Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Neçə gündür ki, yerli KİV-də Naxçıvanda Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (Naxçıvanın "TƏBİB"i) direktoru Vüsal Məmmədovun, İcbari Tibbi Sığortanın direktoru Elnur İbrahimovun və çox sayda səhiyyə işçisinin həbs olunması xəbərləri müzakirə olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, müxtəlif informasiyalar yayılsa da, hələlik rəsmi ünvanlar bu barədə susur.
Biz isə yeni məlumatlar əldə etmişik. Naxçıvandan verilən xəbərə görə, təxminən 20-dən artıq səhiyyə işçisinin başı dərddədir və onlardan bəziləri həbs oluna bilər.
Mənbə deyir: "Hələlik onların ifadələri şahid kimi alınıb. Amma ola bilər ki, onlardan bəziləri şahiddən müttəhimə çevrilsin..."