Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                 

HAKİMİYYƏTİN FÖVQƏLADƏ ÇƏTİRİ KİMİN ƏLİNDƏDİR?
Tarix: 31-10-2013, 14:39 | Çap et
HAKİMİYYƏTİN FÖVQƏLADƏ ÇƏTİRİ KİMİN ƏLİNDƏDİR?
KƏMALƏDDİN HEYDƏROVDAN NƏDƏN İMTİNA OLUNMADI?

DİA.AZ: - 22 oktyabr tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni heyətini təsdiqlədikdən sonra bu prosesə müxtəlif münasibətlər, yanaşmalar müşahidə olundu ki, əslində bunun özü də təbii idi. Lakin təbii olmayanı, müxalifət liderlərinin küskün reaksiyaları oldu. Hər halda, onların İlham Əliyevin öz komandasını məhz müxalifətin arzu və istəklərinə uyğun tərzdə formalaşdıracağına ümid edirmiş kimi davranmaları heç cürə anlaşılan deyildi.

Təbii ki, normal olanı elə 22 oktyabr tarixində yaşanıldı. Və İlham Əliyev daha 5 il yola davam fürsəti verdiyi komanda yoldaşlarının kimliyini elan etdi. Bu həm də o demək idi ki, prezident vəzifələrini təsdiqlədiyi şəxslərə inanır və etimad göstərir. Çünki İlham Əliyevin prinsiplərində inanmadığı ilə yol getmək kimi bir ənənə mövcud deyil. Bunu dəfələrlə nümayiş etdirib.

Elə 2005-ci ilin 17 oktyabr hadisələri zamanı həbs olunan və bir neçə gün əvvəl azadlığa buraxılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin iqtidar düşərgəsindən qovulması fonunda prezidentin verdiyi reaksiyalar, söylədiyi fikirlər də bunun bariz sübutu kimi qəbul oluna bilər. Xatırlayırsınızsa, həmin ərəfədə prezident təxmini olaraq «mən Fərhad Əliyevi yanıma çağırdım, o, əlini Qurana basdı, and içdi, amma gedib yenə də öz bildiyini etdi» fikirlərini işlətməklə bu olaya qiymət vermişdi. Yəni İlham Əliyev komanda yoldaşlarına ilk növbədə inanmaq istəyir.

Və bu gün İlham Əliyevin yenidən etimad göstərdikləri, həmçinin etimad göstərmədiklərinin kimliyini tam olaraq bilirik. Cəmi 3 nazir vəzifəsindən alındı. Bu isə bütünlükdə olaraq NK heyətinin uğuru kimi qiymətləndirilməlidir. Prezident - komandanın lideri onlara inanır və etimad göstərir. Hətta vəzifəsindən alınan nazirlərdən biri - keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov iqtidar düşərgəsindən qovulmadı və baş nazirin postuna gətirildi ki, bu da itkilərin daha az olmasının sübutu kimi qəbul edilməlidir.

DİA.AZ olaraq bu tarixdən etibarən İlham Əliyevin yeniləşən komandasında yenidən mövqe qazanan yüksək ranqlı çinovnikləri xarakterizə etməyə çalışacağıq. Və ilk çözələməmizi də kifayət qədər samballı fiqurlardan biri kimi diqqətə gələn və sözün əsl mənasında hazırki hakimiyyətin əsas dayaqlarından biri kimi qəbul edilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başlayacağıq.

Kimdir Kəmaləddin Heydərov? Bildirək ki, bu vaxta qədər mətbuatda barəsində müxtəlif fikirlər, yazılar dərc olunub. Bu da normaldır. Hər halda fəaliyyətdə olan bir məmurun barəsində yazılmalıdır və yazılacaq da. Amma onunla bağlı cəmiyyət arasında ən populyar olan fikir müsbət mənada şəxsi xarakterik keyfiyyətlərə malik olmasıdır. Hər halda, olanı budur və bu gün Kəmaləddin Heydərovun adı cəmiyyətdə mənfiyə doğru assosasiya yaratmır. Bunu isə həm özü və həm də bu gün az qala özü qədərində ictimailəşmiş fiqur kimi diqqətə gələn oğlu Taleh Heydərovun davranışları hesabına əldə edib.

Kəmaləddin Heydərovdan İlham Əliyevin razı qalıb-qalmamasını görüntüdə yalnız onun yenidən nazir kimi təsdiqlənməsi ehtiva etmir. Prezidentin bu gün məhz fövqəladə hallar nazirliyinin xətti ilə çox ciddi layihələrə çox böyük yatırım qoymasından da bunu görmək olar. Hər halda, Kəmaləddin Heydərovu hazıra nazir hesab etmək də doğru deyil və bu gün o, yeni yaradılmış - özünün rəhbərliyi altında yaradılmış bir quruma rəhbərlik edir. Kəmaləddin Heydərovun əlində yalnız bir-iki şlanqı deşilmiş yanğınsöndürən maşın və sovet dövründən hərbi siniflərdə qalan mülki-mühafizə predmetləri var idi. Amma bu gün fövqəladə hallar nazirliyi özü öz növbəsində yarım hərbiləşmiş bir ordu təəssüratını bağışlayır. Hətta Azərbaycan FHN-si təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyədə və daha bir neçə ölkədə fəaliyyət göstərəcək, yardıma qoşacaq bir səviyyədə inkişaf edib ki, burada rəhbərin, rəhbərliyin xüsusi bacarığını inkar etmək doğru olmazdı.

Belə bir şəraitdə İlham Əliyevin Kəmaləddin Heydərovdan narazı salacaq hansısa məqamın olduğunu da təxmin etmək çətindir. Bu gün Kəmaləddin Heydərov o məmurlardan hesab olunur ki, camaat arasına da rahatlıqla çıxma imkanına malikdir. Bəlkə də İlham Əliyevin prezident seçkiləri ərəfəsindən start düyməsini basdığı siyasət - nazirlərin, qurum başçılarının yerlərdə əhali ilə görüşləri ideyası da sırf olaraq yerlərdə prezident komandasına olan münasibəti müəyyən etməyə hesablanmışdı. Sahəsinin daha çətin və daha problemli olmasına rəğmən Kəmaləddin Heydərovun üzərinə nə hücum edən oldu, nə də arxasınca danışan. Onun görüşlərindən minlərlə vətəndaşın - hətta problemi onun sahəsinə aidiyyatı olmayan vətəndaşın da xoş üzlə ayrılması faktdır.

Bu bir faktdır ki, bu gün FHN-nin yetərincə qayğısı var. Bir yandan Zaqatalada və şimal bölgəsində baş verən zəlzələ, digər yandan da davamlı olaraq baş verən sel basqınları faciələrinin fəsadlarının aradan qaldırılması birbaşa olaraq FHN-nin məsul olduğu sahədir. Və insanların hər birinin eyni zamanda razı salınmasının çətin olduğunu bildiyimiz sürədə FHN ilə bağlı hər hansı ciddi narazılıqların ortada olmadığı bir faktdır ki, elə bu kimi faktlar da mütləq şəkildə qərarı verən dairələrin nəzərindən yayınmayıb.

Yəni yuxarıda sadaladığımız məqamlardan da aydın olur ki, nədən İlham Əliyev yenidən konkret olaraq Kəmaləddin Heydərovdan imtina etməyib. Və etiraf olunmalıdır ki, bu gün hətta İlham Əliyevə opponentlik edən siyasi rəqibləri də öz komandalarında bu cür kadrları görməyi arzu edərlər.

Sırada daha bir hakimiyyət adamı - nəqliyyat naziri Ziya Məmmədovdur. Bizi izləyin…

Azər – DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Dünən, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Dünən, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Dünən, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Dünən, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Dünən, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Dünən, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Dünən, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Dünən, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Dünən, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru