3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                     Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi .....                     COP29-a qədər sülh sazişi imzalanacaq? .....                     Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib .....                     Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib .....                     Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... .....                     “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb .....                     Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır .....                     Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib .....                     ABŞ Güney Qafqazda güclənmək istəyirsə... .....                     Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU .....                     Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq .....                     Rusiya Çində gizli PUA hazırlayır .....                     Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... .....                     İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək .....                     MİDA-nın rəhbərliyinə 2 ildə .....                     Erməni ekstrasensdən şok iddia: .....                     Şahin Bağırov da YARITMADI... .....                     Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI .....                     Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir .....                     Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? .....                     "Gücüm, ilhamım, həmişəlik dostum" .....                     Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib .....                     Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib .....                     Kanada Azərbaycana necə təzyiq edə bilər ki? .....                     Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib .....                     Yerin altı tıxac, üstü tıxac .....                     `Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... .....                     Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ .....                     Paşinyan komanda yoldaşlarını .....                     Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin .....                     Akademik azadlığın vacib hissəsi: .....                     “Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” .....                     Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? .....                     Dəhliz bu qafiklə açılır: İran razılıq verdi .....                     Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! .....                 

11 yaşlı körpənin həyatı ilə oynayıblar... - 6 aydır komadadır...
Tarix: 26-09-2024, 08:42 | Çap et
11 yaşlı körpənin həyatı ilə oynayıblar...
11 yaşlı Babazadə Xədicə Zamin qızı altı aydır ki, həkim səhlənkarlığı ucbatından komadadır.

Valideyni Şahnaz Mehdiyeva deyir ki, 2024-cü il fevralın 21-də qızını diş müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzində işləyən stomatoloq Bəhruz Rüstəmovun yanına aparıb.

"Uşağın iynə qorxusu olduğu üçün müalicənin sedasiya (pasient sedativ vasitələr və narkotik analgetikərlə (morfin və s.) yanaşı, bəzi hallarda hipnotik dərmanlar vasitəsilə keyləşdirilir – red.) yolu ilə aparılmasını təklif etdim. Biz sedasiyanın 15-20 dəqiqəlik adi yuxu iynəsi olduğunu bilmişik. Stomotoloq da razılaşdı. Bizə sedasiyanın hansı növündən istifadə olunacağı, müalicə prosesinin neçə saat davam edəcəyi, həmçinin risk faktorları barədə məlumat verilmədi”, – Şahnaz Mehdiyeva deyir.

Onun sözlərinə görə, müalicədən öncə uşaqda heç bir sedasiya öncəsi zəruri yoxlamalar aparılmayıb: "Həkim valideynin yazılı razılığını almadı, anamnez (xəstənin həyat şəraiti, yaşayış tərzi-red.) toplanılmadı. Sadəcə, xahiş etdi ki, kabinetdən çıxaq. Biz gözləmə zalına çıxdıqdan sonra övladıma uzunmüddətli sedasiya, yəni ümumi narkoz altında ağciyərlərini süni tənəffüs aparatına birləşdirmədən müalicəyə başlayıblar”.

Valideynin dediyinə görə, təxminən 20 dəqiqədən sonra stomatoloq Bəhruz Rüstəmov uşağın rənginin göyərdiyini görüb, anestezoloq Fərəh Amanovaya bu barədə məlumat verib: "Fərəh Amanova da uşağın artıq kliniki ölüm keçirdiyini görüb, tibbi müdaxilə edib, amma faydasız olub. Klinikanın reanimatoloqu Rauf Paşayevi köməyə çağırıblar. Rauf Paşayev gəlib, elektroşokla uşağın ürək fəaliyyətini bərpa edib. Sonradan bilmişəm ki, Fərəh Amanova daha əvvəl də "Astoriya” Tibb Mərkəzində işləyən vaxtda da belə bir səhlənkarlıq edibmiş”.

Şahnaz Mehdiyeva deyir ki, hadisə təxminən 12:15 radələrində baş verib. Amma övladını saat 12:55 radələrində diş kabinetindən reanimasiyaya aparıblar: "Niyə kliniki ölüm keçirmiş xəstəni 45 dəqiqə stomotoliji kabinetdə yubadıblar? Bütün bunlara görə hadisə vaxtı övladım uzunmüddətli oksigensiz qaldığı üçün beyin fəaliyyətinin 98 faizini həmişəlik itirib. Hazırda qızıma hipoksik-işemik ensefolopatiya diaqnozu (beyinə yetərincə qan və oksigen getməməsi səbəbindən yaranan beyin zədələnməsi) qoyulub. Təməl yaşam funksiyalarını 100 faiz itirməklə vegetativ (sinir sistemi xəstəliyi) durumunda yaşayır”.

Uşağın valideynləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Hadisədən 8 ay keçməsinə baxmayaraq Nərimanov Rayon Prokurorluğu başlamış olduğu cinayət işini (AR CM-314.2) məhkəməyə göndərməkdə aciz qalıb. Çünki Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi məsuliyyətsiz həkimlərin xeyrinə ekspert rəyi verib. Bu rəy saxtadır və həkimləri müdafiə məqsədilə verilib. Bundan əminik”.

"Dəfələrlə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Ceyhun Allahverdiyevin və Birliyin şöbə rəisi Cavid İsmayılovun qəbulunda olsaq da, ailə faciəmizə səbəb olan hadisənin təfərrüatını aydınlaşdırmaqda ya çətinlik çəkirlər, ya da absurd, heç bir əsası olmayan bəhanələrlə bizi ovundururlar. Sağlam bir insanin uzunmüddətli oksigensiz qalmasını aydınlaşdırmaqda aciz görünürlər”, – valideyn deyir.

