“Yeni gələn İcra Başçısı bizi qəbul etmir” - NARAZILIQ VAR...
Tarix: 26-09-2024, 09:03 |
Çap et
Ağsu rayonu şəhid İlkin Məmmədov küçəsində yollar bərbad gündədir. Bundan başqa məhəllədə işıq da yoxdur. Küçə zülmətə bürünüb.
Bu haqda məhəllə sakinləri Moderator.az -a danışıb:
“Hələ Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin vaxtında 13 nəfərin imzası ilə müraciət etmişdik. O demişdi ki, baxılacaq. Elə oldu ki, rəhmətə getdi, heç kim də problemə baxmadı. Yeni gələn İcra Başçısı da heç kimi qəbul etmir. İl yarım əvvəl ərizə ilə İcra Hakimiyyətinə müraciət etmişik. Məhəllənin yolları çox pis gündədir. Bütün küçələrə asfalt döşənib, təkcə bu küçədən başqa. Məhəllədə konkret işıq yoxdur. 2-3 ev olsaydı adam deyərdi ki, 2-3 evə nə yol, nə işıq çəksinlər?! Amma orada yaşayış çoxdur. Küçə şəhid İlkin Məmmədovun adınadır. Əvvəl Cavanşir Şərifov küçəsi idi. O da bizim şəhidimizdir. Şəhid adından heç olmasa utansınlar. Bu küçədə də bir neçə şəhid ailəsi yaşayır. Bu günlərdə şəhid bulağının yanında bir tədbir olacaq. Bələdiyyə dərin maneə yaranan yerlərə gətirib daş ovuntusu tökdü. Onu da özümüz əlimizlə yaymışıq. Hələ bir neçə ay əvvəl demişdilər ki, avqustun sonuna qədər küçə asfaltlanacaq, sentyabrın sonudur hələ də ortalıqda bir şey yoxdur. ” deyə rayon sakinləri bildirib.