Polşa Prezidenti Andjey Duda xanımı ilə birgə İrəvana səfərə gəlib.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, rəsmi səfər çərçivəsində iki ölkə prezidentləri mətbuata bəyanatlarla çıxış edəcəklər.
Bundan əlavə, Duda və xanımı AB missiyasının müşahidəçiləri ilə Ermənistan-Azərbaycan sərhədində birgə patrulda iştirak etmək üçün noyabrın 27-də Arazdəyən icmasına baş çəkəcəklər.