Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
Tarix: 26-09-2024, 10:01 |
Çap et
Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləcək.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, toplantıda təşkilati məsələlərə baxılacaq.
Ali Məclisə seçilən deputatlar sessiyadan öncə ilk olaraq Naxçıvan şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.