FƏRHAD ƏLİYEV NƏDƏN ÖLKƏNİ TƏRK ETMƏLİ OLDU?
Tarix: 21-11-2013, 13:59 |
Çap et
DİA.AZ: - Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı yeni məlumatlar əldə etmişik. DİA.AZ bildirir ki, bu barədə dünən gecədən "Savash.org" xəbər yayıb. Portala etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Fərhad Əliyev yaxın zamanlarda Azərbaycanı birdəfəlik tərk edəcək. Onun artıq bu məqsədlə hazırlıqlara başladığı iddia olunur. Avropa ölkələrinin birinə, çox böyük ehtimalla Almaniyaya gedəcəyi proqnozlaşdırılan sabiq nazir bu ölkədə ciddi biznes layihəsi gerçəkləşdirəcək.
Əslində isə onun ölkəni tərk etməsi hakimiyyətlə məxfi anlaşmalarından biridir. Belə ki, hələ həbsxanadaykən onun qarşısına belə bir şərt qoyublar ki, azadlığa buraxıldıqdan sonra ölkə daxilində hansısa fəaliyyətlə məşğul olmasın. Razılaşma belə olub ki, arzu edəcəyi təqdirdə isə ölkəni birdəfəlik tərk etməsində problem olmayacaq.
Həbsxanadan çıxdıqdan sonra andlaşmaya sadiq qalan Fərhad Əliyev artıq ölkədən çıxmaqla bağlı qərar verib. Sadəcə olaraq, o ölkədən gedərkən “səhhətində yaranmış problemləri” əsas gətirərək, guya müalicəyə gedəcəyini bəyan edəcək. Sonrası isə bəllidir…