Şahnaz Mehdiyeva bildirir ki, martdan bu yana ölkədə və xaricdə bütün həkim, xəstəxanalara müraciət ediblər: "Amma 11 yaşlı övladımın xilası üçün heç nə edə bilmirik. Artıq bir neçə aydır ki, işimə gedə bilmirəm, evimizin bir otağını reanimasiyaya çevirib, komada olan övladımın keşiyini çəkirəm. Bir valideyn kimi hər gün bu faciə gözlərimin önündə yaşanır və ağrısını hiss edirəm. Əlimdən isə heç nə gəlmir. Müraciət etmədiyim dövlət qurumu qalmayıb. Çarəsizəm və əlimdən heç nə gəlmir. Bu cinayəti törədənlər cəzasız qaldıqca nə qədər analar gözüyaşlı qala bilər. Bu ölkədə bir ekspertiza ilə bacara bilmirik, saxta rəy verib övladımın qanını batırmağa çalışırlar”.

Valideyn məsələ ilə əlaqədar Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, səhiyyə naziri Teymur Musayevə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova və digər aidiyyəti qurumlara müraciət edib.

"11 yaşlı övladım Xədicə Babazadənin sağlamlığının 100 faiz itirilməsinə səbəb olan hadisənin düzgün araşdırılıb, səhlənkar həkimlərin məsuliyyətə cəlb olunması üçün məsul olan orqanlara tapşırıq vermələrini xahiş edirəm”, – valideyn bildirib.

Onun sözlərinə görə, ekspertiza saxta rəydə uydurma faktlardan da istifadə edib: "Rəy"də yazıblar ki, guya uşaq psixotrop dərman qəbul edib və ağırlaşmaya səbəb kimi də onu qeyd ediblər. Halbuki övladım heç vaxt hər hansı bir psixatrop dərman qəbul etməyib. Ekspertiza idarəsinin ekspertləri bununla bağlı uşaqda indiyə qədər heç bir yoxlama aparmadan şifahi şəkildə nədən belə qənaətə gəliblər? Yəni bu yalan məlumatın rəsmi dövlət sənədinə yazılması faktı belə, ölkənin bu boyda qurumuna utancdır. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin işə cəlb edilmiş ekspertlərinin özbaşınalığının hansı səviyyədə olmasını təsəvvür belə etmək çətindir".

Səhiyyə Nazirliyindən, Nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən və Baş Prokurorluqdan bu məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Arqument.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
ABŞ Güney Qafqazda güclənmək istəyirsə... - AKTUAL
26-09-2024, 11:27
Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU - ETİRAZ VAR...
26-09-2024, 11:25
Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq - AÇIQLAMA
26-09-2024, 11:22
Rusiya Çində gizli PUA hazırlayır - - "Defense Express"
26-09-2024, 11:19
Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... - "Bravo"ya BƏRƏKALLAH...
26-09-2024, 11:18
İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək - "Channel 13"
26-09-2024, 11:13
MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB
26-09-2024, 11:00
Erməni ekstrasensdən şok iddia: - Bu tarixdə müharibə olacaq, Paşinyan öldürüləcək
26-09-2024, 10:56
Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
26-09-2024, 10:53
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI - TƏFƏRRÜAT
26-09-2024, 10:50
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir - MƏQALƏ
26-09-2024, 10:46
Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? - REAKSİYA
26-09-2024, 10:44
"Gücüm, ilhamım, həmişəlik dostum" - İlkindən xanımına
26-09-2024, 10:42
Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib - ADLAR
26-09-2024, 10:36
Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib - Vasif Talıbovun kadrı sayılır...
26-09-2024, 10:34
Kanada Azərbaycana necə təzyiq edə bilər ki? - ŞƏRH
26-09-2024, 10:32
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib - VİDEO
26-09-2024, 10:26
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26-09-2024, 10:22
`Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... - Bank isə deyir ki...
26-09-2024, 10:21
Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ - VİDEO
26-09-2024, 10:06
Paşinyan komanda yoldaşlarını 2031-ci il seçkiləri haqda düşünməyə çağırdı...
26-09-2024, 10:02
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
26-09-2024, 10:01
Akademik azadlığın vacib hissəsi: - Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
26-09-2024, 09:59
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” - Erməni politoloq
26-09-2024, 09:46
Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? - GƏLİŞMƏ
26-09-2024, 09:42
Dəhliz bu qafiklə açılır: İran razılıq verdi - Şərtlər belədir
26-09-2024, 09:41
Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! - ALAYARIMÇIQ...
26-09-2024, 09:40
"Bina hər an çökə bilər..." - Yardımlıda təhlükəli DURUM
26-09-2024, 09:37
"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?" - FOTO
26-09-2024, 09:35
"Aylarla iş aparmaq lazımdır" - deputat
26-09-2024, 09:33
Makrondan YEKƏBAŞ AÇIQLAMALAR - Deyir ki, Ermənistana dəstək üçün mütləq regionda olmalıdır...
26-09-2024, 09:27
Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA
26-09-2024, 09:25
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
26-09-2024, 09:14
Rusiyadan Azərbaycana ərzaq ixracı 1 milyard dollara çata bilər
26-09-2024, 09:12
İlham Əliyev antiAzərbaycan planları NECƏ DƏF EDİR... - Arxamızdan iş çevirənlər...
26-09-2024, 09:10
“Yeni gələn İcra Başçısı bizi qəbul etmir” - NARAZILIQ VAR...
26-09-2024, 09:03
Putinin emissarı Bakıya hansı MESAJI GƏTİRDİ? - İLGİNC DETALLAR
26-09-2024, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru