Bəşər Əsəd Yəbrudu vəhabi işğalından azad etdi
Tarix: 17-03-2014, 09:36 |
Çap et
Suriya hökuməti Livan sərhədində yerləşən əl-Qələmun yüksəkliklərinin bütün bölgələrini nəzarətə alıb.
SalamNews–un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, hökumət ordusu və “Hizbullah” qruplaşması ötən gün Yəbruda daxil olduqdan sonra şəhərdə təmizləmə əməliyyatlarına başlayıblar.
Məlumata əsasən, daha əvvəl Yəbrudda olan silahlılardan 1000-dən artığı Rənkus bölgəsinə tərəf qaçıb. Ordu qüvvələri isə Yəbruddan Livana gedən yolu nəzarət altına alaraq, buradan keçən silahlıları hədəfə alıblar.
Livan mənbələri son gün ərzində ölkənin Suriya ilə sərhədində yerləşən Ərsal rayonuna 100-dən artıq yaralı silahlının gətirildiyini bildiriblər.
Qeyd edək ki, Yəbrud əl-Qələmun yüksəkliklərində Suriya hökumətinin əlinə keçən sonuncu bölgədir.
Ekspertlərin fikrincə, bu irəliləyiş paytaxt Dəməşqi Aralıq dənizi sahili ilə birləşdirən yolun təhlükəsizliyinin təmin edilməsində, eləcə də Livandan axışan silahlıların qarşısının alınmasında hökumətə kömək edəcək.