Abdullah Gül Fətullah Gülən əleyhinə qərarı təsdiqlədi
Tarix: 13-03-2014, 10:28 |
Çap et
Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.
Martın 1-də Türkiyə parlamenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq.
Qanun layihəsi ölkə parlamentinə bu il fevralın 7-də təqdim edilib.
Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi.
Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.