Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                 

"Mən demirəm ki, demokratik quruluş yaranıb, sadəcə, bu proseslər azalıb" - İlham İsmayıl
Tarix: 27-04-2022, 08:20 | Çap et
"Mən demirəm ki, demokratik quruluş yaranıb, sadəcə, bu proseslər azalıb"
Azərbaycandan ən müxtəlif adlar, bəhanə və əsaslandırmalarla Avropaya sığınan azərbaycanlıları geri qaytarırlar. Artıq bu mövzu ölkə gündəmində özünə yer etməkdədir. İllərlə Almaniyada, başqa Avropa ölkələrində sığınacaq ala bilməyən, son aylarda isə Azərbaycana qaytarılan şəxslərdən bəziləri saxlanıb. Onlardan biri də Samir Aşurov adlı keçmiş mühacirdir. Almaniyadan redmissiya olunandan sonra barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İndi isə aclıq aksiyası keçirir.

Xatırladaq ki, Samir Aşurov martın 29-da Almaniyadan deportasiya edilmişdi. 21 gün sonra - aprelin 19-da metronun “Neftçilər” stansiyasının yaxınlığında yaşanan insidentə görə həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir. Keçmiş mühacirin vəkili Elçin Sadıqov mətbuata verdiyi açıqlamada bildirib ki, Sami Aşurov aprelin 19-da pasport alaraq, yenidən ölkəni tərk etmək istəyirmiş.

Daha bir faktı da qeyd edək ki, 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deport edilmiş Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimlinin də barəsində müxtəlif səbəblərdən cinayət işi açılıb və həbs-qətimkan tədbiri seçilib.

Bəs Avropa niyə azərbaycanlı mühacirləri toplu halda geri qaytarır? Niyə daha onlara siyasi sığınacaq vermir? Bu məsələdə "vəsiqə alveri"’ barədə iddiaların - müxalifət partiyalarının arzu edənlərə rüşvət müqabilində arayış və üzvlük vəsiqəsi satmaları - təsiri nə qədərdir ? Redmissiya prosesinin Azərbaycan dövlətinə hansı neqativ təsirləri var? Avropadan geri dönənlərin filtirasiya prosesindən keçirilməsi, bəzi hallarda isə həbsə alınmaları hansı prinsiplərlə həyata keçirilir? dia-az.life xəbər verir ki, bu və digər suallarla bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a danışıb: “Mühacirliyin əsasları olmalıdır. Adətən mühaciri bir müddət saxlayır, yoxlayır və sonda yoxlama nəticələrinə görə onun barəsində qərar çıxarırlar. Xüsusilə Almaniya ilə bağlı dəqiq bilirəm ki, orada mühacirlərə 2 il, bəzən 3 il yer verirlər, əgər mühacir parametrlərə uyğun gəlmirsə, geri qaytarırlar. Yəni Avropada bununla bağlı qanunauyğun hərəkət edilir”.

İlham İsmayıl qeyd etdi ki, ölkədən gedən mühacirlərin, insan haqları pozuntularının sayının artması dövlətə neqativ təsir edir: “10-15 il əvvəl Azərbaycandan gedənlərin çoxu siyasi mühacirlər idi və sayları çox olduğundan qəbul olunurdu. Daha sonra isə siyasi mühacirlərin sayı azaldı, getdikcə daha çox yaxşı yaşayış üçün gedənlərin sayı artmağa başladı və bunun üçün də qəbul olunanlar da azaldı. Xüsusən də ərəb ölkələrindən, Suriyadan böyük axın olduqdan sonra bu məsələ ilə bağlı daha korrekt yanaşma oldu. Yəni dünyanın başqa ölkələrinə də bu cür yanaşır, Azərbaycanı ayırmırlar. Əlbəttə ki, mühacirlərin, insan haqları pozuntularının sayının artması ölkəyə neqativ təsir göstərir. Lakin 10-15 il ərzində azərbaycanlı mühacirlərin sayı xeyli azalıb. Mən demirəm ki, demokratik quruluş yaranıb, sadəcə, bu proseslər azalıb”.

Ekspert son aylarda bəzi mühacirlərin həbs olunmasına da münasibət bildirib: “Çox təəssüf ki, hazırda neqativ bir proses var. Yəni müəyyən tənqidçi mühacirlər status ala bilməyib, geri qayıdanda onlara qarşı bəzən heç uyğun olmayan, sifarişli tədbirlər görülür. Təəssüflə qeyd edim ki, son aylarda bu cür proseslərin sayı artıb. Bunun isə Azərbaycana çox mənfi təsiri var. İlk növbədə ona görə ki, hazırda Qarabağ məsələsini həll etdiyimiz bir zamanda Qarabağdakı ermənilər məhz bu faktları irəli sürərək, onların təhlükəsizliyi ilə bağlı heç bir qarant olmadığını deyirlər. Ona görə də dövlətimiz bu istiqamətdə beynəlxalq hüquqlara uyğun normal addımlar atmalıdır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd etdi ki, Avropada azərbaycanlı mühacirlər həddindən artıq çox deyil və 20-50, lap 100 nəfərin geri qaytarılması Azərbaycan üçün problem yarada bilməz: “Əgər söhbət Rusiyadan, minlərlə mühacirdən getsəydi, təbii ki, böyük narazılıq doğuran məsələ olardı. Avropadan olan mühacirlərin Azərbaycana qaytarılması birdən-birə gündəmə gəldi və son 4-5 ildə daha çox aktivləşib. Hətta 10-15 il orada yaşayanlardan da bəziləri müəyyən səbəblərdən geri qaytarılır. Hesab edirəm ki, bu məsələdə siyasi çalarlar axtarmaq lazım deyil. Avropaya gedən azərbaycanlı mühacirlərin əksəriyyəti heç bir səbəb olmadan ölkəni tərk ediblər. Yəni onların özünə, ailəsinə qarşı hər hansı bir siyasi təzyiq, real təhlükə olmayıb, sadəcə, yaxşı yaşamaq həvəsində olublar. Onların arasında mənim də hörmət etdiyim, əlaqə saxladığım dostlarım var, hansılar ki, ən çətin anlarda da dövlətimzin yanında olmağı bacardılar və bacarırlar. Lakin qeyd etdiyim kimi, sadəcə, vaxtilə müəyyən siyasi proseslərdən sonra ümidsizliyə qapılıb gediblər. Hesab edirəm ki, çox da yaxşı olmayan bir şəraitdə və asılı maddi durumda yaşamaqdansa, elə ölkəyə geri dönməkləri daha yaxşı olardı.

Beləliklə, geri qaytarılanlar vaxtilə müxtəlif təşkilat, partiya və yaxud QHT-lərdən saxta arayış və sənəd alıb, ölkəni tərk edənlərdir. Zaman-zaman saxta sənədlərin üstü açılır, araşdırılır və onlar geri qaytarılırlar. Xatırlayıram ki, vaxtilə Avropa ölkələrinin səfirlərindən biri ilə söhbətləşəndə adlar olan onlarla siyahı təqdim etdi və soruşdu ki, bu insanlara qarşı hər hansı siyasi təzyiq, hüquq-mühafizə orqanları tərəfindən təqiblər varmı? Həmin siyahıda olanların ad və familiyaları bizə tanış gəlmədi və onlar ölkənin hər hansı ictimai-siyasi prosesində olmayan adamlar idi, sadəcə, hansı yollarlasa sənədlər əldə edib Avropaya getmişdilər. Hər halda, geri qaytarılan Azərbaycan vətəndaşlarıdır və mən bütün bunları ürək ağrısı ilə izləyirəm. Onlar əziyyət çəkib gediblər və 3-5 il, 10 ildən sonra geri qaytarılırlar, bu, heç də asan deyil. Əgər tərəf özünə arxayındırsa və hesab edir ki, Avropa onun barəsində doğru qərar verməyib, aidiyyəti qurumlara müraciət edə bilər".

Çingiz Qənizadə qeyd etdi ki, Avropadan geri qaytarılanların hüquq-mühafizə orqanlarına çağırılaraq izahatlarının alınması təbii prosesdir: “Soruşurlar ki, ”hansı əsasla və sənədlə Avropaya getmisən, sənə qarşı hansısa real təhlükə olubmu?" və sairə. Bu prosesə normal yanaşıram. Hətta bir dəfə çağırış etmişdim ki, mühacir insanlarımız, hüquq-mühafizə orqanlarının çağırışlarından çəkinməsinlər və necə getdikləri haqda məlumat versinlər. Beləliklə, filtirasiya prosesi normal haldır və ümid edirəm ki, orada Azərbaycanın hüquq-mühafizə orqanları hər hansı qanun pozuntusuna yol verməyəcəklər və vermirlər. Amma kimsə burada cinayət edib və müəyyən saxta sənədlərlə Avropaya gedibsə, qanunla müəyyən edilmiş formada saxlanıla bilər. Əgər kimsə özünə qarşı qanunazidd hərəkətlərlə qarşılaşarsa, hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edirlərsə, hüquq müdafiəçilərinə müraciət etsinlər. Hesab edirəm ki, buna heç lüzum da yoxdur, çünki hüquq-mühafizə orqanlarının buna marağı yoxdur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru