Kamal Kılıçdaroğlu qəlbindəki prezidentin kim olduğunu açıqladı
Tarix: 4-04-2014, 11:49 |
Çap et
Türkiyə Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu ölkədə prezident postunda kimi görmək istədiyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Kamal Kılıçdaroğlu Türkiyə prezidentliyinə sadə vətəndaşın namizəd olmasını istədiyini açıqlayıb. Onun sözlərinə görə ölkə prezidentliyinə yeni namizəd heç bir siyasi partiyanın üzvü olmamalıdır.
Kamal Kılıçdaroğlu baş nazir Ərdoğanın ölkə prezidenti olmayacağını da sözlərinə əlavə edib: “Əgər Ərdoğan prezident olsa demək ki, onu xalq seçməyib. Prezidentliyə yeni namizəd hər kəs tərəfindən qəbul edilən savadlı bir insan olmalıdır. Ərdoğan o vəzifəyə seçilə bilməz. Xalq da bunu deyəcək”.