Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Co Baydenin Kiyevə Amerika silahı olan ATACMS-la Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə verməsi qərarından sonra eskalasiya yüksələn xətlə inkişaf etməkdədir. Qərardan bi gün sonra Ukraynanın ATACMS uzaqmənzilli raketlə Rusiyanın Bryansk vilayətinə zərbələr endirib.
Bu mərhələdə Rusiyanın da cavabı özünü çox gözlətmədi. Rusiya ordusu Ukrayna ərazisinə nüvə başlığı daşıya bilən ballistik raketlə zərbə endirdi. Ukrayna tərəfi Rusiyanın beynəlxalq müqavilələri pozaraq qitələrarası ballistik raketdən istifadə etdiyini bildirsə də, Moskvadan bu təkzib olunub. Rusiya tərəfi qitələrarası ballistik yox, ortamənzilli ballistik raketdən istifadə edildiyini açıqlayıb. Bununla yanaşı, Rusiyadan nüvə silahından istifadə edilə biləcəyini də istisna etməyən bəyanatlar səsləndirilir. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində artıq münaqişənin qlobal xarakter aldığını bildirərək Avropa ölkələrinə təhdidlər yağdırıb.
Baş verənləri AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Rusiya-Ukrayna cəbhəsində aktivliyin səbəbi ABŞ Prezidenti Co Baydenin Kiyevə Amerikanın uzaqmənzilli silahlarından Rusiya ərazilərinin dərinliklərindəki hədəfləri vurmağa icazə verməsidir:
- Baydenin bu icazəni seçkilərdən əvvəl yox, seçkilərdən sonra verməsi bir çox suallara aydınlıq gətirir. ABŞ Demokratlar Partiyası hakimiyyətdən getdiyi vaxt bu qərarı verməklə Ukrayna münaqişəsinə öz töhfəsini vermək niyyətindədir. Hətta məlumatlar var ki, Bayden Trampla seçkilərdən sonra Ağ Evdəki görüşdə bu məsələni müzakirə edib və Trampın diqqətinə belə icazə veriləcəyini çatdırıb.
Bilirsiniz, ATACMS silahları Ukraynada əvvəldən var idi. Bu elə məsələ deyil ki, iki gün əvvəl Bayden qərar verir, dünən ATACMS Kiyevə gətirilir və bu gün də ondan Rusiya ərazisinə zərbə endirilir. Bu, əvvəldən düşünülmüş, nəzərdə tutulan planın tərkib hissəsidir. Ola bilsin ki, Demokratlar Partiyasının namizədi Kamala Harris seçkilərdə qalib gəlsəydi ATACMS-dan Rusiya ərazilərinə atəş açmaq icazəsi bir qədər ləngiyərdi. Əvvəldən planlaşdırılmışdı, “B” variant kimi nəzərdə tutulmuşdu ki, Harris seçkilərdə məğlub olarsa, Kiyevə bu icazə veriləcək. Əsas sual odur ki, bu qərar kimə xeyir, kimə zərərlidir?!
- Bu suala cavabınız maraqlıdır...
- Məncə, bu, Ukrayna üçün xeyirlidir. Ona görə yox ki, Ukrayna bu silahlardan Rusiya ərazisinə zərbə endirməkdə sərbəstdir. Məsələ burasındadır ki, Ukrayna müharibəsi artıq Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxır, münaqişə qloballaşır. Onsuz da müharibə qloballaşmışdı, sadəcə bunun rəsmi təsdiqi yox idi. Yeri gəlmişkən, Ukrayna ordusunun keçmiş komandanı, Britaniyadakı hazırkı səfir Valeri Zalujnı bildirdi ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Bu isə o deməkdir ki, müharibə Rusiya-Ukrayna səviyyəsindən çıxıb. Bunun isə əlbəttə, Ukrayna üçün xeyirli nəticələri ola bilər. Artıq qlobal güclər və faktiki olaraq NATO müharibəyə cəlb edilməkdədir. Savaşın nəticəsindən asılı olaraq hər bir güc öz nəsibini alacaq.
- Zalujnının Üçüncü Dünya müharibəsinin başlaması ilə bağlı fikirlərini bölüşürsünüzmü?
- Baxın, Rusiya müəyyən qədər Çinin silahlarından istifadə edir. Eyni zamanda, Şimali Koreya silahları və canlı qüvvəsi ilə Rusiyaya dəstək verir. İranın PUA-ları Rusiya ordusunun istifadəsindədir. Digər yandan isə Qərb maliyyə və silah-sursat yardımı baxımından Ukraynanın yanındadır. Düzdür, canlı qüvvə ukraynalılardan ibarətdir, amma silah-sursat, hərbi texnika Qərbin tədarüküdür. Eyni zamanda, Rusiya ərazisinin dərinliklərinin ATACMS kimi Amerika silahı ilə vurulmasına icazə verilir. Bu, nüvə silahının istifadə edilmədiyi Üçüncü Dünya müharibəsi deməkdir. Dünya savaşının qaşı-gözü olmur ki...
ABŞ-ın son qərarı və Rusiyanın ballistik raketlə Ukraynanı vurması onu göstərir ki, münaqişə genişlənməyə doğru gedir və eskalasiyanın artan xətlə inkişafı gözləniləndir.
- Putin rus xalqına müraciətində bir sıra mesajlar verdi. Bu mesajların arxasında nələr dayanır?
- Rusiya lideri Qərbi, xüsusilə də Avropa ölkələrini açıq şəkildə təhdid etdi. Ballistik raketdən Rusiya ordusunun istifadə etməsi hərbi-diplomatik mesaj idi. Ardınca isə Putin açıq şəkildə bildirdi ki, Ukraynadan Rusiyaya atılan silahların istehsal olunduğu ölkələrin hərbi obyektləri hədəf olacaq. Kreml rəhbəri konkret Böyük Britaniyanı təhdid etdi və Londondan başqa İngiltərənin Mançester, Liverpul kimi şəhərlərinin adını çəkdi və bildirdi ki, bu şəhərlərdəki hərbi obyektlər vurula bilər. Bu, təhdid öz yerində, amma Rusiya Britaniyadakı hərbi obyektləri vurarsa, İngiltərə ordusu sakit dayanmayacaq ki... London da Rusiyaya adekvat cavab verəcək. Britaniya ordusunun Baş Qərargahının rəis müavini Rusiyaya sərt cavab verdi. Onun ifadəsi belə idi: “Biz bu gündən hazırıq”. Yəni Putinin xalqa müraciətində təhdidlər edə bilər, amma Moskva NATO ilə müharibədə həqiqətən maraqlıdırmı? Məncə, bu, o qədər də sadə deyil.
Hər kəsə, bütün dünyaya məlumdur ki, Rusiya təkcə Ukrayna ilə kifayətlənmək niyyətində deyil. Şərqi Avropa ölkələrinə, Baltikyanı ölkələrə Rusiyanın hücum etmək niyyəti var. Bu isə NATO-Rusiya qarşıdurmasının rəsmi elanı deməkdir. Məncə, Moskvadakılar bu qədər reallıq hissini itirə bilməzlər.
- Rusiya yenə də dünyanı nüvə silahı ilə təhdid edir. Putin doğrudan da nüvə silahına əl ata bilərmi?
- Ukraynadakı müharibə və Qərbin Kiyevə dəstəyi başlayan gündən Rusiya nüvə ilə dünyanı şantaj etməkdə, qorxutmaqdadır. Yəni Kremldən “nüvə silahına əl ata bilərik” mesajı ilk deyil. Hətta Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə silahlarından istifadənin real olduğunu dedi. Putin o vaxtkı müdafiə naziri Sergey Şoyquya nüvə başlıqlarını hazırlıq vəziyyətinə gətirməklə bağlı açıq mətnlə tapşırıq vermiş. Rusiya lideri elə bilirdi ki, Qərb bundan sonra geri çəkiləcək. Gah taktiki nüvə silahından istifadə ediləcəklərini bəyan etdilər, gah Ukraynanı yer üzündən silməklə hədələdilər. Amma bu təhdidlər qarşısında Qərb geri çəkilmədi, Ukraynaya dəstəyini dayandırmadı. Və göründüyü kimi, bu gün Rusiya dərinliklərinin vurulması üçün Kiyevə icazə verilir. Demək ki, nüvə silahına əl atmaq kimi təhdidlə Rusiya Qərbin geri çəkilməsinə müvəffəq ola bilmir. İnanmıram ki, Rusiya nüvə silahından istifadə edəcək. Sadəcə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə gününədək bu təhdidlər ediləcək. Rusiya ümidlidir ki, Tramp ABŞ Prezidenti postuna oturandan sonra vəziyyət səngiyəcək, Qərbin Kiyevə dəstəyi azalacaq. Bu vaxtadək üstünlüyünü qorumağa çalışacaq. Ondan sonra yəqin ki, danışıqlar prosesi başlayacaq. Tərəflər masaya əli güclü oturmaq haqqında düşünürlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|