Rusiya Daxili İşlər Nazirliyi (DİN) noyabrın 23-dən ölkə vətəndaşlığını qəbul etmiş, lakin andiçmə prosedurundan keçməmiş şəxsləri Rusiya Federasiyasının vətəndaşı statusundan məhrum etməyə başlayır.
Modern.az xəbər verir ki, müvafiq normalar Rusiya Federasiyası Prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı fərmanında müəyyən edilib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi noyabrın 22-nin bu kateqoriyadan olan vətəndaşlar üçün and içmək üçün son tarix olduğunu açıqlamışdı. Ətraflı
“Belə şəxslər 2024-cü il noyabrın 23-dən Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığını qəbul etmələri ilə bağlı qərarları etibarsız sayılacaq”, - deyə DİN bildirib.
Bununla belə, fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq alarkən ondan azad edilmiş şəxslərə şamil edilmir.
Rusiyada çox sayda azərbaycanlının olduğunu nəzərə alsaq, belə sanksiyaların Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımıza da şamil ediləcəyi istisna deyil.