Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                 

“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...” - Nazirə müraciət...
Tarix: 25-09-2019, 10:23 | Çap et
“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...”
Qarabağ qazisi, Bərdə rayonu Xəsisli kənd sakini Muğan İsmayıl oğlu Salmanov mənzil dələduzluğuna məruz qalıb. O, 2008-ci ildə mənzil alıb, illər sonra evinə köçmək istəyəndə isə bəlli olub ki, MTK-nın sahibi həmin evi başqa bir adama satıb. İndi nə ona yeni mənzil verilir, nə də halal pulu geri qaytarılır...

Qarabağ qazisi üzləşdiyi qanunsuzluqla bağlı redaksiyamıza müraciətində başına gələnləri nəql edib.

Vətəndaş yazır: “Mən Bərdə rayonu Xəsisli kəndində yaşayıram və orada maldarlıq, əkinçiliklə məşğul oluram. 4 övladım var. Halal zəhmətimlə illərlə qazandığım vəsaiti toplayıb böyük oğlumun Bakıda yaşamasından ötrü ona mənzil almaq qərarına gəldik. 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində ”Kaspian İnşaat MB" MMC-nin tikdiyi çoxmərtəbəli binadan pulunu 2 hissədə ödəyib rəsmi maliyyə sənədləri və müqavilə əsasında 4 otaqlı mənzil aldım. Mən adıçəkilən MMC-dən mənzil alanda bina sonacan tikilib qurtarmamışdı. Bu səbəbdən və vəsaitim qalmadığından özümə məxsus mənzilin təmirinə başlaya bilmədim. 5 il bundan qabaq isə avtomobil qəzası keçirdim və uzun müddət yataq xəstəsi oldum. Buna görə də oğlum təsərrüfat işlərimizlə məşğul olmağa başladı və Bakıda yaşamaq fikrini dəyişdi. Mənzilimi təmir etdirməsəm də, hər dəfə Bakıya gələndə baş çəkirdim, ancaq qəzadan sonra Bakıya gələ bilmədim. Bundan istifadə edən adıçəkilən MMC-nin rəhbəri Bəxtiyar Məmmədov mənə məxsus mənzili təkrarən Paşayev Məmmədtağı Nağı oğluna satıb. Mənzilimi tələb edəndə MMC rəhbəri mənə başqa yerdə mənzil verəcəyini vəd etsə də, sonradan dedi ki, get nə bilirsən, et..."

Vətəndaş deyir ki, o, çıxış yolunu məhkəməyə üz tutmaqda görüb.

Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, M.Salmanov cavabdeh “Kaspian İnşaat MB” MMC ilə 06 may 2008-ci il tarixli, 73 nömrəli Sifariş müqaviləsi bağlayaraq Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə tikilən hündür mərtəbəli binada 2 saylı blokda 3-cü mərtəbədə sahəsi 170 kv.metr olan 4 otaqlı mənzil alıb: “Müqavilədə qeyd edilməsə də sonradan müəyyən olundu ki, mənə satılan mənzil 75 saylıdır. Adıçəkilən müqavilənin 3-cü bəndinə uyğun olaraq mən üzərimə düşən öhdəliyi yerinə yetirərək sifarişçi qismində mənzilin hər kvadrat metrinə görə 700 ABŞ dolları olmaqla, əvvəlcə 50.000 ABŞ dolları, daha sonra 69.000 ABŞ dolları - cəmi 119.000 ABŞ dolları icraçı müəssisəyə ödəmişəm və müəssisə bu barədə mənə həmin məbləğin Azərbaycan manatının məzənnəsinə uyğun maliyyə arayışları verib. 06 may 2008-ci il tarixli, 73 nömrəli ”Sifariş müqaviləsi"nin 4.3-cü bəndinə görə İcraçı sifariş edilən mənzilin tikintisini layihə sənədlərinə və tikinti normalarının tələblərinə uyğun, bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində başa çatdıraraq sifarişçiyə təhvil verməyi öhdəsinə götürüb. Sözügedən müqaviləni bağladıqdan sonra uzun müddət tikintinin başa çatmasını gözləmişəm, mənzilin qapısını bağlayaraq maddi imkanım olduğu vaxtda təmir işlərinə başlayacağımı qərarlaşdırmışam. 2019-cu ilin aprel ayında mənzilimə gələrkən müəyyən etmişəm ki, cavabdeh müəssisənin direktoru Bəxtiyar Məmmədov mənə məxsus mənzili qanunsuz olaraq cavabdeh Məmmədtağı Paşayevə satıb, sonuncu da mənzili təmir edərək orada yaşayır.

Bundan başqa, rəsmi müqavilə bağlamasaq da, cavabdeh Bəxtiyar Məmmədova 20.000 ABŞ dolları verərək sahəsi 20 kv.metr olan yeraltı qarajı da almışdım. Lakin cavabdeh bu qarajı da mənə verməkdən imtina edib. Beləliklə, cavabdehlər “Kaspian İnşaat MB” MMC və Məmmədov Bəxtiyar Sabir oğlu həm müqavilə, həm də mülki qanunvericiliklə üzərlərinə düşən vəzifəni yerinə yetirməmiş, mənə məxsus mənzili başqasına satmış, cavabdeh Məmmədtağı Paşayevlə birlikdə mənə məxsus mənzili zəbt edərək birlikdə mülkiyyət hüququmu pozmuşlar".

Şikayətçi qeyd edir ki, işə hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılır: “Mülki iş hakim Emin Mehdiyevin icraatındadır. 10 sentyabr 2019-cu il tarixdə işə baxılarkən Bəxtiyar Məmmədov öz qanunsuz hərəkətlərini ört-basdır etmək və məsuliyyətdən yayınmaq üçün ağlasığmaz varianta əl atdı. İddia etdi ki, guya onun mənə verdiyi - tərəfimdən məhkəməyə təqdim edilən möhürlü və imzalı müqavilə və maliyyə arayışlarındakı imzalar onun imzası deyil. Guya mən möhürü skan edərək saxtalaşdırmışam. Bəxtiyar Məmmədovun vəkilinin vəsatəti ilə iş üzrə məhkəmə ekspertizası təyin edildi və məhkəmə iclası təxirə salındı. Biz vəkilimlə birgə zalı tərk etdik, koridorda Bəxtiyar kinayə ilə mənə dedi: ”Ekspert rəy verər ki, möhür və imza saxtadır, ondan sonra görüm nə edəcəksən". Bundan əvvəl isə məhkəmə zalında Bəxtiyar vəkilimi hədələyərək ona “gör sənin başına nə oyun açacam” demişdi. Hazırda təşviş içindəyəm ki, özünü “qüdrətli iş adamı” adlandıran Bəxtiyar Məmmədov növbəti qanunsuz addım atmağa - guya mənim müqavilə və maliyyə arayışlarındakı imzanı və möhürü saxtalaşdırmağıma dair saxta rəy almağa nail ola bilər.

Mən kənd adamıyam, heç vaxt kiminsə malını yeməmişəm. Bütün həyatımı zəhmətlə, halal ruzi ilə yaşamışam. Qarabağ döyüşlərində könüllü iştirak edib Vətənimizi qorumuşam. Yaxın-qohum əqrəbamdan xeyli adam Vətənimizin müdafiəsində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər. Onlardan Fariz Çoban oğlu Qəhrəmanov Azərbaycanın Milli Qəhrəmanıdır.

Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun barəmdə törətdiyi cinayət əməlinə görə məsuliyyətə alınmasına görə müvafiq qurumlar bizə köməklik göstərsin".

M.Salmanov bildirdi ki, o, başına gələnlərlə bağlı ölkə rəhbərliyinə də müraciət edib.

Yaxın qohumunun başına gələnlərlə bağlı Milli Qəhrəman Fariz Çoban oğlu Qəhrəmanov isə ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayaraq, bu işi nəzarətə götürməsini xahiş edib. O, müraciətində Muğan Salmanovun başına gələnləri nəql edərək, ona köməklik göstərilməsini xahiş edib: “Heç vaxt ola bilməz ki, Muğan başqasının haqqına girsin, saxta yolla mənzilə sahib olmaq istəsin. Sizdən artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürərək Muğanın ailəsinə məxsus halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun törətdiyi cinayətə görə məsuliyyətə alınmasına köməklik göstərəsiniz”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru