etmələri vacibdir. Bəzi hallarda geyim tərzi akademik müzakirələrə və yaradıcılığa töhfə verə bilər.

Müəllimlərin tələbələri geyimlərinə görə tənqid etməsi nə hüquqi, nə də etik baxımdan uyğun hesab edilir. Təhsil prosesində müəllimin əsas vəzifəsi tələbənin akademik bacarıqlarını qiymətləndirmək və onları dəstəkləməkdir. Geyim tərzi isə şəxsi azadlıq və seçim məsələsidir. Müəllim yalnız o halda geyim barədə tövsiyə və ya xəbərdarlıq edə bilər ki, geyim tədris prosesinə ciddi şəkildə müdaxilə etsin və ya digər tələbələrə narahatlıq yaratsın.

Geyim azadlığı tələbələrin təhsil mühitində özlərini daha rahat və azad hiss etmələrinə kömək edir. Rahatlıq və psixoloji məmnunluq tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilər.

Geyim azadlığı tələbələrin fərdi və yaradıcı inkişafını dəstəkləyir. Bu, təhsil prosesində tələbələrin daha aktiv iştirak etməsinə və özlərini ifadə etmələrinə imkan yaradır.

Beləliklə, Azərbaycanda tələbələrin geyiminə müdaxilə hüquqi baxımdan məcburi deyil və universitetlərin belə bir səlahiyyəti yoxdur. Dünya təcrübəsində də bu məsələ daha çox tələbə azadlığı və şəxsi seçim kimi qəbul edilir. Geyim azadlığının tədrisin keyfiyyətinə birbaşa təsiri yoxdur, lakin tələbələrin özlərini rahat və azad hiss etmələri onların təhsil uğuruna müsbət təsir göstərə bilər. Müəllimlərin tələbələri geyimlərinə görə tənqid etməsi isə etik və pedaqoji prinsiplərə uyğun deyil".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
ABŞ Güney Qafqazda güclənmək istəyirsə... - AKTUAL
26-09-2024, 11:27
Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU - ETİRAZ VAR...
26-09-2024, 11:25
Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq - AÇIQLAMA
26-09-2024, 11:22
Rusiya Çində gizli PUA hazırlayır - - "Defense Express"
26-09-2024, 11:19
Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... - "Bravo"ya BƏRƏKALLAH...
26-09-2024, 11:18
İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək - "Channel 13"
26-09-2024, 11:13
MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB
26-09-2024, 11:00
Erməni ekstrasensdən şok iddia: - Bu tarixdə müharibə olacaq, Paşinyan öldürüləcək
26-09-2024, 10:56
Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
26-09-2024, 10:53
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI - TƏFƏRRÜAT
26-09-2024, 10:50
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir - MƏQALƏ
26-09-2024, 10:46
Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? - REAKSİYA
26-09-2024, 10:44
"Gücüm, ilhamım, həmişəlik dostum" - İlkindən xanımına
26-09-2024, 10:42
Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib - ADLAR
26-09-2024, 10:36
Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib - Vasif Talıbovun kadrı sayılır...
26-09-2024, 10:34
Kanada Azərbaycana necə təzyiq edə bilər ki? - ŞƏRH
26-09-2024, 10:32
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib - VİDEO
26-09-2024, 10:26
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26-09-2024, 10:22
`Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... - Bank isə deyir ki...
26-09-2024, 10:21
Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ - VİDEO
26-09-2024, 10:06
Paşinyan komanda yoldaşlarını 2031-ci il seçkiləri haqda düşünməyə çağırdı...
26-09-2024, 10:02
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
26-09-2024, 10:01
Akademik azadlığın vacib hissəsi: - Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
26-09-2024, 09:59
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” - Erməni politoloq
26-09-2024, 09:46
Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? - GƏLİŞMƏ
26-09-2024, 09:42
Dəhliz bu qafiklə açılır: İran razılıq verdi - Şərtlər belədir
26-09-2024, 09:41
Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! - ALAYARIMÇIQ...
26-09-2024, 09:40
"Bina hər an çökə bilər..." - Yardımlıda təhlükəli DURUM
26-09-2024, 09:37
"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?" - FOTO
26-09-2024, 09:35
"Aylarla iş aparmaq lazımdır" - deputat
26-09-2024, 09:33
Makrondan YEKƏBAŞ AÇIQLAMALAR - Deyir ki, Ermənistana dəstək üçün mütləq regionda olmalıdır...
26-09-2024, 09:27
Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA
26-09-2024, 09:25
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
26-09-2024, 09:14
Rusiyadan Azərbaycana ərzaq ixracı 1 milyard dollara çata bilər
26-09-2024, 09:12
İlham Əliyev antiAzərbaycan planları NECƏ DƏF EDİR... - Arxamızdan iş çevirənlər...
26-09-2024, 09:10
“Yeni gələn İcra Başçısı bizi qəbul etmir” - NARAZILIQ VAR...
26-09-2024, 09:03
Putinin emissarı Bakıya hansı MESAJI GƏTİRDİ? - İLGİNC DETALLAR
26-09-2024, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru