OQTAY ƏSƏDOVA “XOCALI MÜRACİƏTİ”
Tarix: 31-01-2012, 14:54 | Çap et
BU QƏTLİAMIN GÜANHKARLARINI AZƏRBAYCAN RƏSMƏN AXTARMIR...
Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədova müraciət ediblər. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:
“Hörmətli Oktay müəllim. Məlumunuzdur ki, bu yaxınlarda xalqımız ötən əsrin sonlarında baş vermiş ən böyük qətliamı, Xocalı faciəsinin 20 illiyini qeyd edəcəkdir. Bir çox beynəlxalq konversiyalara, hüquqi aktlara, dünyanın mötəbər qurumlarının prinsiplərinə və nəhayət, insanlığa qarşı ermənilər tərəfindən həyata keçirilmiş bu faciə təkcə azərbaycanlıları yox, bəşəriyyətin bütün vicdanlı və tərəqqipərvər insanlarını sarsıtmışdır. Bildiririk ki, xalqımızın yaşadığı bu faciəni ölkə xaricindəki azərbaycanlılar da hər il müxtəlif tədbir və aksiyalarla qeyd edir.
Ermənistan ordusunun və erməni silahlılarının törətdikləri bu vəhşilikləri sübutlarla yaşadıqları ölkələrin ictimaiyyətinə çalışırlar. İmza toplamaqdan tutmuş ən müxtəlif aksiyalara əl ataraq bu faciənin müxtəlif ölkələrin parlamentlərində soyqırım kimi tanıtmağa cəhd edirlər. Lakin təəssüf ki, bu zaman yaşadıqları ölkələrin rəsmi dairələrinin ciddi sualları ilə qarşılaşır, hüquqi maneələrə rast gəlirlər. Biz bu maneələrlə qarşılaşan soydaşlarımızın nümayəndələri olaraq, bu hüquqi maneələrdən bəzilərini diqqətinizə çatdırmaq, onların həll edilməsində sizdən səlahiyyətiniz daxilində addımlar atmağınızı istəyirik.
Cənab spiker, 2008-ci il fevralın 27-də Nederland Krallığının parlamentinin rəhbəri xanım Gredti Verbeet cənablarına Xocalı faciəsi barədə faktlarla geniş məlumat verərək ondan parlamentdə bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi üçün məsələnin müzakirəyə çıxarılmasını xahiş etmişdik. Müraciətimizə xüsusi diqqət yetirən xanim Gredti Verbeet sorğumuzu dərhal cavablandıraraq Xocalıda baş verənlərdən çox üzüldüyünü bildirmişdi. Qeyd etmişdi ki, faciə ilə bağlı məqamları Nederland Krallığının parlamentində təmsil olunan bütün partiyaların deputat qruplarına çatdıracaqdır. Bununla belə, bildirmişdi ki, bu faciənin müzakirəyə çıxarılması və hüquqi-siyasi qiymət verilməsi üçün Azərbaycan parlamentinin onlara rəsmi olaraq müraciət etməsi lazımdır.
Lakin faciənin üzərindən bu qədər ötməsinə baxmayaraq, onlara belə bir müraciət daxil olmamışdır. Nə zaman Azərbaycan Respublikası parlamenti onlara müraciət edərsə, o zaman bu məsələ müzakirəyə çıxarıla bilər.
Cənab spiker, Avropa və dünyanın digər ölkələrində yaşayan soydaşlarımız da məhz bu cür cavablar almış və məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisi Xocalı soyqırımı ilə bağlı xarici dövlətlərə belə bir müraciət göndərməmişdir. Xüsusi olaraq qeyd etməyi borc bilirik ki, 2007-ci il fevralın 26-da Avropada yaşayan soydaşlarımızın iştirakı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamenti binası önündə və Ermənistanın səfirliyi qarşısında Xocalı faciəsilə bağlı böyük mitinq keçirildi. Sonda iştirakçılar tərəfindən aksiyanın qətnaməsi Avropa Parlamentinin və Ermənistan səfirliyinin səlahiyyətli nümayəndələrinə təqdim edildi. Qətnamədə Xocalı faciəsində birbaşa iştirak edən Robert Köçəryanın, Serj Sarkisyanın, Qukasyanın və digərlərinin ədalət məhkəməsi önünə çıxarılması tələbi qoyulurdu.
Lakin bundan bir gün sonra - 27 fevral 2007-ci ildə Azərbaycan Milli Məclisində aparılan müzakirələr zamanı bu şəxslərin adları Xocalı faciəsinin təşkilatçıları və iştirakçılarının siyahısından rəsmi olaraq çıxarıldı. Həmin gün millət vəkili Fəzail Ağamalı "Lider" telekanalında "Sədadan sonra" proqramında bunu şərh edərək bildirdi ki, adları siyahıdan çıxarılan şəxslərin Xocalı faciəsilə əlaqəsi olmadığını müəyyənləşdirdiklərindən bu addımı atıblar. Halbuki Robert Köçəryan məhz 1992-ci ildə Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri" idi. Təəssüf ki, Azərbaycan Milli Məclisinin erməni canilərə hansısa səbəbdən göstərdiyi bu xüsusi münasibət düşmənlərimizin işinə yaradı. Dünyada fəaliyyət göstərən erməni təşkilatları Azərbaycan Respublikası Milli Məclisinin bu addımı barədə məlumatı Avropa Parlamentinə və digər ölkələrin rəsmi qurumlarına göndərərək Köçəryan, Sarkisyan, Qukasyan və digərlərinin günahsız olduqlarını bildirdilər.
Bir məqamı da xüsusi olaraq qeyd edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları hər zaman bəyan edirlər ki, adları çəkilən şəxslər və Xocalı faciəsinin digər iştirakçıları İnterpol tərəfindən qırmızı xətlə axtarışdadırlar. Halbuki rəsmi olaraq aparılan araşdırmalarımız zamanı Xocalı faciəsiylə bağlı heç kəsin axtarışda olmadığı məlum olmuşdur. İstəsəniz sizlər də www.interpol.int saytına daxil olaraq bunu araşdıra bilərsiniz.
Bu kimi digər faktlar bizim haqq səsimizin dünya ictimaiyyətinə və yaşadığımız ölkələrin rəsmi dairələrinə çatdırılmasına, Xocalı faciəsinin təşkilatçı və iştirakçılarının beynəlxalq məhkəmə önünə çıxarılmasını tələb etməyimizə, bu faciəylə bağlı beynəlxalq istintaq qrupunun yaradılması yönündə iş aparılmasına, olayın soyqırım kimi tanınmasına sözün əsl mənasında mane olur.
Cənab spiker, biz xaricdə yaşayan azərbaycanlılar olaraq sizdən xahiş edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi ölkə parlamenti adından dünya dövlətlərinin parlamentlərinə ümumi və fərdi olaraq müraciətlər edilməsinə göstəriş verəsiniz. Xüsusilə Avropa Birliyi dövlətlərin parlamentlərinin rəhbərliyinə və üzvlərinə birbaşa müraciət edəsiniz. Siz bu addımı atacağınız təqdirdə, bizlər yaşadığımız ölkələrdə ən müxtəlif aksiyalar keçirərək, seçici olaraq öz təsir imkanlarımızdan yararlanaraq bu olaya hüquqi və siyasi qiymətin verilməsinə, Xocalı faciəsinin təşkilatçı və iştirakçılarının cəzalandırılmasına nail olmağa çalışacağıq. İnanırıq ki, sizin atacağınız addımlardan sonra Avropa dövlətlərinin rəsmi dairələrinin əllərində başqa bir bəhanə olmayacaq və Xocalı faciəsiylə bağlı konkret müzakirələrə başlanılacaq.
Bunun üçün biz sizdən lazımi addımlar atılmasını rica edirik.
Hörmətlə xaricdə yaşayan azərbaycanlılar adından: 1. Eldəniz Yusibov - Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı - Nederland Krallığı 2. Rəşad Sadıqov - Odlar Yurdu Cəmiyyəti - Nederland Krallığı 3. Fikrət Hüseynli - Yeni Müxalifət Hərəkatı - Nederland Krallığı 4. Azər Ramizoğlu - Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi - Nederland Krallığı 5. Samit Məmmədli - Nederland Azərbaycan Kültür Mərkəzi - Nederland Krallığı 6. İlham Həsən - Frankfurt Azərbaycan Cəmiyyəti - Almaniya Federativ Respublikası 7. İntiqam Məmmədov - Hamburq Azərbaycan Cəmiyyəti - Almaniya Federativ Respublikası 8. Yusif Abulov - Maynz Azərbaycan Cəmiyyəti - Almaniya Federativ Respublikası 9. Sərdar Ağayev - Oğuz Yurdu Cəmiyyəti - İsveç Krallığı 10. Əli Ağayev - "Prometey" Təşkilatı - İsveç Krallığı 11. Teymur Eminbəyli - Bütöv Azərbaycan Təşkilatı - İsveç Krallığı 12. Əli Hacılı - Azeriunited Cəmiyyəti - Nederland Krallığı 13. Seyfettin Ayakyay - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyonu başkanı - Türkiyə Cümhuriyyəti 14. Ayhan Demirçi - Azərbaycan-Belçika Dostluq Cəmiyyəti - Belçika Krallığı 15. Ələsgər Siyablı - Azərbaycanda Demokratiya Uğurunda Siyasi Cəmiyyət - Almaniya Federativ Respublikası 16. Könül Hacızadə - Vətən Sevər Azərbaycan Küveyt Dostluq və Mədəniyyət Əlaqələri Cəmiyyəti - Küveyt Krallığı 17. Mais Nuriyev - Azəri Mədəniyyət Assosiasiyasının prezidenti - İtaliya Respublikası 18. Nürəddin Hüseynov - Mədəni Əlaqələr Cəmiyyəti - İtaliya Respublikası 19. Leyla Kiani - "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti - İsveç Krallığı 20. Oğuzhan Kılıc - Türk Gənclik Kuruluşları Federasyonu - Nederland Krallığı 21. Eşref Kerküklü - Türkməneli Öğrənci və Gənclər Birliyi - Nederland Krallığı 22. Deniz Uresin - Atatürkçü Gənclər Birliyi - Nederland Krallığı 23. Süleyman Yaycı - Türk Gənclik Hərəkatı - Nederland Krallığı 24.Assəf Bagirov – “Dayak”Belcika –Azrəbaycan Dostluq Cəmiyyeti; Belcika
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21 |
|
|
|
• İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09 |
|
|
|
• Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06 |
|
|
|
• "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43 |
|
|
|
• Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40 |
|
|
|
• İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37 |
|
|
|
• AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02 |
|
|
|
• Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00 |
|
|
|
• "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30 |
|
|
|
• “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07 |
|
|
|
• Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04 |
|
|
|
• Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
• Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34 |
|
|
|
• "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31 |
|
|
|
• “Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24 |
|
|
|
• Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02 |
|
|
|
• “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00 |
|
|
|
• Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56 |
|
|
|
• Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51 |
|
|
|
• Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41 |
|
|
|
• “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30 |
|
|
|
• Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27 |
|
|
|
• İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23 |
|
|
|
• "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21 |
|
|
|
• Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14 |
|
|
|
• Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10 |
|
|
|
• Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07 |
|
|
|
• ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00 |
|
|
|
• Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45 |
|
|
|
• Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10 |
|
|
|
• Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07 |
|
|
|
• ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01 |
|
|
|
• "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00 |
|
|
|
• Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59 |
|
|
|
• Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54 |
|
|
|
• Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29 |
|
|
|
• Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27 |
|
|
|
• Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23 |
|
|
|
• Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14 |
|
|
|
• İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09 |
|
|
|
• “AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48 |
|
|
|
• Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44 |
|
|
|
• Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40 |
|
|
|
• AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Dünən, 12:28 |
|
|
|
• İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Dünən, 12:26 |
|
|
|
• Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Dünən, 12:24 |
|
|
|
• "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Dünən, 12:21 |
|
|
|
• "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Dünən, 12:16 |
|
|
|
• Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Dünən, 12:14 |
|
|
|
|