Venesuela prezidenti ordunu paytaxta yeritdi
Tarix: 18-03-2014, 10:55 |
Çap et
FaktXəbər-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduro ordunu paytaxt Karakas şəhərinə yeridib. Buna səbəb Karakasın Çakao rayonunda kütləvi iğtişaşların baş verməsidir.
28 nəfərin ölümü və 365 nümayişçinin yaralanması ilə nəticələnən aksiyaları yatırtmaq üçün hərbçilər paytaxtda kütləvi asayişi bərpaya başlayıb. Müxalifət ordunun müdaxiləsini etirazla qarşılasa da, hökumət dinc aksiyaların kütləvi qarşıdurmalara çevrilməsini əsas gətirərək hərbçilərin köməyindən istifadə edib.